Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4732/2025 15.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşıma müqaviləsi, öhdəliyin icrası, illik 5 faiz) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 15334 manat məbləğində pulun, iddianın qaldırılması üçün ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 325 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 15795 manat pulun, eyni zamanda 15334 manat pula görə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin hesablanıb cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 14334 manat məbləğində pulun, iddianın qaldırılması üçün ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 325 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 14795 manat pulun, eyni zamanda 14334 manat pula görə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin hesablanıb cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (MMC-nin nizamnaməsinə edilmiş dəyişiklik əsasında indiki adı ilə Cavabdeh MMC) və İddiaçı MMC (bundan sonra “Daşıyıcı”) arasında xx.xx.2023-cü il tarixli, 2023 (1) saylı X2 (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Daşıyıcı” yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkə) digər şəhərə (ölkəyə) daşımağı, “Sifarişçi” isə “Daşıyıcı”ya yükləmədən sonra Əlavədə göstərilən müddət ərzində daşınma haqqını tam ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 8.1ci bəndinə əsasən, “Daşıyıcı”nın “Sifarişçi”dən daşıma haqqını tələb etmək, eləcə də daşıma haqqını vaxtında ala bilmədikdə itirdiyi və çəkdiyi xərcləri tələb edib almaq hüququ vardır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, “Sifarişçi” nin yükün daşınmasına görə “Daşıyıcı” ya bu müqavilə ilə müəyyən edilmiş daşınma haqqını vaxtında ödəmək, gecikmələr olduqda itirilmiş və çəkilmiş xərcləri ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, “Sifarişçi” yükün daşınmasına görə hər yük üçün tərtib olunmuş və imzalanmış qaimədə və Əlavədə göstərilən yüklənmə və boşaltma məntəqələrinə uyğun olaraq hər nəqliyyat vasitəsinin yükünə görə haqq ödəyir. Həmin müqavilənin 10.2ci bəndinə əsasən, Ödənişin icra edilməsi öncədən avans olaraq razılaşdırıldığı halda “Daşıyıcı” tərəfindən hesab faktura təqdim olunduqdan sonra yükün nəqliyyat vasitəsinə yüklənməsi tarixinə kimi “Sifarişçi” tərəfindən icra edilməlidir. Həmin müqavilənin 10.3-cü bəndinə əsasən, ödənişin icra edilməsi iş və xidmətlərin təhvil verilməsindən sonra (yükün təyinat məntəqəsinə çatdırılması tarixi) razılaşdırıldığı halda ödəniş “Daşıyıcı” tərəfindən elektron qaimə təqdim olunduqdan sonrakı 45 (qırx beş) iş günü ərzində “Sifarişçi” tərəfindən icra edilməlidir. Həmin müqavilənin 10.7-ci bəndinə əsasən, bu müqavilə üzrə nəzərdə tutulan xidmət haqqının və ya cərimələrin tam həyata keçirilməsinədək olan dövr ərzində xidmət haqqının ifadə olunduğu valyutanın xarici valyutaya (ABŞ dolları, Avro və s) görə olan rəsmi valyuta məzənnələrinə əsasən hesab fakturanı və ya elektron qaiməfakturanı Sifarişçiyə təqdim edir və Sifarişçi həmin qaimə-faktura üzrə xidmət haqqını Daşıyıcıya ödəyir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən, bu müqavilə üzrə baş verə biləcək hər hansı mübahisənin tərəflər məhkəmədən kənar qaydada həllinə çalışacaqlar. Mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün olmazsa, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məhkəmə qaydasında həll ediləcəkdir. "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış dəyişikliyə əsasən, 2.1-ci bəndində Nümayəndə2 cəmiyyətin nizamnamə kapitalındakı payı 10 manat, 10 pay, 100% pul şəklində müəyyən edilmişdir. Nizamnaməyə edilmiş bu dəyişiklik nəticəsində Məhdud Məsuliyyətli Cəmiyyətin adı Cavabdeh MMC şəklində, direktoru isə Nümayəndə2 şəxsində dəyişmişdir. Həmçinin bir tərəfdən İddiaçı MMC-nin direktoru Dinara Ashirova şəxsində və digər tərəfdən Cavabdeh MMC-nin direktoru Nümayəndə2 şəxsində tərəflər arasında xx.xx.2025-ci il tarixində X1 üzrə akt imzalanmışdır. Həmin akta əsasən,Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixinə ümumi borcu 15,334 manat müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC alıcı Cavabdeh MMC-yə malların, işlərin və xidmətlərin təqdim edilməsi qaimələr göndərilmişdir. Həmin elektron qaimələrə əsasən yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri: xx.xx.2023-cü il tarixli, 043595 №-li elektron qaiməyə əsasən, 12410 manat; xx.xx.2023-cü il tarixli, 536971 №-li elektron qaiməyə əsasən, 31535 manat; xx.xx.2023-cü il tarixli, 090272 №-li elektron qaiməyə əsasən, 1190 manat; xx.xx.2023-cü il tarixli, 797972 №-li elektron qaiməyə əsasən, 24990 manat; xx.xx.2023-cü il tarixli, 724589 №-li elektron qaiməyə əsasən, 12070 manat; xx.xx.2023-cü il tarixli, 767739 №-li elektron qaiməyə əsasən, 1530 manat; xx.xx.2023-cü il tarixli, 952331 №-li elektron qaiməyə əsasən, 340 manat; xx.xx.2023-cü il tarixli, 384794 №-li elektron qaiməyə əsasən, 4620,60 manat; xx.xx.2023-cü il tarixli, 682300 №-li elektron qaiməyə əsasən, 4539 manat; xx.xx.2023-cü il tarixli, 292288 №-li elektron qaiməyə əsasən, 10030 manat; xx.xx.2023-cü il tarixli, 815972 №-li elektron qaiməyə əsasən, 11220 manat; xx.xx.2024-cü il tarixli, 00081412 №-li elektron qaiməyə əsasən, 5780 manat; xx.xx.2024-cü il tarixli, 447071 №-li elektron qaiməyə əsasən, 11220 manat; xx.xx.2024-cü il tarixli, 663851 №-li elektron qaiməyə əsasən, 2380 manat; xx.xx.2024-cü il tarixli, 663696 №-li elektron qaiməyə əsasən, 1360 manat; xx.xx.2024-cü il tarixli, 00211620 №-li elektron qaiməyə əsasən, 595 manat; xx.xx.2024-cü il tarixli, 693847 №-li elektron qaiməyə əsasən, 5355 manat; xx.xx.2024-cü il tarixli, 405091 №-li elektron qaiməyə əsasən, 5525 manat; xx.xx.2024-cü il tarixli, 405196 №-li elektron qaiməyə əsasən, 765 manat; xx.xx.2024-cü il tarixli, 736351 №-li elektron qaiməyə əsasən, 10710 manat; xx.xx.2024-cü il tarixli, 736124 №-li elektron qaiməyə əsasən, 5355 manat təşkil etmişdir. Belə ki, “Daşıyıcı” tərəfindən müqavilələrdən yaranan bütün öhdəliklər tam şəkildə və vaxtı-vaxtında icra edilməsinə baxmayaraq, “Sifarişçi” tərəfindən müvafiq ödənişlər tam şəkildə yerinə yetirilməmiş, borcun ödənilməsi ilə bağlı dəfələrlə edilən müraciətlərə baxmayaraq, daşıma haqqının ödənilməsi gecikdirilmiş və icra edilməmişdir. Nəticədə, Cavabdeh MMC tərəfindən ödənilməli olan ümumi məbləğ xx.xx.2025-ci il tarixli X1 üzrə Akta əsasən, 15334 manat təşkil etmişdir. Beləliklə, cavabdehdən ödənilməmiş 15334 manat məbləğində pul, iddianın qaldırılması üçün ödənilmiş 136 manat məbləğində dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməlidir. Qeyd olunanlarla və borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixində elektron qaydada Cavabdeh MMC-yə pretenziya göndərilmişdir, lakin pretenziyada qeyd edilən 10 iş günü müddəti ərzində cavabdeh tərəfindən hərəkətsizlik göstərək pretenziyada göstərilən məbləğ ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 387.2, 452.1, 425.2, 427.3, 430.1, 441.1, 441.4, 442.1, 443.1-443.2, 443.5, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, cavabdeh tərəfindən 1000 manat ödəniş olunduqdan sonra iddia tələb həcminin azaldılması ilə bağlı ərizə təqdim etdiklərini və həmin məbləğləri tələb etdiklərini bildirmişdir. Eyni zamanda illik 5 faizi xx.xx.2025-ci il tarixində 1000 manat ödəniş olunduqdan sonrakı dövr üçün hesablamaq istədiklərini bildirmişdir. Müqaviləyə görə 45 iş günü ərzində məbləğ cavabdeh tərəfindən ödənilməli idi. Sonuncu qaimə isə 9 aprel 2024cü il tarixində verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində etiraz ərizəsi təqdim edilərək qeyd edilmişdir ki, iddaçı tərəfin bildirdiyi borc məbləği doğru deyil və şəxsi kabinetə üzləşmə tarixindən sonrakı ödəniş tapşırığı yerləşdirilmişdir. Belə ki, hal-hazırda şirkətin iddiaçı tərəfə cəmi 14334 manat qalıq borcu vardır. Uzun zamandır şirkətləri maliyyə çətinlikləri yaşadığından ticari rəsmi fəaliyyəti dondurulmuşdur. Bu səbəbdən qeyd edilən borcu ödəməkləri mümkünsüz olmuşdur. Şrikətin maliyyə sıxıntıları düzəldikdən sonra qalıq borclarını ödəməyi planlaşdırırlar. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: “Daşıyıcı” İddiaçı MMC ilə “Sifarişçi” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023 nömrəli X2ndən görünür ki, bu müqaviləyə və bu Müqavilənin ayrılmaz hissəsini təşkil edən müvafiq Əlavədə (bundan sonra Əlavə” adlandırılacaq) əsasən "Daşıyıcı" yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkə) digər şəhərə (ölkəyə) daşımağı, “Sifarişçi” isə "Daşıyıcı” ya yükləmədən sonra Əlavədə göstərilən müddət ərzində daşınma haqqını tam ödəməyi öhdəsinə götürür. Bu müqavilənin 8.1-ci bəndinə əsasən, “Daşıyıcı”nın “Sifarişçi”dən daşıma haqqını tələb etmək, eləcə də daşıma haqqını vaxtında ala bilmədikdə itirdiyi və çəkdiyi xərcləri tələb edib almaq hüququ vardır. Bu müqavilənin 9.2-ci bəndinə əsasən, “Sifarişçi”nin yükün daşınmasına görə “Daşıyıcı”ya bu müqavilə ilə müəyyən edilmiş daşınma haqqını vaxtında ödəmək, gecikmələr olduqda itirilmiş və çəkilmiş xərcləri ödəmək vəzifəsi vardır. Bu müqavilənin 10.1-ci maddəsinə əsasən, "Sifarişçi” yükün daşınmasına görə hər yük üçün tərtib olunmuş və imzalanmış qaimədə və Əlavədə göstərilən yüklənmə və boşaltma məntəqələrinə uyğun olaraq hər nəqliyyat vasitəsinin yükünə görə haqq ödəyir. Bu müqavilənin 10.2-ci bəndinə əsasən, ödənişin icra edilməsi öncədən avans olaraq razılaşdırıldığı halda “Daşıyıcı” tərəfindən hesab faktura təqdim olunduqdan sonra yükün nəqliyyat vasitəsinə yüklənməsi tarixinə kimi “Sifarişçi” tərəfindən icra edilməlidir. Bu müqavilənin 10.3-cü maddəsinə əsasən, ödənişlərin icra edilməsi və xidmətlərin təhvil verilməsindən sonra (yükün təyinat məntəqəsinə çatdırılması tarixi) razılaşdırıldığı halda ödəniş “Daşıyıcı” tərəfindən elektron qaimə təqdim olunduqdan sonrakı 45 (qırx beş) iş günü ərzində “Sifarişçi” tərəfindən icra edilməlidir. Bu müqavilənin 10.7-ci bəndinə əsasən, bu müqavilə üzrə nəzərdə tutulan xidmət haqqının və ya cərimələrin tam həyata keçirilməsinədək olan dövr ərzində xidmət haqqının ifadə olunduğu valyutanın xarici valyutaya (ABŞ dolları, Avro və s) görə olan rəsmi valyuta məzənnələrinə əsasən hesab fakturanı və ya elektron qaimə-fakturanı Sifarişçiyə təqdim edir və Sifarişçi həmin qaimə-faktura üzrə xidmət haqqını Daşıyıcıya ödəyir. Bu müqavilənin 11.1-ci bəndinə əsasən, Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. EBDC seriyalı 952331 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 340 manat, EBDG seriyalı 384794 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4620,60 manat, MT2402 seriyalı 00211620 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4205,46 manat, MT2401 seriyalı 00081412 nömrəli, xx.xx.2024-ci il tarixli elektron qaiməyə əsasən 5780 manat, EBDA seriyalı 090272 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1190 manat, EBEB seriyalı 405091 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 5525 manat, EBEB seriyalı 736351 nömrəli, xx.xx.2024cü il tarixli elektron qaiməyə əsasən 10710 manat, EBDX seriyalı 447071 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 11220 manat, EBCO seriyalı 536971 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 31535 manat, EBEB seriyalı 736346 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 5355 manat, EBEB seriyalı 736124 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 5355 manat, EBDY seriyalı 663852 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2380 manat, EBDC seriyalı 797972 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 24990 manat, EBCO seriyalı 043595 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 12410 manat, EBDZ seriyalı 693847 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 5355 manat, EBDY seriyalı 663686 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1360 manat, EBDİ seriyalı 682300 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4539 manat, EBEB seriyalı 405196 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 765 manat, EBDE seriyalı 767739 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 1530 manat, EBDD seriyalı 724589 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 12070 manat, EBDO seriyalı 292288 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 10030 manat, EBDR seriyalı 815972 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 11220 manat ödənilməsi üçün "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, Cavabdeh MMC-yə müxtəlif vaxtlarda müxtəlif qaimələr üzrə cəmi 170574 manat dəyərində xidmət göstərilmişdir. 227/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və e-qaimədən görünür ki, "Fides" Vəkil Bürosu tərəfindən "xxxx" MMC-yə 325 manat dəyərində hüquqi xidmət göstərilmişdir. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli borcların qarşılıqlı üzləşdirmə aktında İddiaçı MMC-nin məlumatlarına əsasən 15334 manat debet, 0 manat kredit borcu, Cavabdeh MMC-nin məlumatlarına əsasən 0 manat debet, 15334 manat kredit borcu qeyd olunmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı cavabdehin 15334 manat borcu olduğunu bildirmiş və 10 iş günü müddətində qəbul etməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli 010XOH********** saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC şirkətinin hesabına 1000 manat köçürülmüşdür. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 136 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yük daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 2023 nömrəli X2 imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən iddiaçı cavabdehə nəqliyyat ekspedisiya xidmətləri təqdim etmiş, cavabdeh isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Bunun nəticəsində icra edilmiş sifarişlərə görə tərəflər arasında imzalanaraq təsdiq edilmiş üzləşmə aktına əsasən 15334 manat məbləğində borc ödənilməmiş qalmış, xx.xx.2025-ci il tarixdə cavabdeh həmin borcdan 1000 manat ödəmiş, 14334 manat borc bu günə kimi ödənilməmişdir. Cavabdeh öz ərizəsində də 14334 manat borcu qaldığını təsdiq etmişdir. Buna görə də cavabdeh MM-in 850-ci maddəsinə əsasən müqavilə üzrə daşımanın dəyərini iddiaçıya ödəməyə borcludur. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçının daşımanın dəyərini tələb etmək hüququnun olduğunu, cavabdehin əsas borcu təsdiq etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 14334 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faizin hesablanmaqla ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca illik beş faizlə hesalanacaq pul vəsaitinin ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin ödənişin gecikməsinə görə illik 5%-in xx.xx.2025-ci il tarixdən hesablanmasını tələb etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, həmin tarixdən bu günə kimi, yəni xx.xx.2025-xx.xx.2025 tarixləri ərzində ödənişin 167 gün gecikdirilməsinə görə illik 5% ilə hesablanmış (14334x5%=716,7/365gün=1,96x167gün=327,32) 327,32 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 325 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136 manat dövlət rüsumunun 133,98 manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh MMC-dən 14334 manat borc, illik beş faiz ilə hesablanmış 327,32 manat pul vəsaiti, cəmi 14661 (on dörd min altı yüz altmış bir) manat 32 (otuz iki) qəpik məbləğində borc, ödənilmiş 133 (yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4732/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4732/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver