Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4760/2023 04.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı “X1 Taşımacılık TİC.LTD.ŞTİ” şirkətinin Cavabdehnə qarşı iddaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli “Yük daşınması müqaviləsi”nə və 07 iyun 2022-ci il tarixli, 01 nömrəli Razılaşmaya əsasən 19,650.00 Avro və 6,550.00 ABŞ dolları məbləğində borcun, 210.00 manat mediasiya xərclərinin və 16.00 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli “Yük daşınması müqaviləsi”nə və 07 iyun 2022-ci il tarixli, 01 nömrəli Razılaşmaya əsasən 19,650.00 Avro və 6,550.00 ABŞ dolları məbləğində borcun, 210.00 manat mediasiya xərclərinin və 16.00 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 19,650.00 Avro və 6,550.00 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş edir ki, bu halda iddianın qiyməti Azərbaycan manatı məzənnəsi ilə hesablandıqda ümumilikdə 47367,63 manat (36232,63 manat (19650 Avro x 1.8439 manat (rüsumun ödənildiyi günə məzənnə) + 11135 manat (6550 ABŞ dolları x 1.7000 manat (rüsumun ödənildiyi günə məzənnə) olmaqla dövlət rüsumunun miqdarı 232,1 manat (120 manat + 112,1 (37367,63 x 0,3 faiz=112,10) = 232,1 manat) təşkil edir. İddiaçının 210 manat məbləğində mediasiya xərclərini ödədiyini və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinin tələblərinə əsasən iddiaçı çəkdiyi xərc həddində (210 manat) dövlət rüsumundan azad edilməsini nəzərə aldıqda, hazırki tələb üzrə iddiaçı tərəfindən 22,1 manat (232,1 – 210 = 22,1) məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, 16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi geri qaytarıldığından, həmin iddia ərizəsinə görə ödənilmiş 16 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Taşımacılık TİC.LTD.ŞTİ” şirkətinin Cavabdehnə qarşı iddaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli “Yük daşınması müqaviləsi”nə və 07 iyun 2022-ci il tarixli, 01 nömrəli Razılaşmaya əsasən 19,650.00 Avro və 6,550.00 ABŞ dolları məbləğində borcun, 210.00 manat mediasiya xərclərinin və 16.00 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “X1 Taşımacılık TİC.LTD.ŞTİ” şirkətinə geri qaytarılsın. İddiaçı “X1 Taşımacılık TİC.LTD.ŞTİ” şirkətinin iddia ərizəsinə görə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 16 manat məbləğində dövlət rüsumu “X1 Taşımacılık TİC.LTD.ŞTİ” şirkətinə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4760/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4760/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver