Məhkəmə qərarları › İş №e-2-2(113)-4802/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4802/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4802/2021 06.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2021-ci il tarixli Birgə fəaliyyət haqqında müqaviləyə əsasən ödənilməmiş 8.329 manat məbləğində borcun, hüquqi yardım xərcləri üçün 300 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul vəsaitlərinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı ASC arasında “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər razılaşırlar ki, İddiaçı ASC istifadəsində olan əhəngdaşı karxanasının 1,45 ha sahəsini Cavabdeh birlikdə fəaliyyət göstərməsi üçün ayırır, balansında olan texniki avadanlıqlarla (kombayn, şırımaçan, transformator və s.) təmin edir. Müqaviləyə əsasən Cavabdeh hər ayın əvvəli İddiaçı ASC-yə ƏDV daxil olmadan 392 manat və kəsilən satışa yararlı mişar daşının 1 ədədinə görə ƏDV daxil olmadan 0,05 manat məbləğində ödəniş edir. Eyni zamanda Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq emal məqsədilə Cavabdeh üçün ayrılmış torpaq sahəsinə aid bütün vergi, torpaq və sair ödənişləri öhdəsinə götürür. Lakin Cavabdeh tərəfindən İddiaçı ASC-yə qeyd etdikləri ödənişlərin heç biri edilməmiş və Cavabdeh 10.08.2021-ci il tarixə kəsilmiş mişar daşı üzrə 4729 manat, torpaq vergisi üzrə 3600 manat, ümumilikdə 8.329 manat borcu yaranmışdır. Dəfələrlə Cavabdeh yazılı və şifahi qaydada müraciət edərək həmin məbləğlərin ödənilməsini xahiş etmişlər. Lakin edilən müraciətlərin heç bir nəticəsi olmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə əsasən yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün 13.08.2021-ci il tarixdə Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişılər. Həmin məktubu 17.08.2021-ci il tarixdə almasına baxmayaraq 10 iş günü ərzində Cavabdeh mediasiya barədə təkliflərinə heç bir münasibət bildirməmiş və onlara heç bir cavab verməmişdir. Bundan başqa mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirakla bağlı Cavabdeh dəvət məktubu göndərilməsinə baxmayaraq Cavabdeh mediasiya prosesində iştirak etməyəcəyini bildirmişdir. Buna görə də onlara mediator tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 2021- MŞİH02578-M-00011-002 nömrəli arayış təqdim edilmişdir. Artıq hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətindədirlər və hesab edirlər ki, yuxarıda qeyd etdikləri faktiki hallara əsasən 8.329 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən 2018-ci ildə iddiaçı ilə müqavilə bağlayaraq həmin vaxtdan daş karxanası ərazisində yerləşən mübahisəli torpaq sahəsindən istifadə etdiyini, 2021-ci ildə iddiaçı tərəfindən ona təqdim edilmiş müqavilənin şərtləri ağır olduğundan onu imzalamadığını, bundan sonra torpaq sahəsindən şifahi razılaşma əsasında daş hasilatı fəaliyyəti ilə məşğul olduğunu və razılaşmaya uyğun olaraq ödənişlər həyata keçirdiyini, həmin razılşama əsasında iddiaçıya hər hansı bir borcunun olmadığını, iyun ayının əvvəlindən həmin torpaq sahəsini başaltdığını bildirmişdir. Əlavə olaraq Cavabdeh bildirmişdir ki, ona verilən məlumata görə İddiaçı ASC-nin karxanadan qeyri-qanuni istifadə edir. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək iş materiallarına əlavə edilmiş: İddiaçı ASC (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli birgə fəaliyyət haqqında müqavilədən görünür ki, birinci tərəf istifadəsində olan əhəngdaşı karxanasının 1,8 h.a sahəsini ikinci tərəfə birlikdə fəaliyyət göstərməsi üçün ayırır, balansında olan texniki avadanlıqlarla təmin edir, ikinci tərəf Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq emal məqsədilə onun üçün ayrılmış torpaq sahəsinə aid bütün vergi, torpaq və sair ödənişləri öhdəsinə götürür və mişar daşı istehsalını əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən ikinci tərəf hər ayın əvvəli birinci tərəfə ƏDV daxil olmaqla 486 manat məbləğində ödəniş edir. 3.2-ci bəndinə əsasən “İkinci tərəf” kəsdiyi satışa yararlı mişar daşının 1 ədədinə görə birinci tərəfə ƏDV daxil olmadan 0.05 manat məbləğində ödəniş edir. 3.3-cü bəndinə əsasən mişar daşının satılıb-satılmamasından asılı olmayaraq mişar daşının istehsal olunduğu ay hesabat aparılır və birinci tərəfə növbəti ayın 10-na qədər ödəniş edilir. 3.4-cü bəndinə əsasən ikinci tərəf birinci tərəfə ödəməli olduğu aylıq ödənişi gecikdirməyə görə hər gecikdirilmiş gün üçün 1% həcmində penya ödəyir. 3.5-ci bəndinə əsasən hər ayın sonunda birinci tərəfin markşeyderlərin və ikinci tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı ilə ölçü aparılaraq kəsilmiş satışa yararlı daşların miqdarı müəyyən edilməklə akt tərtib edilir. Aktın bir nüsxəsi vergi və s. aidiyyatı orqanlara göndərilir. 6.1-ci bəndinə əsasən bu müqavilə 31 dekabr 2021-ci il tarixədək bağlanılır və onun himayəsində 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif iraəli sürülməzsə müddət daha bir il müddətinə uzadılmış hesab edilir. Bu qayda növbəti illərə də şamil edilir. Müqavilə birinci tərəfin imzası və möhürü, ikinci tərəfin imzası ilə təsdiq edilmişir. -01 fevral 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı ASC-nin baş mühasibi Nümayəndə, T.İ.Ş-nin rəisi X1, T.İ.Ş-nin mühəndis-markşeyderi X3, T.T üzrə mühəndis X5 fiziki şəxs Cavabdeh xidməti müqaviləsi əsasında icarəyə götürdüyü dağ-mədən hissəsində 2021-ci ilin yanvar ayı ərzində 48550 ədəd mişar daşı istehsal etməsinə dair akt tərtib edərək imzalamışlar. -01 mart 2021-ci il tarixli aktdan görünür edilir ki, İddiaçı ASC-nin baş mühasibi Nümayəndə, T.İ.Ş-nin rəisi X1, T.İ.Ş-nin mühəndis-markşeyderi X3, T.T üzrə mühəndis X5 fiziki şəxs Cavabdeh xidməti müqaviləsi əsasında icarəyə götürdüyü dağ-mədən hissəsində 2021-ci ilin fevral ayı ərzində 43050 ədəd mişar daşı istehsal etməsinə dair akt tərtib edərək imzalamışlar. -01 aprel 2021-ci il tarixli aktdan görünür edilir ki, İddiaçı ASC-nin baş mühasibi Nümayəndə, T.İ.Ş-nin rəisi X1, T.İ.Ş-nin mühəndis-markşeyderi X3, T.T üzrə mühəndis X5 fiziki şəxs Cavabdeh xidməti müqaviləsi əsasında icarəyə götürdüyü dağ-mədən hissəsində 2021-ci ilin mart ayı ərzində 38750 ədəd mişar daşı istehsal etməsinə dair akt tərtib edərək imzalamışlar. -03 may 2021-ci il tarixli aktdan görünür edilir ki, Qaradağ ASC-nin baş mühasibi X4, T.İ.Ş-nin rəisi X1, T.İ.Ş-nin mühəndis-markşeyderi X3, T.T üzrə mühəndis X5 fiziki şəxs Cavabdeh xidməti müqaviləsi əsasında icarəyə götürdüyü dağ-mədən hissəsində 2021-ci ilin aprel ayı ərzində 45000 ədəd mişar daşı istehsal etməsinə dair akt tərtib edərək imzalamışlar. -01 iyun 2021-ci il tarixli aktdan görünür edilir ki, İddiaçı ASC-nin baş mühasibi Nümayəndə, T.İ.Ş-nin rəisi X1, T.İ.Ş-nin mühəndis-markşeyderi X3, T.T üzrə mühəndis X5 fiziki şəxs Cavabdeh xidməti müqaviləsi əsasında icarəyə götürdüyü dağ-mədən hissəsində 2021-ci ilin may ayı ərzində 41250 ədəd mişar daşı istehsal etməsinə dair akt tərtib edərək imzalamışlar. -01 iyul 2021-ci il tarixli aktdan görünür edilir ki, İddiaçı ASC-nin baş mühasibi Nümayəndə, T.İ.Ş-nin rəisi X1, T.İ.Ş-nin mühəndis-markşeyderi X3, T.T üzrə mühəndis X5 fiziki şəxs Cavabdeh xidməti müqaviləsi əsasında icarəyə götürdüyü dağ-mədən hissəsində 2021-ci ilin iyun ayı ərzində 28560 ədəd mişar daşı istehsal etməsinə dair akt tərtib edərək imzalamışlar. -İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, Cavabdeh onunla ASC arasında bağlanmış müqaviləyə 10 iyun 2021-ci il tarixdən xitam veriləcəyi bildirilmiş və həmin tarixədək İddiaçı ASC-yə məxsus karxana ərazisində fəaliyyətinin dayandırılması və istifadəsində İddiaçı ASC –yə məxsus əmlak olduğu halda həmin əmlakın təhvil-təslim aktına əsasən İddiaçı ASC-yə təhvil verilməsi xahiş edilmişdir. -23 iyul 2021-ci il tarixli aktdan müəyyən edilir ki, İddiaçı ASC ilə bağlanmış icarə müqaviləsi əsasında mişar daşı kəsimi ilə məşğul olan Cavabdeh "xxxx" MMC-yə elektrik enerjisindən istifadəyə görə xeyli miqdarda borcu yarandığı üçün müqavilə şərtlərinə uyğun olaraq 15.06.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh elektrik enerjisinin verilişi dayandırılmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı ASC cavabdeh Cavabdeh aralarında bağlanmış 01 yanvar 2021-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən ASC-nin istifadəsində olan daş karxanası ərazisində yerləşən torpaq sahəsində mişar daşı hasilatı ilə məşğul olduğunu, lakin müqavilənin şərtlərinə əsasən kəsilmiş mişar daşı və torpaq vergisi üzrə ödənişləri tam şəkildə həyata keçirmədiyini əsas göstərərək müqavilə üzrə yaranmış cəmi 8329 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh 2018-ci ildən başlayaraq mübahisəli torpaq sahəsində mişar daşı istehsalı ilə məşğul olmasını inkar etməsə də, 01 yanvar 2021-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin onun tərəfindən imzalanmadığını, eləcə də hasil edilmiş daşlara görə iddiaçıya borcunun olmadığını iddia edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə ilk növbədə birgə fəaliyyət haqqında mübahisəli müqavilənin tərəfindən imzalanmaması barədə Cavabdeh istinad etdiyi dəlilinə münasibət bildirməyi zəruri hesab edir. İş yuxarıda göstərilən hallarından da göründüyü kimi cavabdehin İddiaçı ASC-nin istifadəsində olan daş karxanası ərazisindəki torpaq sahəsində mişar daşı hasilatı fəaliyyətini həyata keçirməsi və həyata keçirdiyi fəaliyyətlə bağlı iddiaçıya müəyyən ödənişlərin etməsi, həmin torpaq sahəsini yalnız 2021-ci ilin iyununda boşaltması işin mübahisəsiz hallarını təşkil edir. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdehin mübahisəli müqavilə üzrə hüquq və öhdəliklərini həyata keçirməklə müqaviləni qismən icra etməsi faktı özüözlüyündə cavabdehin həmin müqavilənin bağlanmasına dair iradə ifadəsinin mövcud olmasına, yəni cavabdehin həmin əqdi imzalamasa belə onu bəyənməsinə, belə olan halda müqavilədə iradə qüsurunun olması barədə cavabdehin dəlillərinin əsassız olmasına dəlalət edir. Mülki Məcəllənin: 360.2-ci maddəsinə görə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Tərəflər arasında digər mübahisə predmeti olan hal cavabdehin daş hasilatına görə iddiaçıya borcunun olub-olmaması ilə bağlıdır. Həmin halla bağlı məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin tələblərini əsaslandırmaq üçün istinad etdiyi tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə əsasən cavabdehin mişar daşının hasilatına görə iddiaçıya ödəməli olduğu məbləğ hesabat dövrü (bir ay) ərzində cavabdeh tərəfindən hasil edilmiş daşların miqdarı əsasında müəyyən edilir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən isə kəsilmiş satışa yararlı daşların miqdarı hər ayın sonunda birinci tərəfin markşeyderlərin və ikinci tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı ilə ölçü aparılmaqla müəyyən edilir və bu barədə akt tərtib edilir. İş materiallarından isə görünür ki, İddiaçı ASC mübahisəli dövr ərzində cavabdeh tərəfindən hasil edilmiş mişar daşlarının miqdarını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının 2021-ci ilin fevral, mart, aprel, may, iyun ayları ərzində Cavabdeh tərəfindən hasil edilmiş mişar daşlarının miqdarını sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi aktlara münasibətdə qeyd edilməlidir ki, sözügedən aktlar müqavilənin şərtlərinə zidd olaraq cavabdehin iştirakı olmadan birtərəfli qaydada tərtib edildiyindən cavabdeh tərəfindən 2021-ci ildə hasil edilmiş daşların miqdarı barədə əsaslı nəticəyə gəlmək üçün kifayət edən sübut hesab edilə bilməz. Odur ki, Cavabdeh fəaliyyət göstərdiyi torpaq sahəsində hasil edilmiş mişar daşların miqdarı məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən, cavabdehin həmin daşlarının hasil edilməsinə görə iddiaçıya borcunun olub-olmamasını, habelə onun məbləğinin müəyyən edilməsi də mümkün olmamışdır. Torpaq vergisinə görə ödənilməli olan 3600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələbə münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisəli müqavilədə fəaliyyət göstərdiyi torpaq sahəsinə görə torpaq vergisinin cavabdeh tərəfindən ödənilməli olması barədə şərt yer alsa da, cavabdeh tərəfindən torpaq vergisi məbləğinin birbaşa dövlət büdcəsinə deyil, İddiaçı ASC-yə ödənilməli olması göstərilməmişdir. Bu halda isə aydındır ki, İddiaçı ASC həmin müqavilənin şərtlərinə əsaslanaraq cavabdehdən vergi məbləğinin tutularaq ona ödənilməsini yalnız o zaman tələb edə bilər ki, müqavilədə nəzərdə tutulmuş torpaq vergisi cavabdeh tərəfindən ödənilməsin və həmin məbləğ cavabdehin yerinə iddiaçı tərəfindən ödənilsin, yəni cavabdehin müqavilə üzrə öhdəliklərini pozması nəticəsində iddiaçıya maddi zərər vurulsun. Hazırkı halda İddiaçı ASC Cavabdeh fəaliyyət göstərdiyi torpaq sahəsinə görə torpaq vergisi üzrə borcunun yarandığını, eləcə də həmin borcun iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən həmin hissədə də iddianın təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri, o cümlədən vəkil xidmətinə görə xərclər və mediasiya xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar