Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4807/2021 12.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2019-cu il noyabr ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il mart ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il aprel ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il may ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il iyun ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il iyul ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il avqust ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il sentyabr ayı üçün 5344 (beş yüz qırx dörd) manat, 2020-ci il oktyabr ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci ilin noyabr ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat olmaqla, cəmi 53440 (əlli üç min dörd yüz qırx) manat əsas borc, əlavə olaraq əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında, yəni 2672 (iki min altı yüz yetmiş iki) manat olmaqla, ümumilikdə 56112 (əlli altı min yüz on iki) manat məbləğin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Baş İcraçı direktoru X1 ilə İddiaçı arasında 16.01.2017-ci il tarixli ASFX17/021-1 saylı xidmət müqaviləsi bağlanmışdır. 16.01.2017-ci il tarixli ASFX17/021-1 saylı xidmət müqaviləsinin predmetini İddiaçı tərəfindən Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən nümayəndəliyinə rəhbərlik edilməsi üzrə işlərin görülməsi təşkil etmişdir. İddiaçı 5 dekabr 2020-ci il tarixdə "xxxx" ASC tərəfindən işdən azad olunmuşdur. Lakin "xxxx" ASC-nin ASFX17/021-1 saylı xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətlərin əvəzi olan məbəğ 16.01.2017-02.11.2020-ci il tarixləri aralığında fərdi sahibkar İddiaçı ödənilməmişdir. "xxxx" ASC-nin baş direktoru B.Ə.Həmidov tərəfindən tərtib olunan 2020-ci il tarixli aktda da 2019-cu ilin noyabr ayı - 2020-ci ilin oktyabr tarixləri aralığında qeyd olunan aylarda İddiaçı xidməti haqqının ödənilmədiyi göstərilmişdir. Əlavə olaraq xidmət haqqı noyabr ayında da ödənilməmiş və "xxxx" ASC-nin toplam 10 ayın xidmət haqqı miqdarında borcu yaranmışdır. Həmin borcun ödənilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - "xxxx" qismində "xxxx" ASC ilə “İcraçı” qismində “İddiaçı” arasında bağlanmış 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən nümayəndəliyinə rəhbərlik edilməsi üzrə işlərin görülməsini öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi İcraçıya 1 (bir) ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 3178 (üç min yüz yetmiş səkkiz) manat xidmət haqqı ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra Sifarişçi tərəfindən hər növbəti ayın sonunadək nağd və ya bank köçürmə yolu ilə İcraçıya ödənilir. - 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə 01.04.2017ci il tarixli 1 nömrəli Əlavədə qeyd olunmuşdur ki, tərəflər, yəni "xxxx" ASC və İddiaçı razılaşırlar ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinin 2.1ci bəndi: “Sifarişçi İcraçıya 1 (bir) ay üçün 5344 (beş min Üç yüz qırx dörd) manat xidmət haqqı ödəyir“ kimi redaksiyada verilsin. - 31 yanvar 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.01.2020-31.01.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 28 ferval 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.02.2020-28.02.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 mart 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.03.2020-31.03.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 aprel 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.04.2020-30.04.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 may 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.05.2020-31.05.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 iyun 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.06.2020-30.06.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 iyul 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.07.2020-31.07.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 avqust 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.08.2020-31.08.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 sentyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.09.2020-30.09.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 oktyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.10.2020-31.10.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 noyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.11.2020-30.11.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 5344 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan 10.09.2021-ci il tarixli 212/2021 pretenziya məktubundan görünür ki, "xxxx" ASC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 yanvar 2017-ci il tarixli, ASFX17/021-1 nömrəli Xidmət müqavisindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə olan halda iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət edərək müqavilə üzrə göstərilmiş xidmətin haqqının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2019-cu il noyabr ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il mart ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il aprel ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il may ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il iyun ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il iyul ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il avqust ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat olmaqla, 2020-ci il sentyabr ayı üçün 5344 (beş yüz qırx dörd) manat, 2020-ci il oktyabr ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci ilin noyabr ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat olmaqla, cəmi 53440 (əlli üç min dörd yüz qırx) manat əsas borc, əlavə olaraq əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında, yəni 2672 (iki min altı yüz yetmiş iki) manat olmaqla, ümumilikdə 56112 (əlli altı min yüz on iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2019-cu il noyabr ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il mart ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il aprel ayı üçün 5344(beş min üç yüz qırx dörd) manat, 2020-ci il may ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il iyun ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il iyul ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il avqust ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il sentyabr ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci il oktyabr ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat, 2020-ci ilin noyabr ayı üçün 5344 (beş min üç yüz qırx dörd) manat olmaqla, cəmi 53440 (əlli üç min dörd yüz qırx) manat əsas borc, əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında 2672 (iki min altı yüz yetmiş iki) manat olmaqla, ümumilikdə 56112 (əlli altı min yüz on iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4807/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4807/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver