Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4790/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin iddia, Cavabdeh MMC-nin İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 60441,27 manat və ödənilmiş 271,33 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 181A olan Cavabdeh MMC (VÖEN: **********) arasında dondurma məhsullarının şifahi alqı-satqı müqaviləsi ilə əlaqədar əldə edilmiş razılığa əsasən və həmin şifahi razılığın şərtləri üzrə İddiaçı tərəfindən 01 avqust 2023-cü il tarixdən, 01 yanvar 2024-cü il tarixədək müxtəlif tarixli və nömrəli e-qaimələr vasitəsi ilə (xx.xx.2023-cü il tarixli EBDM 342963 nömrəli e-qaimə ilə 18280.60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 834746 nömrəli e-qaimə ilə 22593.79 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDT 920143 nömrəli e-qaimə ilə 25119.20 manat məbləğində, xx.xx.2023-cü il tarixli MT2312 00173167 nömrəlie-qaimə ilə 35322.07 manat məbləğində), cəmi 101315.66 (bir yüz bir min üç yüz on beş manat altmış altı qəpik) manat məbləğində müxtəlif növ dondurma məhsulları Cavabdeh MMC-yə satılmış, lakin indiyə kimi Cavabdeh MMC tərəfindən həmin şifahi razılaşmanın tələbləri pozularaq satılmış dondurma məhsullarına görə "xxxx" Şirkətinə borclu olduğu 60441,27 manat pulu ödəməmiş və bu hərəkətləri ilə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Beləliklə, İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş şifahi müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində Cavabdeh MMC-nin İddiaçınə cəmi 60441,27 manat borcu yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin şirkətə borclu olduğu 60441,27 manatın ödənilməsi ilə bağlı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi üçün ona borcun 10 gün müddətində İddiaçınə ödənilməsinin təmin edilməsi məqsədi ilə məktub göndərilmişdir. Lakin Cavabdeh MMC borcun ödənilməsi ilə bağlı heç bir real hərəkət etməmişdir. Göründüyü kimi, İddiaçı ilə hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 181A olan Cavabdeh MMC arasında şifahi alqı-satqı müqaviləsi ilə əlaqədar əldə edilmiş razılığa əsasən "xxxx" Şirkəti tərəfindən 01 avqust 2023-cü il tarixdən, 01 yanvar 2024-cü il tarixədək müxtəlif tarixli və nömrəli e-qaimələr vasitəsi ilə cəmi 101315,66 manat məbləğində müxtəlif növ dondurma məhsulları Cavabdehnə satılmış, lakin indiyə kimi Cavabdeh tərəfindən həmin şifahi razılaşmanın tələbləri pozularaq satılmış dondurma məhsullarına görə "xxxx" Şirkətinə borclu olduğu 60441,27 manat pulu ödəməmiş və bu hərəkətləri ilə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Odur ki, İddiaçı ilə Cavabdeh MMC arasında şifahi alqı-satqı müqaviləsi ilə əlaqədar əldə edilmiş razılığa əsasən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində Cavabdeh MMC-nin İddiaçınə cəmi 60441,27 manat borcun olmasını, lakin indiyə kimi Cavabdeh MMC tərəfindən həmin müqavilənin tələbləri pozularaq "xxxx" Şirkətinə borclu olduğu 60441,27 manat ödəməməsi və bu hərəkətləri ilə üzərinə düşən öhdəliyi icra etməməsi nəzərə alınıb, Cavabdeh MMC 60441,27 manat və ödənilmiş 271,33 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçındən onun xeyirnə 40874,39 manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 212,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı odur ki, tərəflər arasında müxtəlif növ dondurma məhsullarının alqı-satqısına görə şifahi razılaşma mövcuddur və razılaşmanın şərtlərinə əsasən sifarişçi kimi cavabdeh 2023-cü ilin avqust ayının əvvəllərində Camal LTD şirkətinə müxtəlif növlü dondurma məhsulları sifarış verib 40874,39 manat da pul ödəsə də, Camal LTD şirkəti onlara ödədiyi pulun miqdarında dondurma məhsulu təhvil verməmiş, pulunu qanunsuz olaraq öz istifadəsində saxlamışdır. Bundan əlavə olaraq bildirir ki, Camal LTD şirkəti tərəfindən məhkəməyə verilmiş maddi sübutlardan da görünür ki, Camal LTD şirkətinin RDC MMC-yə qarşı iddiası əsassız və qanunsuzdur. Belə ki, Camal Ltd şirkəti tərəfindən qeyd edilmiş 60441,27 AZN borc, qaimə əsasında həmin borc noyabr və dekabr aylarını əhatə edir, 21 sentyabr 2023-cü il tarixli üzləşməyə görə 61409,69 AZN borc qeyd edilmişdir, lakin RDC MMC-nin Camal Ltd şirkətinə həmin tarixə qədər 61409,69 AZN borcu olmamışdır və 60441,27 AZN borc noyabr və dekabr aylarını əhatə etdiyi halda, 21 sentyabr 2023-cü il tarixdə qanunsuz və heç mötəbərliyi olmayan üzləşmə aktı tərtib edilmişdir. Burdan da belə nəticəyə gəlmək olur ki, Camal Ltd şirkəti tərəfindən RDC MMC-yə 101315,66 AZN-lik malların heç bir təhvil-təslim aktı, üzləşmə və.s mötəbər sübutu olmadan verildiyi iddia edilir və malın təhvil verilməsini heç cür əsasslandıra bilmirlər. Camal Ltd şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş qanunsuz sübutlardanda görünür ki, iddia ümumiyyətcə əsassızdır və RDC MMC tərəfindən ödənilən 40874,39 manat pul əsassız olaraq Camal Ltd MMC-nin istifadəsində qalmışdır. İlkin və qarşılıqlı iddia tələblərinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 385.2, 386.1, 389.2, 427.1, 442.1, 449.1, 567, 598.1, 598.2, 600.1, 600.4, 600.5-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi avqust tarixli elektron qaimələr üzrə ödənişlər olunmuş, lakin sonrakı iki elektron qaimə üzrə ödənişlər olunmamışdır. 10 avqust 2023-cü il tarixli və 17 avqust 2024-cü il tarixli elektron qaimələr üzrə ödənişlər müvafiq olaraq 10 avqust və 18 avqust 2023-cü il tarixlərində edilmişdir. Malların təhvil-təslimi üzrə heç bir sənəd tərtib olunmamış, təqdim edilmiş mallar üçün qarşı tərəfə elektron qaimə göndərilmişdir. Əsasən məhsullar cavabdehə təhvil verildikdən bir müddət sonra ödəniş üçün elektron qaimə göndərilmişdir. Ödənişlər köçürmə yolu ilə həyata keçirilmişdir. Belə ki, tərəflər arasında müqavilə olmadığı üçün və malların dəyərinin ödənilməsi məsələsi tənzimlənmədiyindən sadəcə ağlabatan müddətdə ödənişlər həyata keçirilməli idi. Bundan əlavə, tərəflər arasında hər hansı akt tərtib edilməməsinin, rəsmiləşdirmə apraılmamasının səbəbi tərəflərin bir-birinə qarşılıqlı etimadı ilə bağlı olmuşdur. Əvvəlcə iddiaçı tərəfindən mallar cavabdehə təhvil verilmiş, daha sonra da e-qaimələr tərəfə göndərilmişdir. Tərəflər arasında əvvəllərdə, yəni 2019-cu ildə də alqı-satqı münasibətləri mövcud olmuş, göndərilmiş elektron qaimələr üzrə bütün məbləğlər ödənilmişdir. Hazırkı borc yeni yaranmış münasibətlər üzrə ödənilməmiş məbləğdir. Cavabdehin avqust ayında etdiyi ödənişin avans olmasını bildirməsi əsassızdır. Çünki avans ödənişi müqavilə bağlandıqdan sonra ödənilən ödənişdir. Elektron qaimə təqdim edildikdən sonra edilmiş ödəniş avans hesab edilə bilməz. Sonda o, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında qeyd edilən məbləğdə dondurma alqı-satqısı olmamış, iddiaçı tərəfindən mallar cavabdehə təhvil verilməmişdir. Belə ki, cavabdehin avqust ayında təqdim edilmiş elektron qaimələr üzrə ödəniş etmə səbəbi həmin məbləğin iddiaçıya avans olaraq ödənilməsi ilə bağlı olmuşdur. Avans məbləği olaraq cavabdeh tərəfindən iki elektron qaimə üzrə ödənilmiş 40874,39 manat məbləğ nəzərdə tutulur. Cavabdehin avans ödənişi əvvəlcədən etməyinin səbəbi iddiaçı tərəfindən sezon malı olduğu üçün növbəti ayda dondurmaları onlara təhvil verəcəyini güman etmələri ilə bağlı olmuşdur. Həmin dövrdə şirkətdə qarışıqlıq olmuş və şirkətin maliyyəçisi də yalnışlıqla ödənişləri həyata keçirmişdir. Eqaiməni qəbul etmir, ona görə ki, cavabdehin niyyəti təhvil alınmamış mallara görə ödəniş edilməsi ilə bağlı olmuşdur. Elektron sistemə əlavə olunmuş 2019-cu il ödəniş tapşırıqları 2019-cu ildə də tərəflər arasında alqı-satqının olduğunu və həmin dövrdə heç bir mübahisələri olmadığını təsdiq edir. 2019-ci ildə iddiaçı cavabdeh arasında alqı-satqı münasibətləri mövcud olmuş, lakin rəsmi olaraq müqavilənin imzalanıb-imzalanmadığını dəqiq bilmir. Digər tərəfdən ödəniş tapşırığındakı məbləğ elektron qaimələrdə göstərilən məbləğdir. Noyabr və dekabr ayında vurulan e-qaimələrlə bağlı bildirir ki, rəhbərliyin həmin qaimələrdən məlumatı olmamışdır. Belə ki, mühasib həmin dövrdə bu barədə rəhbərliyi məlumatlandırmamışdır. Digər tərəfdən iddiaçı tərəfindən 2023-cü ilin noyabr və dekabr aylarında təqdim edilmiş qaimələrlə bağlı hər hansı etiraz bildirilməməsinin səbəbi cavabdeh şirkətin dövlət layihələrin iştirak etməsi və şirkətin mühasibinin vəzifəsini doğru icra etməməsi ilə bağlı olmuşdur. Daha sonra həmin mühasib vəzifəsindən azad edilmişdir. İlkin iddia tələbinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: EBDM seriyalı, 342963 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 18280,60 manat, EBDL seriyalı, 834746 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 22593,79 manat, EBDT seriyalı, 920143 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 25119,20 manat, MT2312 seriyalı, 00173167 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5388,11 manat dəyərində mallar İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı direktoru tərəfindən təsdiq edilmiş 10 yanvar 2024-cü il tarixli aktdan görünür ki, "xxxx" şirkətinin Satış şöbəsinə təhkim olunmuş müştəri - Bakı Bulvar adlanan alıcı olan hüquqi şəxs - RDC şirkətinə (VOEN: **********) aid Milli Dənizkənarı Parkda qurulan köşklərə 2023-ci ilin Avqust - Dekabr ayları ərzində ona satılmış dondurma məhsullarına görə cəmi 60441,27 AZN borcu qalmaqdadır. Şirkətin uçot məlumatlarına əsasən xx.xx.2023 - xx.xx.2024 tarixləri arasında həmin alıcıya toplam olaraq 101315,66 AZN-lik məhsul satılmış və təhvil alınan mallara görə bank köçürməsi ilə 2 elektron qaimə-faktura ödənildiyindən 40874,39 AZN-lik pul məbləği kassaya mədaxil olunmuşdur. Cari vəziyyətdə yekun borc qalığını göstərən (xx.xx.2024 tarixinədək) adı qeyd olunan müştəriyə aid ödənməmiş 2 rəsmi hesab-faktura qaimələrinin siyahısı aşağıdakı kimi olmaqdadır: EBDT N-920143 (tarix xx.xx.2023): 25119,20 AZN, MT2312 N-173167 (tarix xx.xx.2023): 35322,07 AZN, cəmi 60441,27 manatdır. İddiaçı imzaladığı 21 sentyabr 2023-cü il tarixli üzləşmə aktından görünür ki, 20 sentyabr 2023-cü il tarixinə RDC MMC-nin İddiaçınə olan borcu 61409,69 manat təşkil edir. xx.xx.2019-cu il 78681 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 915,25 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2019-cu il 136419 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 63,56 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2019-cu il 140621 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 222,46 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2019-cu il 143490 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 286,02 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2020-ci il 146859 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 540,25 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2023-cü il 510275 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 15492,04 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2023-cü il 509134 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 19147,28 manat məbləğində ödəniş olunmuşdur. "xxxx" KB ASC tərəfindən tərtib edilmiş UBM/933 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı "xxxx" KB ASC-də mövcud olan bank hesabına xx.xx.2023-cü il tarixində 19147,28 manat, xx.xx.2023-cü il tarixində 15492,04 manat məbləğində ödəniş olunmuşdur. ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 272 manat ödəniş edilmişdir. ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən 3 manat ödəniş edilmişdir. ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən 211 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 329.2-cü maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 409.9-cu maddəsinə əsasən əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halları bunlardan ibarətdir ki, tərəflər arasında şifahi alqı-satqı, malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iddiaçı 10 və 18 avqust 2023-cü il tarixlərində elektron qaimələri verdikdən sonra cavabdeh tərəfindən həmin qaimələr üzrə həmin gün və 1 gün sonra ödənişlər olunmuş, həmçinin daha əvvəl 2019-cu ildə də cavabdeh tərəfindən bir neçə ödənişlər edilmişdir. Bu isə tərəflər arasında yaranmış işgüzar adətin və praktikanın bu cür formalaşdığını, yəni şifahi müqavilə üzrə malların çeşidinin, həcminin, dəyərinin və təhvil verilməsinin elektron qaimələr əsasında tənzimləndiyi təsdiq edir. Cavabdehin nümayəndəsi avqust ayında təqdim olunmuş 2 elektron qaimə üzrə ödənişlərin avans olaraq ödənildiyini, ümumiyyətlə iddiaçının heç bir mal vermədiyini bildirmişdir. Halbuki iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş mallarla bağlı ödənişlərin edilməsi üçün 2023-cü ilin noyabr və dekabr ayları üzrə göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən geri qaytarılmamış və ya imtina olunmamış, həmçinin avans olaraq ödənilmiş məbləğə uyğun mallar verilmədiyi üçün cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir tələb irəli sürülməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh yalnız iddiaçı məhkəməyə müraciət etdikdən sonra qarşılıqlı iddia qaldıraraq bunu mübahisələndirmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmişdir, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır. Bundan başqa cavabdehin özünün məhkəməyə təqdim etdiyi ödəniş tapşırıqlarından görünür ki, 2019-cu ildə də tərəflər arasında rəsmi müqavilə imzalanmasa da, alqı-satqı münasibətləri üzrə işgüzar adətlər, praktika məhz elektron qaimələrin iddiaçı tərəfindən vaxtaşırı olaraq mallar təhvil verildikcə təqdim edilməsi və cavabdeh tərəfindən ödənişlərin aparılması qaydasında formalaşmışdır. Buna görə də qanunvericilik normalarını, tərəflər arasındakı işgüzar adəti və praktikanı, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 60441,27 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddia tələbi təmin edilməli və 60441,27 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş 271,33 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Bundan başqa cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 40874,39 manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 212,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin yuxarıda sadalanan hallarını əsas götürərək, ilkin iddia üzrə iddia tələbində qeyd edilən hallarla razılaşaraq, ilkin iddia tələbinin təmin olunduğunu nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair ilkin iddiası təmin edilsin. Cavabdeh MMC-dən 60441 (altmış min dörd yüz qırx bir) manat 27 (iyirmi yeddi) qəpik məbləğində əsas borc və ödənilmiş 271,33 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilsin. Cavabdeh MMC-nin İddiaçınə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4790/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4790/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver