Məhkəmə qərarları › İş №e-2-2(113)-4742/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4742/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4742/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi) X3 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli, XL-097/23 saylı X1 müqaviləsinə xitam verilməsini, lizinq alandan Lizinq predmetinin təhvil götürüldüyü tarixə-xx.xx.2023-cü il tarixinə Daxili lizinq müqaviləsi üzrə 470, 64 manat əsas borc, 412,02 manat lizinq mükafatı, 291,28 manat cərimə borcu, 4350 manat dəymiş zərər olmaqla vəkil xidmətlərinə görə ödənilmiş 820 xidmət haqqı, 84 manat dövlət rüsumu, cəmi 6343 manat borcun əvəzinin Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “XƏZRİ LİZİNQ “ MMC ilQə asımzadə Elvin Səxavətoğlu arasında imzalanmış xx.xx.2023-cü il tarixli, XL-097/23 saylıDaxili Lizinqi müqaviləsinə əsasən, “CHEVROLET CRUZE-minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişannlıəqliyyat vasitəsi cəmi 15 888 manata 36 aylıq müddətinə lizinq alanın istifadəsinə verilmişdir. Lizinq Alan şirkətə müraciət edərkən bildirmişdir ki, nəqliyyat vasitəsini lizinqə götürməkdə məqsədi sahibkarlıq fəaliyyəti üçün daha dəqiq daşıma fəaliyyəti göstərəcəyi ilə bağlıdır. Məhz bu yolla əldə edəcəyi qazancla lizinq ödənişlərini icra edəcəkdi. Bildirik ki, bu müqavilə üzrə Lizinq alan Cavabdeh müqavilə öhdəliklərini kobudcasına pozaraq İddiaçı MMCnin mülkiyyətində olan mübahisə predmeti “CHEVROLET CRUZE-minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il istehsal tarixli nəqliyyat vasitəsini müqavilə üzrə idarə etsədə lizinq ödənişlərini ödəməkdən yayınmışdır. Daha sonra, yəni 15 yanvar 2024-cü il tarixində Lizinq alan həmin nəqliyyat vasitəsi ilə avtoqəzanın iştrakçısı olmuş, Mega sığorta şirkəti tərəfindən faydalanan şəxs İddiaçı MMC-yə 4350 manat sığorta ödənişi icra edilmişdir. Lizinq verən sözügedən vəsaitin bir hissəsini-1183,40 manat Lizinq alanın öz ərizəsi ilə həmin günə olan borc məbləğinin icrasına yönəltmiş, qalan hissəni-3166,60 manat isə nəqliyyat vasitəsinin təmiri üçün Lizin alana ödəmişdir. Lakin, Lizin alan nəinki nəqliyyat vasitəsini təmir etdirməmiş, əksinə həmin maşını hissələrə bölüb satmaq üçün üşüncü şəxsə satmışdır.Tərəfimizdən 09 may 2024-cü il tarixində nəqliyyat vasitəsi aşkarlanaraq, nasaz vəziyyətdə təhvil alınmışdır. . Eyni zamanda artıq mübahisəni danışıqlar yolu ilə həll edə bilmədiyimiz üçün tərəfimizdən bu məsələnin məhkəmə qaydasında həll edilməsi, iddia ərizəsinin hazırlnması, məhkəmədə iddianın müdafiə edilməsi üçün Arbitrium Vəkil Bürosunun üzvü Vəkil ilə də 820 manat məbləğində vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, lizinq alandan Lizinq predmetinin təhvil götürüldüyü tarixə-xx.xx.2023-cü il tarixinə Daxili lizinq müqaviləsi üzrə 470,64 manat əsas borc, 412,02 manat lizinq mükafatı, 291,28 manat cərimə borcu, 4350 manat dəymiş zərər olmaqla vəkil xidmətlərinə görə ödənilmiş 820 xidmət haqqı, 84 manat dövlət rüsumu, cəmi 6343 manat borcun əvəzinin Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı QSC Cavabdeh arasında imzalanmış 20 sentyabr 2023-cü il tarixdə XL-097/23 saylı daxili lizinq müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən lizinq verən Chevrolet Cruze - minik, Tip - Sedan, Rəngi - Qara mctallik, Buraxılış ili - 2013, BA. 1G1PG5SB4D7260624 avtomobilini (bundan sonra Lizinq obyekti) satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra lizinq ödənişi) ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 11.100 manat təşkil edir. - 1.3-cü bəndinə əsasən “Vasitə” ona aid olan bütün texniki və hüquqi sənədlərlə birlikdə “icarəçi”-yə verilir. - 1.4-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti Lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir. - 4.2.5-ci bəndinə əsasən lizinq ödənişlərini gecikdirməmək lizinq alanın vəzifəsidir. - 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, Lizinq alan gecikdirilən hər gün üçün ödənilməli məbləğin l faizi həcmində cərimə ödəməlidir. Müqavilə lizinq verənin imzası və möhürü,lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

10. 20 sentyabr 2023-cil il tarixli XL-097/23 saylı Müqaviləyə 01 saylı Əlavəyə əsasən lizinq alan tərəfindən ödəniləcək əsas məbləğ 11000 manat,mükafat məbləği 4768 manat, cəmi 15888 manat təşkil edir. Əlavə lizinq verənin imzası və möhürü,lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

11. 20 sentyabr 2023-cü il il tarixli XL-097/23 saylı Müqaviləyə 02 saylı Əlavədən müəyyən olunur ki, “Chevrolet Cruze” minik markalı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh istifadəsinə verilmişdir. Əlavə lizinq verənin imzası və möhürü,lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

12. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən,xx.xx.2023-cü il tarixə iddiaçının cavabdehə əsas borcu 470,64 manat,lizinq mükafatı borcu 412,02 manat,cərimə borcu 291,28 manat,lizinq obyektinə dəymiş zərərin borcu 4350 manat,cəmi borcu 5523,94 manat təşkil edir.

13. Avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsindən görünür ki, “Chevrolet Cruze” minik markalı avtomobil İddiaçıMMC tərəfindən "xxxx"MMC-də sığortalanmışdır.

14. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin hesabına 4350 manat pul köçürülmüşdür.

15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 3166,6 manat pul köçürülmüşdür.

16. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya ünvanlanmış ərizənin məzmunundan görünür ki, cavabdeh ərizədə 15 yanvar 2024-cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində “CHEVROLET CRUZE-minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Mega sığorta şirkəti tərəfindən İddiaçı MMC-yə ödənilən 4350 manat vəsaitin 1183.40 manatınıb aylıq ödənişinə silinməsini, 3166.60 manat5 vəsaitin onun bak hesabına köçurulməsini xahiş etmişdir.

17. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir.

V. Tətbiq edilən hüquq:

18. AR Mülki Məcəlləsinin: - 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

19. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Vİ.Məhkəmənin mövqeyi:

20. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 20 sentyabr 2023-cü il tarixdə XL-097/23 saylı daxili lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı MMC müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan 2013-cü il buraxılışlı Chevrolet Cruze markalı avtomobili lizinq alan Cavabdeh təhvil vermişdir. Lizinq alan Cavabdeh ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh lizinq müqaviləsi üzrə 470,64 manat məbləğində əsas borcu yaranmışdır.

22. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh lizinq ödənişləri üzrə 470,64 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

23. İddia tələbinin digər bir hissəsini lizinq alandan lizinq predmetinin təhvil götürüldüyüxx.xx.2023-cü il tarixinə daxili lizinq müqaviləsi üzrə 412,02 manat lizinq mükafatının cavabdehdən tutulması təşkil edir.

24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və cavabdehdən 470,64 manat əsas borc, 412,02 manat (lizinq mükafatı iddiaçının xeyrinə tutulmalıdır.

25. Bundan əlavə, iddiaçı 291,28 manat cərimə borcunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

26. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq 20 sentyabr 2023-cü il tarixdə XL-097/23 saylı daxili lizinq müqaviləsi üzrə dəbbə pulu 20 manat məbləğində müəyyən edilməlidir.

28. İddia tələbinin bir hissəsini də lizinq obyektinə dəymiş 4350 manat zərərin cavabdehdən tutulması təşkil edir.

29. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qeyd edilən hissədə təmin edilməldir. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2023-ce ildə bağlanmış, həmin tarixdə də lizinq obyekti olan, “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsi (buraxılış ili 2013-cü il) lizinq alana təhvil verilmişdir. Cavabdehin iştirakı ilə baş vermiş sğorta hadisəsinə görə “Mega Sığorta” MMV tərəfindən faydalanan şəxs İddiaçı MMC-yə 4350 manat sığorta ödənişi icra edilmişdir. Lizinq verən sözügedən vəsaitin bir hissəsini-1183,40 manat Lizinq alanın öz ərizəsi ilə həmin günə olan borc məbləğinin icrasına yönəltmiş, qalan hissəni-3166,60 manat isə nəqliyyat vasitəsinin təmiri üçün Lizin alana ödəmişdir. Lakin iş materiallarından göründüyü kimi, qeyd edilən 4350 manat vəsaiti avtomobili təmir etmək üçün iddiaçıdan alan cavabdeh avtomobili ümumiyyətlə təmin etməmiş, nəticədə həmin məbləğdə, əsassız varlanmışdır. Qeyd edilən hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla tam təsdiqini tapır.Cavabdehə rəsmi qaydada hazırlıq iclasları və baxış iclası barədə rəsmi məlumat verilsə də, cavabdeh bildirişi almaqdan imtina etmiş, məhkəmə iclaslarında iştirak etməyərək, məhkəmə heç bir sübut təqdim etməmişdir.

30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 84 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

31. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,52 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, XL-097/23 saylı X2 Müqaviləsinə əsasən 470,64 (dörd yüz yetmiş manat altmış dörd qəpik) manat əsas borc, 412,02 (dörd yüz on iki manat iki qəpik) manat lizinq mükafatı,20 (iyirmi) manat dəbbə pulu,4350 (dörd min üç yüz əlli manat) manat dəymiş zərər və 74,52 (yetmiş dörd manat əlli iki qəpik) manat dövlət rüsumu, 200 (iki yüz) manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 5527,18 manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar