Məhkəmə qərarları › İş №e-2-2(113)-4759/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4759/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4759/2025 12.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 20500 manat əsas borc və 152 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 129/24B saylı, 25 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 129/24B saylı, 25 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mallar Cavabdeh2 tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh2 İddiaçı MMC-yə 20500 manat borcu vardır. Müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı cavabdehə 15 may 2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, lakin borc məbləğinin ödənilməsinə dair heç bir tədbir görülməmişdir. Ərizəyə əlavə edilən 08 may 2025-ci il tarixli maliyyə arayışına əsasən, alıcının əsas borcu 20500 manat təşkil edir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598., 598.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 25.1-ci maddəsinə, “İnsan Hüquqları və X1 Haqqında” Konvensiyanın 6.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 8.1, 9.1, 76.1,88-ci maddələrinə istinad olunmuşdur İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddianı qəbul edərək etiraf etmiş, iddianın etirafının hüquqi nəticələrin ona aydın olduğunu bildirmiş və iddianın təmin edilməsinə etiraz etməmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında 129/24B saylı, 25 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Satıcı" “Alıcı”-ya tələb olunan malı (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin malı qəbul edir və hazırki Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Müqavilənin 1.7-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya malları müvafiq qaimə - faktura (təhvil-təslim aktı) ilə təhvil verir. Malın “Alıcı”nın anbarına qəbul edilmə tarixi, malın göndərilməsi tarixi sayılır. Müqavilənin 1.10-cu bəndinə əsasən “Alıcı” ödənişi malı təhvil aldığı tarixdən 15 (on beş) təqvim günü müddətində həyata keçirməyi öz üzərinə götürür. Müqavilənin 1.11-ci bəndinə əsasən “Alıcı” bu müqaviləyə əlavə edilmiş borcun üzləşdirilməsi sənədində qeyd olunan borc məbləğinin ödənilməsinə məsuliyyət daşıyır. xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh2 imzası ilə “Baba Qida” ticarət obyektinin İddiaçı MMC-yə xx.xx.2025-ci tarixinə 25500 manat borcu olduğunu təsdiqləmişdir. xx.xx.2025-ci il tarixli Borc ödənişi barədə izahata əsasən Cavabdeh2 İddiaçı MMCyə ümumi borc məbləğinin 26367,11 manat təşkil etdiyini və 1 il ərzində ödəməyə çalışacağını (son ödəniş tarixi xx.xx.2025-ci il) imzası ilə təsdiqləmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, həqiqətən 25 iyun 2024- cü il tarixində Cavabdeh1 ilə Besting MMC arasında qarşılıqlı müqavilə bağlanmış, fəaliyyət dövründə müştəri ilə 42085,59 manat dövriyyə olmuşdur. Mövcud dövriyyəyə qarşılıq Cavabdeh1 sadəcə 21585,59 manat ödəniş edilmişdir. Sonuncu qaimə xx.xx.2024 -cü il tarixində EBEH 888248 nömrəli qaimə olmuşdur. Son qalıq borc 20500 manat təşkil edir. EBEH seriyalı, 888248 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 12910,50 manat, EBEH seriyalı, 828970 nömrəli,xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 17222,61 manat, EBEH seriyalı, 683007 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 5934 manat, EBEF seriyalı, 391639 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3330,98 manat, EBEE seriyalı, 382961 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2777,50 manat, dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh2 ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən 5000 manat, xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən 867,11 manat İddiaçı MMC-yə ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh2 göndərilmiş 15 may 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC-yə olan 20500 manat müqavilədən yaranan pul öhdəliyini 3 gün müddətində banka ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 152 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərindən 20500 manatı müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, üzləşmə aktı), həmçinin cavabdeh tərəfindən borclu olduğu məbləğdən qismən ödənişlərin edilməsi ilə öz təsdiqini tapmış, eyni zamanda məhkəmənin hazırlıq iclasında cavabdeh iddianı etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq cavabdehin iddianı etiraf etməsini nəzərə alıb hesab edir ki, iddia təmin olunmalıdır. Çünki cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də onun iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin edilməlidir. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək aldığı malların dəyərinin bir qismini ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, cavabdehin iddianı etiraf etdiyini, nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 20500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 152 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 20500 (iyirmi min beş yüz) manat əsas borc və ödənilmiş 152 (yüz əlli iki) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar