Məhkəmə qərarları › İş №e-2-2(113)-4787/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4787/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4787/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X14 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 23580,19 manat borcun, həmçinimn mənəvi ziyan qismində 5000 manat, əldən çıxmış fayda olaraq 5000 manat, cəmi 33580,19 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ildən fərdi sahibkar kimi rəsmi qeydiyyatdan keçmiş və kommersiya fəaliyyəti göstərirəm. Gəncə şəhərində 38 saylı hərbi şəhərciyin yaxınlığında özünə məxsus qənd sexi var. Həmin sexdə “qənd” məhsulu istehsal edərək satışı ilə məşğul olur. X1 isə ona verdiyi etibarnamə əsasında qənd sexini idarə edir. 2024-cü ilin aprel ayında özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edən X9 bizdən “kəllə qənd” almaq niyyətini bildirdi. Onunla aralarında “kəllə qənd” satışına dair xx.xx.2024-cü il tarixli, 38 nömrəli alqı-satqı müqaviləsi bağlandı. Həmin müqaviləyə əsasən cavabdeh aldığı məhsulun dəyərini satıcı tərəfindən elektron qaimə faktura təqdim olunduqdan sonra 30 gün ərzində mənim hesablaşma hesabıma ödəməli idi. Müqaviləyə əsasən X6 xx.xx.2024-cü il tarixdə 1867,19 manat dəyərində mal qənd sexindən cavabdehə təhvil verilmişdir. Q.Məmmədov malı şəxsən özü “Hundai sonata” markalı avtomobilə yükləyərək aparmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə 6425 manat dəyərində, xx.xx.2024-cü il tarixdə 4368 manat dəyərində, xx.xx.2024-cü il tarixdə 10920 manat məhsulu 166 saylı yükdaşıma xidmətinin avtomobilinə yükləyərək aparmışdır. Məhsulun dəyərini ödəmək vaxtı çatdıqdan isə cavabdeh borcunu ödəməkdən imtina etdi. Cavabdehin mənə ümumi olaraq 23580,19 manat borcu qalmışdır. Dəfələrlə tələb etməyimə baxmayaraq cavabdeh pulu ödəməkdən imtina edir. Mən əvvəlcə polisə müraciət etdim. Gəncə şəhər Baş Polis Baş Polis İdarəsində araşdırma aparıldı. Araşdırma zamanı X5 həqiqətən də məndən qeyd olunan qiymətə məhsul alması və pulunu ödəməməsi müəyyən olunmuş, lakin mülki məsələ olması əsası ilə cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Malların satışı barədə cavabdehə elektron qaimə fakturalar göndərilmişdir. Həmin qaimələr iddia ərizəmə əlavə edirəm. Həmçinin Gəncə şəhər Baş Polis Baş Polis İdarəsində araşdırma zamanı izahatı alınmış X10 izahat verərək 166 yük daşıma xidmətinin sürücüsü kimi Qabil Məmmədovun sifarişi əsasında mənə məxsus qənd sexindən məhsulu avtomobilə yükləyərək onun göstərişi ilə Şəmkir rayonuna aparıb orada Rafael Məmmədov adlı şəxsə məxsus “Sərxan” marketə təhvil verdiyini və sonuncudan məhsulun pulunu almasını və Qabil Məmmədovun gösrətişi ilə sonuncunu kart hesabına göndərməsini təsdiq etmiş, həmçinin izahatı alınmış X4 Məmmədovun həmin qənd məhsulunu ona satmasını və pulunu da almasını bildirmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehndən 23580,19 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 04 aprel 2024-cü il tarixli 38 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə müqavilənin predmetini “Keyti dağ” kəllə (qənd) satışı təşkil edir. - 2.1-ci bəndinə əsasən Malın qiyməti və miqdarı tərəflərin razılığına əsasən müəyyənləşdirilir. - 3.1-ci bəndinə əsasən müqaviləyə əsasən Satıcı tərəfindən Elektron Qaimə faktura təqdim olunduqdan 30 gün müddətində malın dəyəri alıcının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirilir. Mallann təqdim edilməsi qarşılıqlı razılığa əsasən istənilən vaxtda təqdim edilə bilər. - 3.2-ci bəndinə əsasən müqaviləyə əsasən Malın dəyərinin ödənilməsi tarixi ödənişin Satıcının hesablaşma hesabına köçürüldüyü an hesab olunur.. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

11. İddiaçı tərəfindən cavabdehə EBEB 901014 nömrəli xx.xx.2024-cü il tarixli 10920 manat,EBEB 506394 nömrəli xx.xx.2024-cü il tarixli 1867,19 manat,EBEB 552163 nömrəli xx.xx.2024-cü il tarixli 6425 manat,EBEB 753580 manat xx.xx.2024-cü il tarixli 4368 manat məbləğində elektron qaimələr göndərilmişdir.

12. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 06 iyun 2024-cü il tarixli qərarı ilə HK-1/385 saylı material üzrə cinayət işinin başlanılmasına rədd edilməsi qərara alınmışdır. V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

VI. Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC (alıcı) arasında 04 aprel 2024-cü il tarixli 38 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda İddiaçı göstərilən müqavilə üzrə iddiaçı “X18 LTD” MMC-yə olan borcu 23580,19 manat təşkil edir. Cavabdehin iddiaçıya qeyd edilən məbləğdə borcunun olması iş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələri, elektron qaimələr, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 06 iyun 2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərar və digər sübutlarla sübuta yetirilir.

17. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 23580,19 manat tutularaq İddiaçı ödənilməlidir.

18. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 62,13 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

19. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 62,13 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 23580,19 (iyirmi üç min beş yüz səksən manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar