Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4771/2022 29.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan “X1” MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 171,71 manat, Dövlət Sosial Müdafiə Fonduna 1083,13 manat, dövlət büdcəsinə 5366,88 manat, İşsizlikdən sığorta fonduna 4,98 manat, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 161,88 manat, dövlət büdcəsinə 678,5 manat, İşsizlikdən sığorta fonduna 3,84 manat, İcbari Tibbi Sığorta Fonduna 32,34 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 5,34 manat, İşsizlikdən sığorta fonduna 0 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “X1” MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 171,71 manat, Dövlət Sosial Müdafiə Fonduna 1083,13 manat, dövlət büdcəsinə 5366,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 5242,54 manat, faizlər üzrə 124,34 manat) , İşsizlikdən sığorta fonduna 4^98 manat, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 161,88 manat, dövlət büdcəsinə 678,5 manat məbləğində (o cümlədən, vergilər üzrə 568,25 manat, faizlər üzrə 110,25 manat) , İşsizlikdən sığorta fonduna 3,84 manat, İcbari Tibbi Sığorta Fonduna 32,34 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 5,34 manat, İşsizlikdən sığorta fonduna 0 manat olmaqla borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********600000, xx.xx.2022-ci il tarixli **********649000, xx.xx.2022-ci il tarixli **********250000, xx.xx.2022-ci il tarixli ******************.10.2021-ci il tarixli **********338200, xx.xx.2021-ci il tarixli **********333700, xx.xx.2021-ci il tarixli **********549600, xx.xx.2021-ci il tarixli **********328500 xx.xx.2022-ci il tarixli **********827400, xx.xx.2022-ci il tarixli **********995800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən “X1” MMC, "xxxx" MMC-nin icra orqanlarının rəhbəri və vergi ödəyicisi olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Ərizəçi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-5.2-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində materiallara əlavə edilmiş: Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü digər poliqrafiya məhsullarının (qəzetlərdən əlavə) çap edilməsi olan Bakı şəhəri Nərimanov rayonunda yerləşən “X1” MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü digər poliqrafiya məhsullarının (qəzetlərdən əlavə) çap edilməsi olan Bakı şəhəri Nərimanov rayonunda yerləşən "xxxx" MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxsdur. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 0 manat borcu mövcuddur. «X1» MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 7335,45 manat borcu mövcuddur. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 388,91 manat borcu mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********0 nömrəli bildirişlə Maraqlı şəxs müraciət edərək xx.xx.2021-ci il tarixinə ümumilikdə 148,75 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 146,87 manat, faizlər üzrə 1,88 manat,) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********4 nömrəli bildirişlə X1» MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 5623,12 manat (o cümlədən, vergilər üzrə 5559,94 manat, faizlər üzrə 63,18 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********8 nömrəli bildirişlə Maraqlı şəxs müraciət edərək xx.xx.2021-ci il tarixinə ümumilikdə 568,82 manat (o cümlədən, vergilər üzrə 568,25 manat, faizlər üzrə 0,57 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi işsizlikdən sığorta haqları üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********3 nömrəli bildirişlə Maraqlı şəxs müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 10,37 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 9,96 manat, faizlər üzrə 0,41 manat,) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi işsizlikdən sığorta haqları üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********6 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 62,07 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 59,86 manat, faizlər üzrə 2,21 manat,) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi işsizlikdən sığorta haqları üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********4 nömrəli bildirişlə “X1” MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 43,06 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 41,66 manat, faizlər üzrə 1,40 manat,) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********7 nömrəli bildirişlə Maraqlı şəxs müraciət edərək xx.xx.2021-ci il tarixinə ümumilikdə 30,07 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 24,13 manat, faizlər üzrə 5,94 manat,) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********9 nömrəli bildirişlə “X1” MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 171,71 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 166,60 manat, faizlər üzrə 5,11 manat,) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 219,49 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 212,71 manat, faizlər üzrə 6,78 manat,) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyiciləri olan “X1” MMC və Maraqlı şəxs vergi öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün onların dövlət büdcəsinə və müvafiq fondlara borcları yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onlara borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Bununla yanaşı, maraqlı şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, “X1” MMC və Maraqlı şəxs tərəfindən ərizədə göstərilmiş borclar tam şəkildə ödənilmişdir. Göründüyü kimi, ərizədə göstərilən borclar vergi ödəyiciləri olan “X1” MMC və Maraqlı şəxs tərəfindən tam şəkildə ödənildiyindən həmin hüquqi şəxsin icra orqanın rəhbəri və vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4771/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4771/2022
29.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver