Məhkəmə qərarları › İş №e-2-2(113)-4768/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4768/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4768/2023 04.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçı və cavabdehin iştirakı olmadan, İddiaçı cavabdeh "X2 X3 Sanayi ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış "X2 X3 SANAYİ VE DİŞ TİCARET LİMİTED" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 27 aprel 2020-ci il tarixli, Hİ-067/2020 saylı müqavilə üzrə 6995.24 manat əsas borc, 695 manat cərimə məbləği, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat olmaqla, cəmi 7790.24 manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-yə ödənilməsin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclasları 22 sentyabr 2023-cü il tarixə, saat 12:05-ə və 04 oktyabr 2023-cü il tarixə, saat 15:45-ə təyin edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə hazırlıq iclaslarına gəlməmiş və iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "X2 X3 Sanayi ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar