Məhkəmə qərarları › İş №e-2-2(113)-4819/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4819/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4819/2023 07.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili X1, Cavabdehin nümayəndəsi X3, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 54,890.00 manat məbləğində əsas borcu, 2,744.50 manat məbləğində faiz borcunu, ümumilikdə 57,634.50 manat məbləğin, mediasiya ilə bağlı çəkilmiş 410 manat xərcin, 2,100 manat məbləğində vəkilə çəkilən xərcin, məhkəmə qətnaməsi ilə təmin edilən məbləğin iddiaçıya tam ödənilməsi tarixinədək illik 5 (beş) faiz məbləğin ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası 07 dekabr 2023-cü il tarixinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi X2 tərəfindən EMİS vasitəsi ilə məhkəməyə tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi və ərizə təqdim edilmişdir. 06 dekabr 2023-cü il tarixli ərizə ilə iddiaçının nümayəndəsi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının və cavadehin nümayəndələri bağlanmış barışıq sazişinin təsdiq edilməsini və icraata xitam verilməsinə dair qərardadın qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Cavabdeh 54,890 manat məbləğində əsas borcu, mediasiya ilə bağlı çəkilmiş 410 manat xərci və vəkilə çəkilən xərcin 500 manatlıq hissəsini, ümumilikdə 55,800 (əlli beş min səkkiz yüz) manat məbləğini bu Sazişin 2-ci bəndində nəzərdə tutulmuş qaydada İddiaçıya ödəməyi, İddiaçı isə bunun müqabilində xoş məram olaraq Cavabdehə qarşı qaldırdığı tələblərin qalan hissəsindən imtina etməyi və işə barışıq yolu ilə xitam verilməsini öhdəsinə götürür.

2. Cavabdeh X7nin 1-ci bəndində qeyd olunan məbləği bərabər hissələrlə 6 (altı) ay ərzində aşağıda qeyd olunan cədvələ uyğun şəkildə İddiaçının bank hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür:

1) 2024-cü il Yanvar ayının 10-adək – 9,300 (doqquz min üç yüz) manat; 2) 2024-cü il Fevral ayının 10-adək – 9,300 (doqquz min üç yüz) manat; 3) 2024-cü il Mart ayının 10-adək – 9,300 (doqquz min üç yüz) manat; 4) 2024-cü il Aprel ayının 10-adək – 9,300 (doqquz min üç yüz) manat; 5) 2024-cü il May ayının 10-adək – 9.300 (doqquz min üç yüz) manat; 6) 2024-cü il İyun ayının 10-adək – 9,300 (doqquz min üç yüz) manat Cəmi: 55,800 (əlli beş min səkkiz yüz) manat.

İddiaçının bank rekvizitləri: VÖEN: ********** Bankın adı: Rabitəbank ASC-nin Nərimanov filialı Bankın VÖEN-i: ********** Kod: 505442 SWİFT: RBTAAZ22 M/h: AZ61NABZ******************** H/h: AZ28RBTA********************

3. Cavabdeh hər ay üçün müəyyənləşdirilmiş 9,300 (doqquz min üç yüz) manat məbləğindən artıq məbləğ də ödəyə bilər. Bu halda ödənilmiş artıq məbləğ növbəti aylarda nəzərə alınacaqdır.

4. Cavabdeh X7nin 2-ci bəndi üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirilərsə, bu halda ödənilməmiş məbləğlərdən başqa, Cavabdeh həmçinin İddiaçının güzəşt etdiyi 2,744.50 manat məbləğində faiz borcunu, 200 manat vəkil çəkilən xərci, həmçinin gecikdirilmiş məbləğlərin İddiaçıya tam ödənilməsi tarixinədək illik 5% həcmində cəriməni də İddiaçıya ödəyəcək.

5. Cavabdeh X7nin 2-ci bəndi üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirilərsə, X7nin ilə müəyyən edilmiş məbləğlərin məcburi qaydada (icra vərəqəsi üzrə) tutulması təmin ediləcəkdir.

6. Аzərbаycаn Rеspublikаsı MM-nin 881.2-ci mаddəsinə müvаfiq оlаrаq X7nin qüvvəsi оndаn ibаrətdir ki, əvvəllər mübаhisəli və qеyri müəyyən оlmuş hüquqlаrа və iddiаlаrа istinаd еdilməsi X7nə əsаsən istisnа еdilir və hüquqi stаtusundаn аsılı оlmаyаrаq tərəflər üçün yаlnız X7ndə təsbit еdilənlər еtibаrlı оlur. Hər-hаnsı mübаhisəyə və yа müqаvilənin bəndlərində göstərilən müddəаlаrın bаşqа cür təfsir еdilməsinə yоl vеrilmir. Tərəflər rаzılаşırlаr ki, bu günə qədər оnlаrа məlum оlmаmış iddiаlаrа dа X7 аid еdilir.

7. X7 məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir.

8. X7 eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir, 8 bənddən və 2 səhifədə ibarətdir, tərəflərin hər birində bir nüsxə olmaqla müvafiq olaraq Məhkəmədə, İddiaçıda və Cavabdehdə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar