Məhkəmə qərarları › İş №e-2-2(113)-4766/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4766/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4766/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı MMC-nın nümayəndəsi X1 və Cavabdeh1 ASC-nin nümayəndəsi Suleimanov Məftunun və Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nın cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1853-p/18saylı müqavilənin və xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmanın qiymətlə bağlı şərtinin qismən etibarsız hesab edilməsi, mediasiya xidmətinə çəkilən 200 manatın (100,00 manatının dövlət rüsumuna aid edilməsi) xərcin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə ”Aqroservis“ ASC (keçmiş Aqrolizinq ASC) arasında kənd təsərrüfatı texnikalarının lizinqə verilməsinə dair xx.xx.2018-ci il tarixli 1853-p/18saylı müqavilə bağlanmış və müqavilənin şərtlərinə əsasən 1902 adda ümumi dəyəri 38,151012 manat məbləğində olan müxtəlif markalı kənd təsərrüfatı texnikaları (2016-cı il buraxılışlı 7 adda 21700 manat məbləğində, 2017-ci il buraxılışlı 1410 ədəd 29667699 manat məbləğində, 2018-ci il buraxılışlı 485 ədəd ******* manat məbləğində) lizinq verənin mülkiyyətinə verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1853-p/18saylı lizinq müqaviləyə və 28 dekabr 2018-ci il tarixli "xxxx" ASC-nə məxsus texnikaların lizinq verənə təhvili barədə P 001 nömrəli akta və xx.xx.2019-cu il tarixli N D-1853-P/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmaya əsasən qeyd edilən 1902 adda kənd təsərrüfatı texnikalarının dəyəri 38151012 manat təşkil etmişdir. Bağlanmış lizinq müqaviləsinə əsasən cavabdeh tərəfindən təqdim edilən ödəniş cədvəli araşdırılarkən müəyyən edilmişdir ki, lizinq predmeti olan ümumi dəyəri 38151012 manat təşkil edən 1902 adda kənd təsərrüfatı texnikalarının işlənmə vəziyyəti və həmin texnikaların illər üzrə aşınması nəzərə alınmadan ilkin alış qiyməti ilə lizinqə verilmişdir. Lizinqə verilmiş kənd təsərrüfatı texnikalarının əvvəllər müxtəlif təsərrüfatlarda işləməsi və ötən illər üzrə təbii aşınması nəzərə alınmadan yeni qiymətlərlə satılması, bağlanmış müqavilənin qiymətlə bağlı şərtlərinə müvafiq dəyişiklərin edilməsinə zərurət yaratmışdır. Bununla bağlı Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə mübahisənin pretenziya qaydasında nizama salınmasına dair məktubla müraciət edilmiş, həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən mübahisənin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməklə nizama salınmasına dair təklif, daha sonra müraciət ünvanlanmış, lakin tərəflər arasında artıq müqavilədə göstərilən məbləğlə bağlı müqavilənin şərtlərinə müvafiq dəyişiklər edilməsi barədə razılıq əldə edilməmiş və mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 08 iyul 2022-ci il tarixli MŞB/4-01326 saylı arayış tərtib edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, xx.xx.2018-ci il tarixli 1853-p/l8saylı lizinq müqaviləsinə əsasən qeyd edilən kənd təsərrüfatı texnikaları 28 dekabr 2018-ci il tarixdə İddiaçı MMC-yə saz, nizamlanmış və kompekt halda təhvil verilmiş və müvafiq təhvil aktı tərtib edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1853-p/l 8saylı lizinq müqaviləsinin 2.1.1 -ci maddəsinə əsasən lizinq verən texnikanın tam komplektləşdirilmiş və saz şəkildə lizinq alana verilməsini təmin edir. Orada texnikanın yeni və ya istifadə olunmuş halda verilməsi ilə bağlı şərt yoxdur. Lizinq alan kənd təsərrüfatı sahəsində ixtisaslaşmış hüquqi şəxs olaraq texnikanı qəbul edəndə onun istifadə olunmuş texnika olması barədə, sözsüz ki, məlumatlı olmuşdur. Azərbaycan Respublikası Müli Məcəlləsinin 390-cı maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər və müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir (müqavilə azadlığı). Həmin Məcəllənin 398-ci maddəsinə əsasən Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 421.2-ci maddəsinə istinad etmişdir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi tərəflərdən birinin tələbi ilə müqavilə şərtlərinin dəyişdirilməsi yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması halında mümkündür. Cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixli 1853- p/18saylı lizinq müqaviləsinin və xx.xx.2019-cu il tarixli D-1853-P/l8 saylı razılaşmanın şərtlərinin pozulması halı mövcud deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Maftun Suleimanov iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1 ASC-nin əvvəlki adı "xxxx" ASC olmuş və sözügedən cəmiyyət tərəfindən lizinq obyektləri olan texnikalar 2017 və 2018-ci illərdə bir sıra şirkətlərin istifadəsinə verilmiş, daha sonra həmin şirkətlər İddiaçı MMC-yə daxil olduğundan və sözügedən şirkətlərin lizing verənə borcu olduğundan, İddiaçı MMC xx.xx.2018-ci il tarixdə 1853-p/18 nömrəli lizinq müqaviləsini bağlayaraq Cavabdeh1 ASC-yə məxsus olan və sözügedən şirkətlərin istifadəsində olan lizinq obyektlərini lizinqə götürməklə, həm də onların borcları üzrə öhdəlikləri öz üzərinə götürmüşlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil etiraza uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli 1853-p/18 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ümumi məbləği 38426822 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra İddiaçı MMC-nin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 2.1-ci maddəsinə əsasən "xxxx" ASC göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə İddiaçı MMC-yə verilməsini təmin edir. 28 dekabr 2018-ci il tarixli P001 nömrəli "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış "xxxx" ASC-yə məxsus texnikaların İddiaçı MMC-yə təhvili barədə aktdan görünür ki, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli 1853-p/18 nömrəli və "xxxx" ASC-nin 6139/ü-1 nömrəli xx.xx.2018-ci il tarixli əmri əsasında lizinqə verilən texnikalar saz, nizamlanmış və komplekt halda müvafiq olaraq "xxxx" ASC-nin təchizat bazaları, rayon bölmələri və regional nümayəndəlikləri tərəfindən lizinq alana təhvil verilmişdir. 25 oktyabr 2022-ci il tarixli Cavabdeh1 ASC-nin İddiaçı MMC-nin 2022-ci il 19 oktyabr tarixli 001/1279 nömrəli məktubuna cavabından görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı MMC arasında bağlanmış kənd təsərrüfatı texnikalarının lizinqə verilməsinə dair xx.xx.2018-ci il tarixli 1853-p/18 nömrəli müqaviləyə əsasən lizinq obyekti olan texnikalar 2017-2018-ci il təsərrüfat mövsümündə fermerlərə aqrotexniki xidmətlərin göstərilməsində istifadə olunmuşdur. Eyni zamanda bildiririk ki, müqavilə üzrə lizinq obyekti olan kənd təsərrüfatı texnikaları İddiaçı MMC-yə ilkin dəyəri ilə lizinqə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 354.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir. Məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı xx.xx.2018-ci il tarixli 1853-p/18saylı müqavilənin və xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmanın qiymətlə bağlı şərtinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixdə lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı MMC arasında 1853-p/18 nömrəli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən "xxxx" ASCyə məxsus 38426822 manat dəyərində olan kənd təsərrüfatı texnikaları tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə İddiaçı MMC-yə lizinqə verilmiş, yəni xx.xx.2018-ci il tarixdə kənd təsərrüfatı texnikaları qəbul edən-lizinq alan İddiaçı MMC lizinq obyektlərinin ümumi dəyərinin 38426822 manat məbləğində olması ilə razılaşmışdır. Məhkəmə iddiaçının 25 oktyabr 2022-ci il tarixli Cavabdeh1 ASC-nin məktubuna istinadən lizinqə verilən texnikaların 2017-2018-ci illərdə təsərrüfat mövsümündə aqrotexniki xidmətlərin göstərilməsində istifadə olunması ilə bağlı qeyd edir ki, həmin texnikalar sonralar İddiaçı MMC-yə daxil olan şirkətlər tərəfindən istifadə edilmiş və 2017- 2018-ci illərdə yaranmış borcla İddiaçı MMC razılaşaraq, həmin borclar daxil 38426822 manat dəyərində olan kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmanın qiymətlə bağlı şərtinin qismən etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər arasında lizinq müqaviləsi xx.xx.2018ci il tarixdə bağlanmış, iddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək qanunvericilikdə əqdin etibarsızlığı barədə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı xx.xx.2018-ci il tarixli 1853-p/18saylı müqavilənin və xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmanın qiymətlə bağlı şərtinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı xx.xx.2018-ci il tarixli 1853-p/18saylı müqavilənin və xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmanın qiymətlə bağlı şərtinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar