Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4765/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 09 sentyabr 2022-ci il tarixli korporativ satış üzrə alqı-satqı müqaviləsinə əsasən 342.035,70 manat borcun, 5000 manat dəbbə pulunun, mediasiya üçün ödənilmiş 400 manat mediasiya xərcinin və 238 manat dövlət rüsumunun, cəmi 347.673,70 manat məbləğində pul vəsaitinin Cavabdeh oğundan tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC 2019-cu ildən fəaliyyətə başlamış, Respublika ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 09 sentyabr 2022-ci il tarixdə korporativ satış üzrə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ümumi dəyəri 563.416,05 manat olan mineral gübrələr satılmışdır. Cavabdeh tərəfindən həmin məbləğdən cəmi 221.380,35 manat ödəniş aparılmışdır. Qeyd edilən müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hazırda 342.035,70 manat borcu vardır. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 3 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə2 həmçinin izahatında Cavabdeh tərəfindən borc məbləğindən 8640 manat ödəniş edildiyini, Cavabdeh müqavilə üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hazırda təxmini 333.000 manat borcunun olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında borc məbləğini 8646 manat hissədə ödədiyini, əlavə ödənişlər də edəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 09 sentyabr 2022-ci il tarixdə 22/046-AİSCO-Ə.E.-K.S saylı korporativ satış üzrə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə həmin malları satıcı tərəfindən mal ilə birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən malların satıcı tərəfindən alıcıya təhvil verilməsi müddəti müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilir. 2.4.1-ci bəndinə əsasən malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) ödəmək alıcının vəzifəsidir. 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı, malın dəyərinin ödənilməsini müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilən şərtlərə uyğun həyata keçirir. 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. 10.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra o, eyni şərtlərlə daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. 09 sentyabr 2022-ci il tarixli 22/046-AİSCO-Ə.E.-K.S saylı müqavilə üzrə xx.xx.2022ci il və xx.xx.2023-cü il tarixli müvafiq olaraq 001 və 002 nömrəli qiymət razılaşma protokollarına əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın adı (SOCAR karbamid, Nitroammafos və s.), ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. 001 və 002 nömrəli qiymət razılaşma protokollarının: 4-cü bəndinə əsasən alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 0,1 (%) faizi məbləğində dəbbə pulunu satıcıya ödəyəcəkdir. Qiymət razılaşma protokolları hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Aqrar İnnovasiya və Təchizat Şirkəti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif ölçü və miqdarda malların (SOCAR karbamid, Nitroammafos və s.) verilməsinə dair sentyabr 2022-aprel 2023-cü illəri əhatə edən elektron qaimələr tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh təqdim edilmişdir. Malların təhvil-təslim aktları ilə təsdiq edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iyul 2021- mart 2023-cü il tarixlərində müxtəlif ölçü və miqdarda mallar (SOCAR karbamid, Nitroammafos və s.) Cavabdeh təhvil verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasında 563.416,05 manatlıq satış həyata keçirilmiş, həmin müddət üçün 221.380,35 manat ödəniş edilmiş və Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə qalıq borcu 342.035,70 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlayaraq borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında - 09 sentyabr 2022-ci il tarixdə 22/046-AİSCO-Ə.E.-K.S saylı korporativ satış üzrə alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində həmin müqavilə əsasında təqdim edilmiş malların dəyərinin - 342.035,70 manat məbləğində borcun Cavabdeh tərəfindən ödənilmədiyini iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında vermiş olduğu izahatında borc məbləğinin 8646 manat hissədə ödədiyini, əlavə ödənişlər də edəcəyini bildirməklə dolayısı ilə iddiaya qarşı etirazının olmadığını başqa sözlə tələb olunan borc məbləğini (ödənişlər edildiyi nəzərə alınmaqla) olması faktını təsdiq etmişdir (etiraf etmişdir). Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bununla yanaşı 342.035,70 manat məbləğində borcun olması Cavabdeh da imzaladığı xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə də təsdiq olunur. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Odur ki, məhkəmə iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatında işə məhkəmədə baxılarkən mübahisəli borcdan 8640 manat məbləğində ödəniş edilməsi faktını təsdiq etməsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsində tələb olunan 342.035,70 manat borc məbləğindən cavabdeh tərəfindən ödənilmiş 8640 manat çıxılmalı və cavabdehdən 333.395,70 manat əsas borc tutulmaqla iddia qismən təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 5000 manat məbləğində dəbbə pulunun Cavabdeh tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və müqavilənin əlavələri olan qiymətlərin razılaşdırılması protokolllarında alıcının malın dəyərini ödəmək öhdəliyinin icrasınının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan icavabdehdən dəbbə pulunun ödənilməsi hissəsində də iddia əsaslıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri və 238 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 637,04 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri də məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat, dövlət rüsumunun əvəzi olaraq 220 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 333.395,7 manat məbləğində əsas borc, 5000 manat məbləğində dəbbə pulu, cəmi 338.395,7 manat məbləğində pul vəsaitini, dövlət rüsumunun əvəzi olaraq 400 manat və mediasiya xərclərinin əvəzi olaraq 220 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4765/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4765/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver