Məhkəmə qərarları › İş №e-2-2(113)-4797/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4797/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4797/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “lizinq obyektinin geri qaytarılması və s.” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında 13 may 2025-ci il tarixli F844/1 nömrəli müqavilə üzrə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan “BMW 530i” minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) cavabdehin geri götürərək (alaraq) iddiaçıya qaytarmaması ilə bağlı bütün hərəkətlərin qanunsuz hesab olunması və həmin nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdehdən 12113,1 manat əsas borc, 500 manat xidmət haqqı olmaqla ümumilikdə 12613,1 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

2. SAZİŞİN PREDMETİ 2.1. Bu Saziş Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələblərindən və həmçinin iş üzrə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələblərindən (lizinq müqaviləsindən irəli gələn öhdəliklərə görə lizinqə verilmiş avtomaşının lizinq verəndən geri götürülməsi (qaytarılması) tələbi və eləcə də İddiaçı lizinqə olan borcunun ödənilməsi tələbləri) imtina etmələri barədə hər iki tərəfin qarşılıqlı qaydada razılığa gəlmələridir. 2.2. Hər iki tərəf Bakı Kommersiya Məhkəməsinə verdikləri və Sazişin 2.1-ci bəndində göstərilən iddia tələblərindən tam imtina edirlər. 2.3. Hər iki tərəf Sazişin 2.2-ci bəndində göstərilən razılığa əsasən (iddia tələblərindən tam imtina ilə yanaşı), əlavə olaraq aşağıdakı hallar və əsaslar üzrə tərəflər qarşılıqlı qaydada (mübahisəsiz olaraq) razılaşırlar: 2.3.1. İlkin İddiaçı öz iddia tələblərindən tam imtina etməklə ona lizinqə verilmiş “BMW 530i” minik markalı, dövlət nömrə nişanı ** AT *** olan (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) nəqliyyat vasitəsi Cavabdeh MMC tərəfindən onun (İddiaçı) tam qanuni sahiblik və istifadəsinə qaytarılır. Lizinq obyekti İddiaçı qaytarıldıqdan (verildikdən) sonra avtomaşına qanuni sahiblik və istifadənin həyata keçirilməsi tərəflər arasında 13 may 2025-ci il tarixdə bağlanmış (imzalanmış) “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə” üzrə həyata keçiriləcəkdir. 2.3.2. “BMW 530i” minik markalı, dövlət nömrə nişanı ** AT *** olan (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) olan nəqliyyat vasitəsi İddiaçı tərəfindən sahiblik və istifadədə olduğu müddətdə tərəflər arasında 13 may 2025-ci il tarixdə bağlanmış (imzalanmış) “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə”yə 3 nömrəli Əlavəyə uyğun hər ay 2425,86 (iki min dörd yüz iyirmi beş manat, 86 qəpik) manat məbləğində lizinq ödənişlərini vaxtlı-vaxtında yerinə yetircək və bu, onun əsas öhdəliklərindən biridir. 2.3.3. Tərəflər təsdiq edirlər ki, 13 may 2025-ci il tarixində imzalanmış “xx.xx.2024cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə”nin bağlanması zamanı İddiaçı “BMW 530i” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili: 2020, ban nömrəsi: WBAJR3C02LWW79064, mühərrik nömrəsi: 10995974, rəngi: ağ) avtomobilin lizinqə götürülməsi məqsədilə Cavabdeh MMC-yə 12800 (on iki min səkkiz yüz) manat məbləğində nağd ödəniş etmişdir. Bu məbləğin 10000 (on min) manatı avtomobilin ilkin sahibi X2 verilməsi üçün, 2800 (iki min səkkiz yüz) manatı isə X5 Cavabdeh MMC-yə olan borcunun ödənilməsinə yönəldilmiş və bu ödəniş Cavabdeh MMC-nin əməkdaşı tərəfindən qəbul edilmişdir. Qeyd edilən bu ilkin ödəniş 13 may 2025-ci il tarixli F844/1 nömrəli müqavilə çərçivəsində İddiaçı ödəməli olduğu aylıq ödənişlər sırasına daxil deyil və bu ödənişin həyata keçirilməsindən sonra müqaviləyə əlavə edilmiş 3 nömrəli əlavədə göstərilən cədvəl üzrə aparılan ödənişlər istisna olmaqla İddiaçı Cavabdeh MMC-yə qarşı hər hansı əlavə borcu olmamışdır. 2.3.4. Bu Sazişin 2.3.3-cü bəndində qeyd edilən hala uyğun olaraq da İddiaçı “BMW 530i” minik markalı, dövlət nömrə nişanı ** AT *** olan (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) olan nəqliyyat vasitəsini tərəflər arasında imzalanmış “öhdəliyin ötürülməsi haqqında müqaviləyə əlavə təhvil-təslim” aktı sənədi üzrə sahiblik və istifadəyə götürərkən 13 may 2025-ci il tarixə qədər heç bir borcu olmamışdır. Belə ki, 13 may 2025-ci il tarixli, “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə”nin 1.2-ci bəndində gösətrilən və İddiaçı tərəfindən ödənilməli olan 500 (beş yüz) manat Cavabdeh MMC tərəfindən gələcəkdə tələb olunmayacaq. İddiaçı öhdəliyi (yəni pul ilə ödənilməli olan borc) 13 may 2025-ci il tarixə 54 190 (əlli dörd min bir yüz doxsan) manat əsas borc, bu əsas borca hesablanaraq hər ay ödənilməsi qabaqcadan razılaşdırılmış – 13 iyun 2025-ci il tarixdən 13 oktyabr 2027-ci il də daxil olmaqla – 16159,86 (on altı min bir yüz əlli doqquz manat, 86 qəpik) manat faiz ödənişləri və ümumilikdə 70 349,86 (yetmiş min üç yüz qırx doqquz manat, 86 qəpik) manat olmuşdur. Hər iki tərəf razılaşır ki, bu Saziş tərəflərə arasında imzalandığı vaxtda İddiaçı Cavabdeh MMC-yə hər hansı bir pul öhdəliyi yoxdur və belə bir öhdəliyin yaranması yalnız tərəflər arasında 13 may 2025-ci il tarixdə bağlanmış (imzalanmış) “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə” üzərindən yarana bilər (və ya yaranacaqdır). 2.3.5. Hər iki tərəf razılaşır ki, onlar arasında “xx.xx.2024-cü il tarixli, F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə” bağlanarkən, həmin müqavilənin köklü hüquqi əsası olan və Cavabdeh MMC ilə X9 arasında 18 iyul 2024-cü il tarixdə bağlanmış (imzalanmış) F844 nömrəli “X8”ndən irəli gələrək, bu müqavilə üzrə İddiaçı hər hansı borcu yoxdur və 13 may 2025-ci il tarixli “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə”nin 7.1-ci bəndində göstərilən müddəalar yalnız 13 may 2025-ci il tarixdən sonrakı dövrlərə, yeni münasibətlərə şamil edilir. 13 may 2025-ci il tarixdən əvvəlki münasibətlərə və dövrlərə, istinad edilən 7.1-ci bəndin İddiaçı ilə heç bir bağlılığı yoxdur və buna görə hər hansı bir məsuliyyəti yoxdur. 2.3.6. Bu Saziş imzalandıqdan (bağlandıqdan) sonra tərəflər razılaşırlar ki, “BMW 530i” minik markalı, dövlət nömrə nişanı ** AT *** olan (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) olan nəqliyyat vasitəsini (avtomaşını) İddiaçı istənilən vaxt yerləşdiyi cərimə meydançasından şəxsən götürür və bununla da bağlı Cavabdeh MMC heç bir maneə yaratmır. Əgər sonradan belə bir maneə yaranarsa, İddiaçı dəymiş bütün ziyan və zərərə görə Cavabdeh MMC məsuliyyət daşıyır. 2.3.7. Bu Sazişin 2.3.6-cı bəndinə əsasən, İddiaçı avtomaşını götürdükdən sonra, İddiaçı üzərinə düşən lizinq ödənişlərini hər ay vaxtlı-vaxtında ödəyir və bu öhdəliyini pozcağı təqdirdə, İddiaçı məsuliyyət daşıyır. 2.3.8. Bu Sazişin 2.3.6-cı bəndində nəzərdə tutulan qaydada İddiaçı avtomobili qəbul etdikdən sonra tərəflər arasında avtomobilin qəbulu ilə bağlı təhvil-təslim aktı tərtib ediləcək və imzalanacaq. 2.3.9. Lizinq obyekti olan “BMW 530i” minik markalı, dövlət nömrə nişanı ** AT *** olan (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) olan nəqliyyat vasitəsi İddiaçı tərəfindən cərimə meydançasından götürüldüyü gün (həmin gündən gec olmayaraq) onun (İddiaçı) özünə, eləcə də X4 (ş/v AA 1210729; FİN: 1QKX82T; Sürücülük Vəsiqəsi: AC 574880, 3 saylı Asan Xidmət tərəfindən verilmişdir, xx.xx.2029-cu il tarixə kimi etibarlıdır); X6 (ş/v AA 6052291; FİN: 39KRZXV; Sürücülük Vəsiqəsi: AC 547095, 3 saylı Asan Xidmət tərəfindən verilmişdir, xx.xx.2028-ci il tarixə kimi etibarlıdır) və X7 (ş/v AA 0402323; FİN: 6W9ZWFC; Sürücülük Vəsiqəsi: BA 014275, xx.xx.2031-ci il tarixə kimi etibarlıdır) şəxslərə avtomaşının idarə olunması üçün rəsmi etibarnamənin verilməsi Cavabdeh MMC tərəfindən təmin olunur. Belə bir etibarnamənin verilməməsi və (və ya) hər hansı qaydada gecikdirilməsi, yaxud süründürməçilik edilməsi nəticəsində dəymiş (vurulmuş) hər hansı bir zərərə və (və ya) hüquqi məsuliyyətə (avtomaşının etibarnaməsiz idarə olunmasına görə müvafiq dövlət orqanları tərəfindən saxlanması və s. bu kimi digər) görə Cavabdeh MMC məsuliyyət daşıyacaqdır. Həmçinin 13 may 2025-ci il tarixli “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə” üzrə aylıq ödənişlər tam ödənilməzsə, etibarnamənin hər hansı bir şəxsə verilməməsi Cavabdeh MMC-nin müstəsna səlahiyyətindədir. 2.3.10. Bu Sazişin 2.3.9-cu bəndinə əsasən, gələcəkdə avtomaşının digər üçüncü şəxsin (və ya şəxslərin) istifadə və sahibliyinə verilməsi ilə bağlı İddiaçı rəsmi müraciətindən sonra digər şəxslərə etibarnamənin (və ya etibarnamələrin) verilməsini Cavabdeh MMC təmin edəcəkdir. Belə bir etibarnamənin (və ya etibarnamələrin) verilməsindən Cavabdeh MMC tərəfindən imtina olunması, yalnız sürücülük hüququ olmayan şəxslərə münasibətdə və eləcə də 2.3.9-cu bəndin sonuncu cümləsində olan halda tətbiq oluna bilər.

3. SAZİŞİN İCRA EDİLMƏSİ ŞƏRTLƏRİ 3.1. Bu Saziş üzrə hər iki tərəf razılığa gəlmələrini bəyan etməklə, gələcəkdə bu sazişin bütün bəndlərini qəbul edirlər və imzalanarkən tam iradə ifadələrini yerinə yetirirlər. 3.2. Əgər Saziş üzrə olan razılaşma üzrə hər hansı bir digər mübahisə yaranarsa, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4797/2025 nömrəli kommersiya işi qaydasında deyil, bu Sazişin müddəalarına uyğun həyata keçiriləcəkdir.

4. SAZİŞİN QÜVVƏYƏ MİNMƏSİ VƏ DİGƏR 4.1 Bu Saziş tərəflər arasında imzalandıqdan (bağlandıqdan) sonra 12 avqust 2025- ci il tarixdə Bakı Kommersiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi zamanı qəbul ediləcək məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra qüvvəyə minir. 4.2. Sazişin Məhkəmə qərardadı ilə təsdiq edilməsinə qədər tərəflər razılaşırlar ki, Saizşin 2.3.1-ci, 2.3.6-cı, 2.3.8-ci, 2.3.9 və 2.3.10-cu bəndlərində göstərilən razılıqlarını icra edirlər (yerinə yetirirlər). Nəqliyyat vasitəsi İddiaçı təhvil verilir və bununla bağlı da həm ona, həm də 2.3.9-ci bənddə göstərilən şəxslərə Cavabdeh MMC tərəfindən müvafiq etibarnamələr rəsmi qaydada təqdim olunur (verilir). 4.3. Bu Sazişin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə tərəflərin razılığı ilə yol verilir. Sazişə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və tərəflər imzaladıqdan sonra qüvvəyə minir. Birtərəfli qaydada aparılan dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur. 4.4. Saziş 3 (üç) nüsxədə tərtib edilməklə, bir nüsxəsi İddiaçı, bir nüsxəsi Cavabdeh MMC-də, digər nüsxəsi isə Bakı Kommersiya Məhkəməsinə təqdim edilməsi üçündür. Məhkəmə müəyyən edir ki, barışıq sazişi Cavabdeh nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə və İddiaçı tərəfindən imzalanmış, saziş hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları əsasında müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ********** qəbz əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 100,6 manat məbləğində dövlət rüsumu, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən **********71 qəbz əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 126,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

2. SAZİŞİN PREDMETİ 2.1. Bu Saziş Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələblərindən və həmçinin iş üzrə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələblərindən (lizinq müqaviləsindən irəli gələn öhdəliklərə görə lizinqə verilmiş avtomaşının lizinq verəndən geri götürülməsi (qaytarılması) tələbi və eləcə də İddiaçı lizinqə olan borcunun ödənilməsi tələbləri) imtina etmələri barədə hər iki tərəfin qarşılıqlı qaydada razılığa gəlmələridir. 2.2. Hər iki tərəf Bakı Kommersiya Məhkəməsinə verdikləri və Sazişin 2.1-ci bəndində göstərilən iddia tələblərindən tam imtina edirlər. 2.3. Hər iki tərəf Sazişin 2.2-ci bəndində göstərilən razılığa əsasən (iddia tələblərindən tam imtina ilə yanaşı), əlavə olaraq aşağıdakı hallar və əsaslar üzrə tərəflər qarşılıqlı qaydada (mübahisəsiz olaraq) razılaşırlar: 2.3.1. İlkin İddiaçı öz iddia tələblərindən tam imtina etməklə ona lizinqə verilmiş “BMW 530i” minik markalı, dövlət nömrə nişanı ** AT *** olan (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) nəqliyyat vasitəsi Cavabdeh MMC tərəfindən onun (İddiaçı) tam qanuni sahiblik və istifadəsinə qaytarılır. Lizinq obyekti İddiaçı qaytarıldıqdan (verildikdən) sonra avtomaşına qanuni sahiblik və istifadənin həyata keçirilməsi tərəflər arasında 13 may 2025-ci il tarixdə bağlanmış (imzalanmış) “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə” üzrə həyata keçiriləcəkdir. 2.3.2. “BMW 530i” minik markalı, dövlət nömrə nişanı ** AT *** olan (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) olan nəqliyyat vasitəsi İddiaçı tərəfindən sahiblik və istifadədə olduğu müddətdə tərəflər arasında 13 may 2025-ci il tarixdə bağlanmış (imzalanmış) “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə”yə 3 nömrəli Əlavəyə uyğun hər ay 2425,86 (iki min dörd yüz iyirmi beş manat, 86 qəpik) manat məbləğində lizinq ödənişlərini vaxtlı-vaxtında yerinə yetircək və bu, onun əsas öhdəliklərindən biridir. 2.3.3. Tərəflər təsdiq edirlər ki, 13 may 2025-ci il tarixində imzalanmış “xx.xx.2024cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə”nin bağlanması zamanı İddiaçı “BMW 530i” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili: 2020, ban nömrəsi: WBAJR3C02LWW79064, mühərrik nömrəsi: 10995974, rəngi: ağ) avtomobilin lizinqə götürülməsi məqsədilə Cavabdeh MMC-yə 12800 (on iki min səkkiz yüz) manat məbləğində nağd ödəniş etmişdir. Bu məbləğin 10000 (on min) manatı avtomobilin ilkin sahibi X2 verilməsi üçün, 2800 (iki min səkkiz yüz) manatı isə X5 Cavabdeh MMC-yə olan borcunun ödənilməsinə yönəldilmiş və bu ödəniş Cavabdeh MMC-nin əməkdaşı tərəfindən qəbul edilmişdir. Qeyd edilən bu ilkin ödəniş 13 may 2025-ci il tarixli F844/1 nömrəli müqavilə çərçivəsində İddiaçı ödəməli olduğu aylıq ödənişlər sırasına daxil deyil və bu ödənişin həyata keçirilməsindən sonra müqaviləyə əlavə edilmiş 3 nömrəli əlavədə göstərilən cədvəl üzrə aparılan ödənişlər istisna olmaqla İddiaçı Cavabdeh MMC-yə qarşı hər hansı əlavə borcu olmamışdır. 2.3.4. Bu Sazişin 2.3.3-cü bəndində qeyd edilən hala uyğun olaraq da İddiaçı “BMW 530i” minik markalı, dövlət nömrə nişanı ** AT *** olan (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) olan nəqliyyat vasitəsini tərəflər arasında imzalanmış “öhdəliyin ötürülməsi haqqında müqaviləyə əlavə təhvil-təslim” aktı sənədi üzrə sahiblik və istifadəyə götürərkən 13 may 2025-ci il tarixə qədər heç bir borcu olmamışdır. Belə ki, 13 may 2025-ci il tarixli, “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə”nin 1.2-ci bəndində gösətrilən və İddiaçı tərəfindən ödənilməli olan 500 (beş yüz) manat Cavabdeh MMC tərəfindən gələcəkdə tələb olunmayacaq. İddiaçı öhdəliyi (yəni pul ilə ödənilməli olan borc) 13 may 2025-ci il tarixə 54 190 (əlli dörd min bir yüz doxsan) manat əsas borc, bu əsas borca hesablanaraq hər ay ödənilməsi qabaqcadan razılaşdırılmış – 13 iyun 2025-ci il tarixdən 13 oktyabr 2027-ci il də daxil olmaqla – 16159,86 (on altı min bir yüz əlli doqquz manat, 86 qəpik) manat faiz ödənişləri və ümumilikdə 70 349,86 (yetmiş min üç yüz qırx doqquz manat, 86 qəpik) manat olmuşdur. Hər iki tərəf razılaşır ki, bu Saziş tərəflərə arasında imzalandığı vaxtda İddiaçı Cavabdeh MMC-yə hər hansı bir pul öhdəliyi yoxdur və belə bir öhdəliyin yaranması yalnız tərəflər arasında 13 may 2025-ci il tarixdə bağlanmış (imzalanmış) “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə” üzərindən yarana bilər (və ya yaranacaqdır). 2.3.5. Hər iki tərəf razılaşır ki, onlar arasında “xx.xx.2024-cü il tarixli, F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə” bağlanarkən, həmin müqavilənin köklü hüquqi əsası olan və Cavabdeh MMC ilə X9 arasında 18 iyul 2024-cü il tarixdə bağlanmış (imzalanmış) F844 nömrəli “X8”ndən irəli gələrək, bu müqavilə üzrə İddiaçı hər hansı borcu yoxdur və 13 may 2025-ci il tarixli “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə”nin 7.1-ci bəndində göstərilən müddəalar yalnız 13 may 2025-ci il tarixdən sonrakı dövrlərə, yeni münasibətlərə şamil edilir. 13 may 2025-ci il tarixdən əvvəlki münasibətlərə və dövrlərə, istinad edilən 7.1-ci bəndin İddiaçı ilə heç bir bağlılığı yoxdur və buna görə hər hansı bir məsuliyyəti yoxdur. 2.3.6. Bu Saziş imzalandıqdan (bağlandıqdan) sonra tərəflər razılaşırlar ki, “BMW 530i” minik markalı, dövlət nömrə nişanı ** AT *** olan (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) olan nəqliyyat vasitəsini (avtomaşını) İddiaçı istənilən vaxt yerləşdiyi cərimə meydançasından şəxsən götürür və bununla da bağlı Cavabdeh MMC heç bir maneə yaratmır. Əgər sonradan belə bir maneə yaranarsa, İddiaçı dəymiş bütün ziyan və zərərə görə Cavabdeh MMC məsuliyyət daşıyır. 2.3.7. Bu Sazişin 2.3.6-cı bəndinə əsasən, İddiaçı avtomaşını götürdükdən sonra, İddiaçı üzərinə düşən lizinq ödənişlərini hər ay vaxtlı-vaxtında ödəyir və bu öhdəliyini pozcağı təqdirdə, İddiaçı məsuliyyət daşıyır. 2.3.8. Bu Sazişin 2.3.6-cı bəndində nəzərdə tutulan qaydada İddiaçı avtomobili qəbul etdikdən sonra tərəflər arasında avtomobilin qəbulu ilə bağlı təhvil-təslim aktı tərtib ediləcək və imzalanacaq. 2.3.9. Lizinq obyekti olan “BMW 530i” minik markalı, dövlət nömrə nişanı ** AT *** olan (qeydiyyat şəhadətnaməsi: BB 606171, buraxılış ili 2020-ci il, ban: WBAJR3C02LWW79064, mühərrik: 10995974, rəngi: ağ) olan nəqliyyat vasitəsi İddiaçı tərəfindən cərimə meydançasından götürüldüyü gün (həmin gündən gec olmayaraq) onun (İddiaçı) özünə, eləcə də X4 (ş/v AA 1210729; FİN: 1QKX82T; Sürücülük Vəsiqəsi: AC 574880, 3 saylı Asan Xidmət tərəfindən verilmişdir, xx.xx.2029-cu il tarixə kimi etibarlıdır); X6 (ş/v AA 6052291; FİN: 39KRZXV; Sürücülük Vəsiqəsi: AC 547095, 3 saylı Asan Xidmət tərəfindən verilmişdir, xx.xx.2028-ci il tarixə kimi etibarlıdır) və X7 (ş/v AA 0402323; FİN: 6W9ZWFC; Sürücülük Vəsiqəsi: BA 014275, xx.xx.2031-ci il tarixə kimi etibarlıdır) şəxslərə avtomaşının idarə olunması üçün rəsmi etibarnamənin verilməsi Cavabdeh MMC tərəfindən təmin olunur. Belə bir etibarnamənin verilməməsi və (və ya) hər hansı qaydada gecikdirilməsi, yaxud süründürməçilik edilməsi nəticəsində dəymiş (vurulmuş) hər hansı bir zərərə və (və ya) hüquqi məsuliyyətə (avtomaşının etibarnaməsiz idarə olunmasına görə müvafiq dövlət orqanları tərəfindən saxlanması və s. bu kimi digər) görə Cavabdeh MMC məsuliyyət daşıyacaqdır. Həmçinin 13 may 2025-ci il tarixli “xx.xx.2024-cü il tarixli F844 saylı lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında F844/1 nömrəli müqavilə” üzrə aylıq ödənişlər tam ödənilməzsə, etibarnamənin hər hansı bir şəxsə verilməməsi Cavabdeh MMC-nin müstəsna səlahiyyətindədir. 2.3.10. Bu Sazişin 2.3.9-cu bəndinə əsasən, gələcəkdə avtomaşının digər üçüncü şəxsin (və ya şəxslərin) istifadə və sahibliyinə verilməsi ilə bağlı İddiaçı rəsmi müraciətindən sonra digər şəxslərə etibarnamənin (və ya etibarnamələrin) verilməsini Cavabdeh MMC təmin edəcəkdir. Belə bir etibarnamənin (və ya etibarnamələrin) verilməsindən Cavabdeh MMC tərəfindən imtina olunması, yalnız sürücülük hüququ olmayan şəxslərə münasibətdə və eləcə də 2.3.9-cu bəndin sonuncu cümləsində olan halda tətbiq oluna bilər.

3. SAZİŞİN İCRA EDİLMƏSİ ŞƏRTLƏRİ 3.1. Bu Saziş üzrə hər iki tərəf razılığa gəlmələrini bəyan etməklə, gələcəkdə bu sazişin bütün bəndlərini qəbul edirlər və imzalanarkən tam iradə ifadələrini yerinə yetirirlər. 3.2. Əgər Saziş üzrə olan razılaşma üzrə hər hansı bir digər mübahisə yaranarsa, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4797/2025 nömrəli kommersiya işi qaydasında deyil, bu Sazişin müddəalarına uyğun həyata keçiriləcəkdir.

4. SAZİŞİN QÜVVƏYƏ MİNMƏSİ VƏ DİGƏR 4.1 Bu Saziş tərəflər arasında imzalandıqdan (bağlandıqdan) sonra 12 avqust 2025- ci il tarixdə Bakı Kommersiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi zamanı qəbul ediləcək məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra qüvvəyə minir. 4.2. Sazişin Məhkəmə qərardadı ilə təsdiq edilməsinə qədər tərəflər razılaşırlar ki, Saizşin 2.3.1-ci, 2.3.6-cı, 2.3.8-ci, 2.3.9 və 2.3.10-cu bəndlərində göstərilən razılıqlarını icra edirlər (yerinə yetirirlər). Nəqliyyat vasitəsi İddiaçı təhvil verilir və bununla bağlı da həm ona, həm də 2.3.9-ci bənddə göstərilən şəxslərə Cavabdeh MMC tərəfindən müvafiq etibarnamələr rəsmi qaydada təqdim olunur (verilir). 4.3. Bu Sazişin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə tərəflərin razılığı ilə yol verilir. Sazişə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və tərəflər imzaladıqdan sonra qüvvəyə minir. Birtərəfli qaydada aparılan dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur. 4.4. Saziş 3 (üç) nüsxədə tərtib edilməklə, bir nüsxəsi İddiaçı, bir nüsxəsi Cavabdeh MMC-də, digər nüsxəsi isə Bakı Kommersiya Məhkəməsinə təqdim edilməsi üçündür.

İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “lizinq obyektinin geri qaytarılması və s.” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,6 (bir yüz manat altmış qəpik) manat pul dövlət büdcəsindən İddiaçı, 126,84 (bir yüz iyirmi altı manat səksən dörd qəpik) manat pul dövlət büdcəsindən Cavabdehnə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar