Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4786/2022 26.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 181 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı “Qara-Çay” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə “Qara-Çay” şirkəti arasınd QARA-xx/xx-2020 saylı 08 dekabr 2020-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Qara-çay” şirkəti polietilen boru məhsullarının alınması məqsədi ilə Cavabdeh MMC-yə 30.000 manat məbləğində avans ödənişi etmişdir. Bununla bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuş və tərəflərin imza və möhürü ilə təsdiqlənmişdir. Aktda “Qara-Çay” şirkətinin Cavabdeh MMCyə 30.000 manat avans ödənişi ödənilməsi tərəflərindən təsdiq edilmişdir. Lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini tam və layiqincə icra etməmişdir. Belə ki, bugünədək müqavilə üzrə nəzərdə tutulmuş polietilen boru məhsulları Cavabdeh MMC tərəfindən “Qara-Çay” şirkətinə təhvil verilməmişdir. Tərəflərindən dəfələrlə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış və borcun ödənilməsi bildirilmişdir. Lakin müqavilənin bağlanmasının müddətindən artıq 18 ay müddətin keçməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən polietilen boru məhsulları təhvil verilməsi istiqamətində heç bir real addım atılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (direktor Qanuni nümayəndə şəxsində) (satıcı) ilə İddiaçı (alıcı) arasında 01 avqust 2019-cu il tarixdə xx/xx-2019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin predmeti, müqavilədə qeyd olunan əşya(lar)ın (bundan sonra - mal) satıcı tərəfindən alıcıya satılmasından, alıcı tərəfindən isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və məbləğdə malın dəyərinin satıcıya ödənilməsindən ibarətdir. 1.2-ci bəndinə görə alıcı tərəfindən satıcıya satılan malların (Polietilen boru PE100, D200mm, 8atm (STP istehsalı) və Polietilen boru PE100, D250mm, 8atm (STP istehsalı)) ümumilikdə dəyəri 112.000 (ƏDV daxil 118.900) manat təşkil edir. 3.1-ci bəndinə əsasən satıcı malın və ona aid digər zəruri sənədlərin alıcının bildirdiyi ünvanda ona təhvil verilməsini öz öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən alıcı avans ödədikdən sonra mal satıcı tərəfindən alıcıya təhvil verilir. Alıcı tərəfindən malın qalan qiyməti satıcıya hissə-hissə ödənilir. Müqavilə imzalandığı və möhürləndiyi andan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə müqavilə dəyərindən (115.000) avans olaraq 30.000 manat ödəniş edilir. Plastik su boruları ünvana çatdırılır. Yerdə qalan məbləğ vəsait hissə-hissə ödəniləcək. Akt təhvil alan Cavabdeh MMC-nin (Qanuni nümayəndə) və təhvil verən İddiaçı (F.Əmircanov) imzası və möhürü ilə təsdiq etmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 30.000 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək sifariş edilmiş malların dəyərindən avans olaraq 30.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəsə də, cavabdeh sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməməyərək sifariş edilmiş malları cavabdehə təqdim etməmişdir. Hazırda İddiaçı sözügedən müqavilə üzrə Cavabdeh MMC-yə ödədiyi 30.000 manat məbləğində geri qaytarılmasını tələb edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların dəyərindən avans olaraq 30.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh MMC-yə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yarandığından, iddia təmin edilməli, Cavabdeh MMCdən 30.000 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya mediasiya xərcləri ilə yanaşı 180 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 180 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Odur ki, artıq ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 180 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 30.000 (otuz min) manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia verilərkən ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4786/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4786/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver