Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4768/2022 18.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək, vergi ödəyicisi olan Maraqlı şəxs dövlət sosial müdafiə fonduna 7995,99 manat və işsizlikdən sığorta fonduna 7,67 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatdan görünür ki, Maraqlı şəxs qeydiyyatda olan ünvanı Qubadlı rayonu, Qundanlı kəndidir. Məhkəmə qeyd edir ki, ərizəyə əlavə edilmiş vergi orqanı tərəfindən tərtib olunmuş “hüquqi şəxs haqqında məlumat adlı” sənəddə Maraqlı şəxs yaşadığı yerin “Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küç. ev 5 mən 19” kimi göstərilməsi, hazırki ərizənin Bakı Kommersiya Məhkəməsində baxılması üçün əsas ola bilməz, belə ki, məcburi köçkünlərin yaşadığı yeri vergi orqanları tərəfindən deyil, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin arayışı ilə müəyyən edilir. Həmçinin ərizəçinin diqqətinə çatdırılır ki, Maraqlı şəxs istifadəsində olan (050) ***-**- ** nömrəli (“hüquqi şəxs haqqında məlumat adlı” sənəddə qeyd edilib) telefonla əlaqə saxlanılmış və maraqlı şəxs Sumqayıt şəhərində yaşaması barədə məlumat vermişdir. Göründüyü kimi məcburi köçkün olan Maraqlı şəxs məhz Bakı şəhərində müvəqqəti yaşayış yeri barədə səlahiyyətli orqan (Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi) tərəfindən tərtib edilmiş sənəd təqdim edilmədiyindən ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə izah edilsin ki, Maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş arayışa əsasən Bakı şəhərində müvəqqəti qeydiyyatda olması barədə sübut təqdim edilmədiyi təqdirdə hazırki ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4768/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4768/2022
18.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver