Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-475/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi, Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı pul tələbinə barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********659 nömrəli müqavilə üzrə ödənilməyən 26319,90 manat əsas (ƏDV daxil), 3948 manat cərimə məbləğinin və 200 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı “X4 Elemanları Teknolojileri Sanayi Ve Ticaret Anonim şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında xx.xx.2022-cü il tarixli **********659 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı “X4 Elemanları Teknolojileri Sanayi Ve Ticaret anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Alıcı Cavabdeh MMC-nin yazılı sifarişi əsasında, alqı-satqı müqaviləsinə əlavə edilmiş 01 saylı Sifariş Orderində/Sifariş Orderlərində müəyyən olunmuş malları Alıcıya təhvil verməyi, Alıcı isə bu malları qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Alıcı ödənişi hesab-fakturanı aldığı tarixdən 30 təqvim günü ərzində həyata keçirməli idi. Həmin Müqavilənin 6-cı bəndinə əsasən, “Tərəflər bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini (vasitəli və ya dolayı zərər yaxud itki, əldən çıxmış fayda və ya gəlir, hasilat, məhsul itkisi istisna olmaqla) ödəməyə borcludurlar.” Həmin Müqavilənin 6.6-cı bəndinə əsasən Alıcı 2.1-ci bəndində müəyyən olunmuş öhdəliyini Müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, Satıcı icranın gecikdirildiyi hər təqvim günü üçün bu gecikdirilən ödənişin 0.1%-i həddində cərimə ödənilməsini tələb edə bilər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Satıcı təchiz edilmiş mallara görə Tərəflər arasında imzalanmış Təhvil-Təslim Aktı əsasında Alıcıya hesab-faktura və elektron qaimə-faktura təqdim edir. Yerinə yetirilmiş işlərin təhvil verilməsi və qəbul edilməsi Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunan Təhvil-təslim aktı və ya elektron-qaimə əsasında rəsmiləşdirilir. Təhvil-təslim aktı və ya elektron-qaimə Müqavilənin şərtlərinə uyğun olaraq İcraçı tərəfindən Sifarişçi üçün görülmüş işlərin lazımi qaydada yerinə yetirildiyini təsdiq edən sənəddir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 izahatında 26319,90 manat (ƏDV daxil) məbləğində malların onlara təqdim edildiyini, lakin iddia tələbinin cərimə hissəsi ilə razı olmadığını bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli **********659 nömrəli satıcı “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı ilə alıcı Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 1-ci bəndinin tələbinə görə Satıcı “X4 Elemanları Teknolojileri Sanayi Ve Ticaret anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Alıcı Cavabdeh MMC-nin yazılı sifarişi əsasında, alqı-satqı müqaviləsinə əlavə edilmiş 01 saylı Sifariş Orderində/Sifariş Orderlərində müəyyən olunmuş malları Alıcıya təhvil verməyi, Alıcı isə bu malları qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 6.6-cı maddəsinə əsasən, Alıcı müqavilə üzrə müəyyən olunmuş öhdəliyini həmin müqavilədə nəzərdə tutulmuş müddətə yerinə yetirməzsə, Satıcı icranın gecikdirildiyi hər təqvim günü üçün bu gecikdirilən ödənişin 0.1%-i həddində cərimə ödəlinməsini tələb edə bilər. xx.xx.2023-cü il tarixli proforma-faturadan görünür ki, “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə 26319,90 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolundan görünür ki, “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə 26319,90 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli EBDF seriyalı 217127 nömrəli elektron qaimədən görünür ki, “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə 26319,90 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə 26319,90 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01438 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli **********659 nömrəli müqavilə bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək malları alıcıya təqdim etmiş, alıcı isə 26319,90 manat məbləğində borcu ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc və mediasiya xərci hissəsində əsaslı olduğundan təmin edilməli və cavabdehdən 26319,90 manat borc, həmçinin ilkin mediyasiya sessiyasının aparılmasına ödənilmiş 200 manat xərc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 680,10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 26319,90 manat (ƏDV daxil) əsas borc, 680,10 manat dəbbə pulu, cəmi 27000 manat, həmçinin mediyasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsait tutularaq iddiaçı “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 26319,90 manat (ƏDV daxil) əsas borc, 680,10 manat dəbbə pulu, cəmi 27000 manat, həmçinin mediyasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsait tutularaq iddiaçı “X4 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-475/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-475/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver