Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-483/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, borcun ödənilməsi) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 35626,16 manat və ödənilmiş 210 manat mediasiya xərcinin məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbinin artırılması barədə ərizə vemiş, Cavabdeh MMC-dən bağlanılmış müqavilə əsasında alınmış malların dəyəri 35626,16 manat, müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə 976,82 manat, hüquq xidmətinə görə vəkilə ödənilmiş 220 manat və ödənilmiş 210 manat mediasiya xərcinin əvəzi məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Cavabdeh MMC-dən bağlanılmış müqavilə əsasında alınmış malların dəyəri 34849,13 manat, müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə 1074,16 manat, hüquq xidmətinə görə vəkilə ödənilmiş 220 manat, ödənilmiş 21 manat dövlət rüsumu və 210 manat mediasiya xərcinin əvəzi məcburi qaydada tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MS31/08OP nömrəli müqaviləyə əsasən müxtəlif tarixlərdə alqı-satqı həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırılmış məhsulların alışına görə e-qaimələr göndərilmişdir. Malların çatdırılması həyata keçirilsə də yaranmış ümumilikdə 35626,16 manat (ƏDV daxil) borc ödənilməmişdir. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdehə müxtəlif tarixlərdə yazılı və şifahi (elektron) xəbərdarlıqlar edilmiş yarnmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin hazıradək müsbət nəticə əldə edilməmişdir. Müqavilənin 7.1 əsasən məhsul və xidmətlərin dəyəri üzrə hesablaşma, onların təhvil-təslim edilməsindən sonra, iki ay müddət verildikdən sonra növbəti 6 ay ərzində tam məbləği alıcı tərəfindən Azərbaycan manatı ilə satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçirilməli idi.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 386.1, 445.2.1, 448.1, 445.7-ci maddələrinə istinad olunmuşdur.
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini, bu səbəbdən də məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
9. İş materiallarına əlavə edilmiş İddiaçı MMC “satıcı”, "xxxx" MMC “alıcı” olmaqla imzalanmış 31 avqust 2022-ci il tarixli MS31/08OP saylı alqı-satqı müqaviləsinə əsasən tərəflər bu müqavilədə təsdiq edirlər ki, alıcı “Uyustools” brendinə aid olan məhsulların alınması üçün satıcının təklif etdiyi şərtlər ilə razılaşmışdır. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə məhsulun adları, miqdarı və qiyməti “qaimə-faktura” da göstərilir və hər iki tərəfdən təsdiqlənir. 5.2-ci bəndinə əsasən məhsul və xidmətlərin təslim edilməsi günü kimi təhvil-təslim aktı və ya qaimə-faktura, işlərin və digər xidmətlərin göstərilməsi halında isə xidmət aktının tarixi qəbul edilir. 6.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr satıcının təqdim etdiyi sənədlər (qaimə-fakturalar aktlar digər sənədlər) əsasında, ən qısa müddətdə, lakin, bu müqavilənin 7.1-ci maddəsini qeyd olunmuş müddətdən gec olmamaq şərti ilə aparılır. 7.1-ci bəndinə əsasən məhsul və xidmətlərin dəyəri üzrə hesablaşma, onların təhvil-təslim edilməsindən sonra, ilk 2 ay müddət verildikdən sonra, növbəti 6 ay ərzində tam məbləğ alıcı tərəfindən Azərbaycan manatı ilə satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçirilir.
10. EBCD seriyalı 654736 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 690,06 manat, EBCD seriyalı 660553 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 917 manat, EBCD seriyalı 677489 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 603,44 manat, EBCD seriyalı 706131 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 681,34 manat, EBCD seriyalı 710176 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 1140,64 manat, EBCD seriyalı 777172 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 990,42 manat, EBCG seriyalı 817049 nöməli, xx.xx.2022ci tarixli elektron qaiməyə əsasən 6195,39 manat, EBCG seriyalı 833270 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 5014,68 manat, EBCG seriyalı 853006 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 2630,57 manat, EBCG seriyalı 941964 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 8371,63 manat, EBCG seriyalı 958647 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 9899,49 manat, EBCH seriyalı 024885 nöməli, xx.xx.2022-ci tarixli elektron qaiməyə əsasən 6086,11 manat məbləğində mallar İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir.
11. 03 noyabr 2023-cü il tarixli 1245 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən məlum olur ki, 220 manat hüquqi yardıma görə haqq tərəflər arasında razılaşdırılmışdır.
12. xx.xx.2023-cü il tarixli OD1 seriyalı ödəniş tapşırığına əsasən 220 manat İddiaçı MMC tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.
13. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda şirkətin iqtisadi vəziyyəti ilə əlaqədar olaraq, alınan malların geri qaytarılması xahiş olunmuşdur.
14. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli MS31/08OP nömrəli müqavilə və 12 eqaimə əsasında müxtəlif adda mallar satılmışdır. Malların təhvil-təslim edilməsindən 1 ildən, habelə ödənişə güzəşt müddətindən 7 aydan çox vaxt keçdikdən sonra maddi çətinliklə bağlı malların geri qaytarılması istəyi qəbul edilməzdir. Malların belə bir əsasla geri qaytarılması nə müqavilədə, nə də mülki qanunvericilikdə nəzərdə tutulmuşdur.
15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nisyə alqısatqı müqaviləsi əsasında təhvil verilmiş malların dəyərini razılaşdırılmış müddət ərzində iddiaçıya tam ödəməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4cü maddəsinə əsasən nisyə verdiyi malların ödənilməsini tələb etmək hüququ yaranmışdır. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
19. İddia tələbinin bir hissəsini cavabdehdən 34849,13 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.
20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır, buna görə də 34849,13 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 1074,16 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.
22. İddia ərizəsinə əlavələrdən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 12 elektron qaimə göndərilmiş, lakin iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizədə isə 11 qaimə üzrə borcun gecikdirilməsi ilə bağlı məbləğ hesablanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 7.1-ci bəndində malların təhvil-təslimindən sonra ümumilikdə 8 ay ərzində (ilk 2 ay güzəşt, növbəti 6 ay tam ödəniş) ödəmələrin tamamlanması razılaşdırılmışdır. Bununla belə cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmiş, müqavilə üzrə ödənişlərini icra etməmişdir. Belə olan halda isə məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti də nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və illik 5% ilə hesablanmış 1074,16 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Eləcə də, iddiaçı ödənilmiş 21 manat dövlət rüsumu, 210 manat mediasiya xərci və vəkilə ödənilmiş 220 manatın da cavabdehdən tutulmasını xahiş etmişdir.
24. Məhkəmə iddia tələbinin əsaslı olmasını və eyni zamanda işin digər konket hallarını nəzərə alaraq hesab edir ki, 210 manat mediasiya xərci və vəkilə ödənilmiş 220 manat cavbdehdən tutulmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən bağlanılmış müqavilə əsasında 34849,13 manat əsas borc, müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5 faizlə hesablanmaqla 1074,16 manat olmaqla, cəmi 35923 (otuz beş min doqquz yüz iyirmi üç) manat 29 (iyirmi doqquz) qəpik, hüquq xidmətinə görə vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat və 210 (iki yüz on) manat mediasiya xərcinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Kənan Hüseynov