Məhkəmə qərarları › İş №e-2-2(113)-4830/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4830/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4830/2025 09.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, lizinq, öhdəliyin icra olunmaması, müqavilənin etibarlılığı, bəyənmə) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştiraki olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 73,346.00 (yetmiş üç min üç yüz qırx altı) AZN əsas borc,13,136.00 (on üç min bir yüz otuz altı) manat cərimə borcu,real zərər olaraq 143,722.00 (bir yüz qırx üç min yeddi yüz iyirmi iki) manat məbləğində avtomobilin təmir xərci, avtomobilin dəyərdən düşməsi ilə nəticələnən 143,722.00 (bir yüz qırx üç min yeddi yüz iyirmi iki) normadan artıq köhnəlmə xərci, ümumilikdə 381,302.00 (üç yüzsəksən bir min üç yüziki) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı"xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) vəCavabdeh MMC(“Alıcı”) arasında avtomobillərin nisyə Alqı-satqısına dair bu iddiaya əlavə olunan Maliyyə Cədvəlində (bundan sonramaliyyə cədvəli) göstərilən Müqavilələr (20 avtomobilə dair 20 müqavilə) imzalanmışdır. Həmin Müqavilələrə əsasən maliyyə cədvəlindəki xüsusiyyətlərə malik olan Skoda Kamiq və Karoq markalı yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitələri Satıcı tərəfindən 2024-cü ilin may, iyun və iyul aylarında Alıcının sahibliyi və istifadəsinə verilmiş, nəqliyyat vasitələrinin dəyəri tam şəkildə ödənildikdən sonra isə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Müqavilələrin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri müqavilələrlə müəyyən edilən avtomobilin dəyərinimaliyyə cədvəlində göstərilən müddətlərdə və məbləğdə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən maliyyə cədvəlində göstərilən müqavilələr üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil şirkətə təhvil verildikdən sonra ilk aylarda ərzində aylıq ödənişləri həyata keçirmiş, lakin daha sonra heç bir ödəniş etməmişdir (Maliyyə Cədvəliəlavə olunur). Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Skoda Kamiq və Karoq markalı, maliyyə cədvəlində gösətilən müvafiq dövlət qeydiyyat nömrəli avtomobillərin idarə edilməsinə dair etibarnamələr verilməmiş və nəqliyyat vasitələri əsasən 2024-cü ilin noyabr ayı daxil olmaqla, 2025-ci ilin fevral ayına kimi müxtəlif sürücülər tərəfindən Skoda avtosalonunun qarşısındakı boş əraziyə gətirilmiş və həmin avtomobillərin təhvil-təslim alınması mümkün olmamışdır. 25 noyabr 2024-cü il tarixlərindən Şirkətimizə geri qaytarılmış avtomobillərin servisdə yenidən satışa çıxarılması üçün baxışdan keçiriləcəyi və həmin baxışda iştirak edilməsi ilə bağlı nümayəndələrinin iştirakı barədə Cavabdeh MMC-yə tərəfimizdən xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, lakin cavabdehin nümayəndəsinin avtomobillərə baxışda iştirakı təmin edilməmişdir. Ödəniş öhdəliklərinin gecikdirilməsi və vurulmuş ziyanla bağlı təmir aktlarnda göstərilən zərərin ödənilməsi ilə bağlı əməkdaşlarımız tərəfindən cavabdehlə şifahi danışıqlar aparılmış, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş (təmir aktları ilə birlikdə), lakin cavabdeh tərəfindən gecikdirilmiş öhdəliklərin və şirkətimizə dəymiş zərərin ödənilməsi təmin edilməmişdir. Cavabdeh MMC öhdəliklərini icra etməməklə müqaviləniəhəmiyyətli dərəcədə pozmasısəbəbindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli məktub ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən Maliyyə Cədvəlində göstərilən Müqavilələrə birtərəfli qaydada xitam (xitam məktubu siyahı ilə əlavə olunur) verilmişdir. Bildiririk ki, Avtomobillər iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobillərə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış aktına uyğun olaraq avtomobillərin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərclərinin ümumi məbləği (maliyyə cədvəlində qeyd edilib) 151,098.00 (bir yüz əlli bir min sıfır doxsan səkkiz) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (delikt) nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir.Eyni zamanda bildiririk ki, Cavabdeh MMC tərəfindən alınan 20 ədəd avtomobilin hamısı taksi fəaliyyəti üçün nəzərdə tutulduğundan cavabdehin istifadəsində olduğu müddətlərdə normadan artıq yürüş etmişdirlər, həmçinin avtomobillərin heç biri servisdə reqlament qaydalarına riayət edilməməklə texniki baxışdan keçirilməmişdir. Bu isə təmir xərclərinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Eyni zamanda, tərəflər arasında müqavilə imzalandığı tarixdən avtomobilin geri götürüldüyü noyabr-dekabr 2024-cü il və yanavr-fevral 2025-ci il tarixlərinədək, cavabdeh tərəfindən öhdəlik üzrə ödənilməmiş borcları mövcuddur. Nəticə etibarı ilə, maliyyə cədvəlinə uyğun olaraq cavabdehin bağlanmış müqavilələr üzrə icra edilməmiş öhdəliyi, yəni 73,346.00 (yetmiş üç min üç yüz qırx altı) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün avtomobilin geri qaytarıldığı günə qədər hesablanmış 13,136.00 (on üç min bir yüz otuz altı) manat məbləğində dəbbə pulu yaranmışdır. Eynizamanda Maliyyə cədvəlində göstərilənavtomobillərin artıq amortizasiya xərcləri yaranmış və bu məbləğ 143,722.00 (bir yüz qırx üç min yeddi yüziyirmi iki) manat hesablanmışdır. Beləliklə Cavabdeh MMCtərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə381,302.00 (üç yüz səksən bir min üç yüz iki) manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həlledilməsiməqsədi ilə məhkəməyə müraciət edilməsizərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış Maliyyə cədvəlində göstərilən Müqavilələrin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcıməhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1. C-057-SA-24 nömrəli müqavilə üzrə 5390 (beş min üç yüz doxsan) AZN əsas borc, 1386 (bir min üç yüz səksən altı) manat cərimə borcu, real zərər olaraq 17133 (on yeddi min bir yüz otuz üç) manat məbləğində avtomobilin təmir xərci; 2. C-047-SA- 24 nömrəli müqavilə üzrə 2508 (iki min beş yüz səkkiz) AZN əsas borc, 480 (dörd yüz səksən) manat cərimə borcu, real zərər olaraq 5776 (beş min yeddi yüz yetmiş altı) manat məbləğində avtomobilin təmir xərci; 3. C-055-SA-24 nömrəli müqavilə üzrə 3067 (üç min sıfır altmış yeddi) AZN əsas borc, 755 (yeddi yüz əlli beş) manat cərimə borcu, real zərər olaraq 3631 (üç min altı yüz otuz bir) manat məbləğində avtomobilin təmir xərci; 4. C-056-SA-24 nömrəli müqavilə üzrə 3460 (üç min dörd yüz altmış) AZN əsas borc, 732 (yeddi yüz otuz iki) manat cərimə borcu, real zərər olaraq 5136 (beş min bir yüz otuz altı) manat məbləğində avtomobilin təmir xərci; 5. C-043-SA-24 nömrəli müqavilə üzrə 2508 (iki min beş yüz səkkiz) AZN əsas borc, 480 (dörd yüz səksən) manat cərimə borcu, real zərər olaraq 4714 (dörd min yeddi yüz on dörd) manat məbləğində avtomobilin təmir xərci; 6. C-033-SA-24 nömrəli müqavilə üzrə 2692 (iki min altı yüz doxsan iki) AZN əsas borc, 495 (dörd yüz doxsan beş) manat cərimə borcu, real zərər olaraq 9406 (doqquz min dörd yüz altı) manat məbləğində avtomobilin təmir xərci; 7. C-044-SA-24 nömrəli müqavilə üzrə 2944 (iki min doqquz yüz qırx dörd) AZN əsas borc, 480 (dörd yüz səksən) manat cərimə borcu, real zərər olaraq 15026 (on beş min sıfır iyirmi altı) manat məbləğində avtomobilin təmir xərci; 8. C-035-SA-24 nömrəli müqavilə üzrə 2582 (iki min beş yüz səksən iki) AZN əsas borc, 495 (dörd yüz doxsan beş) manat cərimə borcu, real zərər olaraq 8261 (səkkiz min iki yüz altmış bir) manat məbləğində avtomobilin təmir xərci; 9. C-037-SA-24 nömrəli müqavilə üzrə 2527 (iki min beş yüz iyirmi yeddi) AZN əsas borc, 495 (dörd yüz doxsan beş) manat cərimə borcu, real zərər olaraq 9471 (doqquz min dörd yüz yetmiş bir) manat məbləğində avtomobilin təmir xərci; 10. C-036-SA-24 nömrəli müqavilə üzrə 3186 (üç min bir yüz səksən altı) AZN əsas borc, 495 (dörd yüz doxsan beş) manat cərimə borcu, real zərər olaraq 6679 (altı min altı yüz yetmiş doqquz) manat məbləğində avtomobilin təmir xərci; 11. C-038-SA-24 nömrəli müqavilə üzrə 2582 (iki min beş yüz səksən iki) AZN əsas borc, 495 (dörd yüz doxsan beş) manat cərimə borcu, real zərər olaraq 5493 (beş min dörd yüz doxsan üç) manat məbləğində avtomobilin təmir xərci; 12. C-034-SA-24 nömrəli müqavilə üzrə 4519 (dörd min beş yüz on doqquz) AZN əsas borc, 990 (doqquz yüz doxsan) manat cərimə borcu, real zərər olaraq 7460 (beş min dörd yüz doxsan üç) manat məbləğində avtomobilin təmir xərci; 13. C-051-SA-24 nömrəli müqavilə üzrə 2508 (iki min beş yüz səkkiz) AZN əsas borc, 480 (dörd yüz səksən) manat cərimə borcu, real zərər olaraq 980 (doqquz yüz səksən) manat məbləğində avtomobilin təmir xərci; 14. C-050- SA-24 nömrəli müqavilə üzrə 2615 (iki min altı yüz on beş) AZN əsas borc, 480 (dörd yüz səksən) manat cərimə borcu, real zərər olaraq 6756 (altı min yeddi yüz əlli altı) manat məbləğində avtomobilin təmir xərci; 15. C-045-SA24 nömrəli müqavilə üzrə 2508 (iki min beş yüz səkkiz) AZN əsas borc, 480 (dörd yüz səksən) manat cərimə borcu, real zərər olaraq 8086 (səkkiz min sıfır səksən altı) manat məbləğində avtomobilin təmir xərci; 16. C-042- SA-24 nömrəli müqavilə üzrə 2944 (iki min doqquz yüz qırx dörd) AZN əsas borc, 480 (dörd yüz səksən) manat cərimə borcu, real zərər olaraq 7261 (səkkiz min sıfır səksən altı) manat məbləğində avtomobilin təmir xərci; 17. C-046-SA-24 nömrəli müqavilə üzrə 1343 (bir min üç yüz qırx üç) AZN əsas borc, 480 (dörd yüz səksən) manat cərimə borcu, real zərər olaraq 11659 (on bir min altı yüz əlli doqquz) manat məbləğində avtomobilin təmir xərci; 18. C-048-SA-24 nömrəli müqavilə üzrə 2615 (iki min altı yüz on beş) AZN əsas borc, 480 (dörd yüz səksən) manat cərimə borcu, real zərər olaraq 5425 (beş min dörd yüz iyirmi beş) manat məbləğində avtomobilin təmir xərci; 19. C-049-SA-24 nömrəli müqavilə üzrə 2455 (iki min dörd yüz əlli beş) AZN əsas borc, 480 (dörd yüz səksən) manat cərimə borcu, real zərər olaraq 9568 (doqquz min beş yüz altmış səkkiz) manat məbləğində avtomobilin təmir xərci; 20. C-032-SA-24 nömrəli müqavilə üzrə 3021 (üç min sıfır iyirmi bir) AZN əsas borc, 495 (dörd yüz doxsan beş) manat cərimə borcu, real zərər olaraq 3175 (üç min bir yüz yetmiş beş) manat məbləğində avtomobilin təmir xərci olmaqla ümumilikdə 220,703.00 (iki yüz iyirmi min yeddi yüz üç) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən 77YT236 qeydiyyat nişanlı, 77YV945 qeydiyyat nişanlı, 77YX390 qeydiyyat nişanlı, 77YL743 qeydiyyat nişanlı, 77YV741 qeydiyyat nişanlı, 77YT239 qeydiyyat nişanlı, 77YV931 qeydiyyat nişanlı, 77YT234 qeydiyyat nişanlı, 77YT235 qeydiyyat nişanlı, 77YT238 qeydiyyat nişanlı, 77YV765 qeydiyyat nişanlı, 77YV738 qeydiyyat nişanlı, 77YV924 qeydiyyat nişanlı, 77YV935 qeydiyyat nişanlı, 77YV749 qeydiyyat nişanlı, 77YV764 qeydiyyat nişanlı, 77YV758 qeydiyyat nişanlı, 77YT237 qeydiyyat nişanlı, 77AU166 qeydiyyat nişanlı nəqliyyat vasitələrinin mülkiyyətçisi qismində İddiaçı MMC qeyd olunmuşdur.

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli C-057- SA-24 nömrəli (Skoda Kamiq modeli, buraxılış ili 2023 olan (VİN: TMBGC6NW0P3124736, qara rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 55.440 manat, xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.155 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-047-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU1P5060977, qara rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.048 manat, xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1601 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-055-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Kamiq modeli, buraxılış ili 2023 olan (VİN: TMBGC6NW6P3114860, ağ rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 58.512 manat, xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.219 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-056-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Kamiq modeli, buraxılış ili 2023 olan (VİN: TMBGC6NW9P3197863, göy rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 58.512 manat, xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.219 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-033-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBGC6NU6P5061557, boz rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.699 manat, xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1648 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-043-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU0P5050716, tünd göy rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.048 manat, xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.601 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-046-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU9P5060676, tünd göy rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.048 manat, xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.601 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-049-SA- 24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU2P5048501, ağ rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.048 manat məbləği 2.200 manat avans olaraq ödənilir, qalan məbləğ isə xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.219 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-048-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU9P5063948, ağ rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.048 manatdan 2.200 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.601 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-051-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU3p5072600, qara rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.048 manatdan 2.200 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.601 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-045-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU6P5055127, qara rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.048 manatdan 2.200 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.601 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-044-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU8P5053458, qara rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.048 manatdan 2.200 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.601 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-042-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU9P5047295, ağ rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.048 manatdan 2.200 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.601 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-050-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU4P5066207, qara rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.048 manatdan 2.200 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.601 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-036-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU6P5045097, ağ rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.699 manatdan 595 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.648 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-038-SA- 24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU8P5051595, boz rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.699 manatdan 595 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.648 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-037-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU9P5046292, boz rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.699 manatdan 595 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.648 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-032-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU0P5056273, boz rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.699 manatdan 595 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.648 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-034-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NUXP5058841, ağ rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.699 manatdan 595 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.648 manat ödəməklə), xx.xx.2024-cü il tarixli C-035-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə (Skoda Karoq modeli, buraxılış ili 2023 olan (VİN: TMBJC4NU0P5070335, boz rəng; avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 79.699 manatdan 595 manat ilkin ödəniş edilir, qalan məbləğ xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində, ayda 1.648 manat ödəməklə) alqı-satqı müqavilələrin:

10. 1.2-ci bəndinə əsasən avtomobil (həmçinin onun əlavə avadanlığı), xüsusilə də onun əsas xüsusiyyətləri haqqında bütün lazımi və asanlıqla əldə edilməsi mümkün olan məlumatlar, Satıcının zəmanət öhdəliklərinin şərtləri və s. Avtomobilin sənədlərində öz əksini tapmışdır. Alıcı hazırkı Müqaviləni imzalamaqla təsdiq edir ki, o, hazırkı Müqaviləni imzalamazdan əvvəl Avtomobil haqqında bütün lazımi məlumatlarla Satıcının səlahiyyətli nümayəndəsinin şifahi izah etməsi, Alıcının Avtomobil haqqında reklam məhsulları ilə tanış olması, Avtomobilin, tələblərinə cavab verdiyi normativ sənədlərin müddəaları ilə Alıcının tanış olması və sairə kimi üsullardan istifadə etməklə tanış olmuşdur. Alıcı həmçinin bildirir və təsdiq edir ki, o, Avtomobili şüurlu və müstəqil şəkildə seçmişdir.

11. 2.2-ci bəndinə əsasən müqavilənini 2.1. bəndində müəyyən edilmiş məbləği (ilkin ödənişi), tərəflər bu müqaviləni imzaladıqdan sonra 3 (üç) iş günü ərzində Alıcı Satıcının hesabına köçürmə yolu ilə ödəyir.

12. 2.3-cü bəndinə əsasən bu Müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar Müqavilənin ümumi dəyərinə daxil edilmir.

13. 2.4-cü bəndinə əsasən hazırkı Müqavilənin 1.1-ci maddəsində göstərilmiş nəqliyyat vasitəsinin dəyəri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1 bəndinə əsasən müəyyən edilir.

14. 2.5-ci bəndinə əsasən “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.

15. 2.6-cı bəndinə əsasən hazırkı müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar nəqliyyat vasitəsinin hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1 bəndinə əsasən müəyyən edilmiş dəyərinə daxil deyil.

16. 4-cü bəndinə əsasən alıcının öhdəlikləri və hüquqları:

17. 4.1-ci bəndinə əsasən alıcının öhdəlikləri:

18. 4.1.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləğini Müqavilə ilə müəyyən edilmiş müddət və qaydada ödəmək;

19. 4.1.2-ci bəndinə əsasən müqavilənin 1.1. bəndində göstərilən avtomobili Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qəbul etmək.

20. 4.1.3-cü bəndinə əsasən müqavilənin 1.1. bəndində göstərilən avtomobili zəmanət müddəti ərzində istehsalçı zavodun tələblərinə müvafiq olaraq ilk 3000 km-də və bundan sonra hər 7500 km yürüşdən bir məcburi texinik xidmətdən keçirmək.

21. 4.1.4-cü bəndinə əsasən müqavilənini 1.1. bəndində göstərilən avtomobilin istismarı zamanı istehsalçı zavod tərəfindən müəyyən edilmiş istismar qaydalarına riayət etmək.

22. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktlarına əsasən 20 ədəd avtomobilin qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verildiyi, alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətlərinin izah edildiyi qeyd edilmişdir.

23. xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 1155 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1155 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1219 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1219 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1219 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1219 manat məbləğində, xx.xx.2024cü il tarixli kassa mədaxil orderinə əsasən 1219 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1219 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1648 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1648 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1648 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1648 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1648 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1648 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1601 manat məbləğində, xx.xx.2024cü il tarixli kassa mədaxil orderinə əsasən 1601 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1155 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1601 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1601 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1601 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1605 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1601 manat məbləğində, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən 1601 manat məbləğində ödəniş etmişdir.

24. İddiaçı MMC-nin təmir aktına əsasən 77AU166 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 17132,71 manat, 77YX390 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 3631,04 manat, 77YL743 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 5136,31 manat, 77YT234 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 6679,44 manat, 77YT235 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 5493 manat, 77YT236 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 9471,42 manat, 77YT237 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 3174,82 manat, 77YT238 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 7459,77 manat, 77YT239 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 9406,42 manat, 77YT240 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 8261,24 manat, 77YV738 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 6756,42 manat, 77YV749 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 11659,20 manat, 77YV758 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 9567,62 manat, 77YV764 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 5424,64 manat, 77YV765 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 980,28 manat, 77YV924 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 8085,82 manat, 77YV931 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 15025,84 manat, 77YV935 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 7261,34 manat, 77YV945 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 5775,78 manat, müəyyən edilmişdir.

25. 30.10.2024-cü il tarixli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 77YT236 qeydiyyat nişanlı, 77YT235 qeydiyyat nişanlı, 77YT236 qeydiyyat nişanlı, 77YT237 qeydiyyat nişanlı, 77YT238 qeydiyyat nişanlı, 77YT239 qeydiyyat nişanlı, 77YT240 qeydiyyat nişanlı, 77YV738 qeydiyyat nişanlı, 77YV741 qeydiyyat nişanlı, 77YV749 qeydiyyat nişanlı, 77YV758 qeydiyyat nişanlı, 77YV764 qeydiyyat nişanlı, 77YV765 qeydiyyat nişanlı, 77YV924 qeydiyyat nişanlı, 77YV931 qeydiyyat nişanlı, 77YV935 qeydiyyat nişanlı, 77YV945 qeydiyyat nişanlı avtomobillərin idarə edilməsini Cavabdeh MMC-yə etibar edilmişdir.

26. xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 77YL743 qeydiyyat nişanlı, 77AU166 qeydiyyat nişanlı, 77YX390 qeydiyyat nişanlı avtomobillərin idarə edilməsini Cavabdeh MMC-yə etibar edilmişdir.

27. İddiaçı MMC tərəfindən verilmiş maiyyə arayışlarına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli C-044-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024cü il tarixinə gecikdirilmiş məbləğ 2944 manat, cərimə 480 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-043-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2508 manat, cərimə 480 manat məbləğində, xx.xx.2024-cü il tarixli C- 042-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2944 manat, cərimə 480 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-038-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2582 manat, cərimə 495 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-037-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2527 manat, cərimə 495 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-036-SA-24 nömrəli saylı alqısatqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 3186 manat, cərimə 495 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-035-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2582 manat, cərimə 495 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-034-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 4519 manat, cərimə 990 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-033-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2692 manat, cərimə 495 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-032-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024cü il tarixinə gecikdirilmiş məbləğ 3021 manat, cərimə 495 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-057-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 5390 manat, xx.xx.2025-ci il tarixinə cərimə 1386 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-056-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024cü il tarixinə gecikdirilmiş məbləğ 3460 manat, cərimə 732 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-055-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 3067 manat, cərimə 755 manat məbləğində, xx.xx.2024-cü il tarixli C- 051-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2508 manat, cərimə 480 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-050-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2615 manat, cərimə 480 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-049-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2455 manat, cərimə 480 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-48-SA-24 nömrəli saylı alqısatqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2615 manat, cərimə 480 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-047-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2508 manat, cərimə 480 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-046-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 1343 manat, cərimə 480 manat məbləğində, xx.xx.2024-cü il tarixli C-045-SA-24 nömrəli saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2508 manat, cərimə 480 manat məbləğində ödənilməmiş borcu müəyyən edilmişdir.

28. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

V. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 21.1-21.2-ci görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

34. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

35. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.

36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

38. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

39. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

40. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

41. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

42. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

45. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

46. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

47. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

48. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

49. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

50. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

51. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

52. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

53. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

54. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

55. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

56. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

57. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

58. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

59. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

60. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

61. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

62. Madə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

63. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir

64. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə

65. Bənd 4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9.-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır.

66. Bənd 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.

67. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

71. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

74. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

75. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.

76. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqavilələr notarial qaydada təsdiqlənməmişdir – bu isə o deməkdir ki, əslində həmin müqaviləni etibarlı alqısatqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir.

77. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir.

78. Bununla yanaşı hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, avtonəqliyyat vasitələrinə dair müqavilələri imzaladıqlarını (bağladıqlarını) təsdiq edirlər və avtomobil müqavilə bağlandıqdan sonra cavabdehin istifadəsinə verilərək onun tərəfindən müxtəlif məbləğlərdə müqavilə üzrə ödənişlər həyata keçirilmişdir.

79. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobillərə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan məhkəmənin qənaətinə görə onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

80. Məhkəmə hesab edir ki, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir.

81. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır.

82. Bu mənada məhkəmənin qənaətinə görə, mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir.

83. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur.

84. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh, müqaviləyə xitam verilən (avtomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz.

85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

86. Bu kontekstdə məhkəmənin qənaətinə görə iddiaçının iddia tələbi əsas borc hissəsində əsaslı hesab olunmalı, cavabdehin C-044-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2944 manat, C-043-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2508 manat , C-042-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2944 manat, C-038-SA- 24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2582 manat, C- 037-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2527 manat, C-036-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 3186 manat, C-035-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2582 manat, C-034-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 4519 manat, C-033-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2692 manat, C-032-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 3021 manat, C-057-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 5390 manat, C-056-SA- 24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 3460 manat, C- 055-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 3067 manat, C-051-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2508 manat, C-050-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2615 manat, C-049-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2455 manat, C-048-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2615 manat, C-047-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2508 manat, C-046-SA-24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 1343 manat, C-045-SA- 24 nömrəli saylı müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 2508 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

87. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış C-044-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 480 manat, C-043-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 480 manat, C-042-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 480 manat, C-038-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 495 manat, C-037-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 495 manat, C-036-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 495 manat, C-035-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 495 manat, C-034-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 990 manat, C-033-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 495 manat, C-032-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 495 manat, C-057-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 1386 manat, C-056-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 732 manat, C-055-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 755 manat, C-051-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 480 manat, C-050-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 480 manat, C-049-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 480 manat, C-048-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 480 manat, C-047-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 480 manat, C-046-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 480 manat, C-045-SA-24 nömrəli müqaviləyə əsasən hesablanmış 480 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

88. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

89. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

90. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (1976 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, cavabdehdən tutulacaq dəbbə pulu C-057-SA-24 nömrəli müqavilə üzrə 270 manat, C-047-SA-24 nömrəli müqavilə üzrə 125 manat, C-055-SA-24 nömrəli müqavilə üzrə 153 manat, C-056-SA-24 nömrəli müqavilə üzrə 173 manat, C-043-SA-24 nömrəli müqavilə üzrə 125 manat, C-033-SA-24 nömrəli müqavilə üzrə 135 manat , C-044- SA-24 nömrəli müqavilə üzrə 147 manat, C-035-SA-24 nömrəli müqavilə üzrə 129 manat, C- 037-SA-24 nömrəli müqavilə üzrə 126 manat, C-036-SA-24 nömrəli müqavilə üzrə 159 manat , C-038-SA-24 nömrəli müqavilə üzrə 129 manat, C-034-SA-24 nömrəli müqavilə üzrə 226 manat, C-051-SA-24 nömrəli müqavilə üzrə 125 manat, C-050- SA-24 nömrəli müqavilə üzrə 131 manat, C-045-SA24 nömrəli müqavilə üzrə 125 manat, C-042- SA-24 nömrəli müqavilə üzrə 147 manat, C-046-SA-24 nömrəli müqavilə üzrə 67 manat, C-048-SA-24 nömrəli müqavilə üzrə 131 manat, C-049-SA-24 nömrəli müqavilə üzrə 123 manat, C-032- SA-24 nömrəli müqavilə üzrə 151 manat məbləğində müəyyən edilməlidir.

91. İddia tələbinin digər hissəsi - real zərər olaraq hər müqavilə üzrə avtomobilin təmirinə görə təmir xərcinin tələb edilməsidir. Məhkəmə bu hissədə iddia ərizəsini əsassız və rədd edilməli olduğunu hesab edir.

92. Belə ki, iddiaçı tərəfindən sübut qismində yalnız tək tərəfli şəkildə tərtib edilmiş aktlar təqdim edilmiş və nəqliyyat vasitəsinə cavabdeh tərəfindən hər hansı qüsurun yetirilməsi işdə olan sənədlərlə sübuta yetirilmir. Məhkəmə tərəfindən iddiaçıya nəqliyyat vasitəsinin geri təhvil alındığı zaman onun texniki vəziyyətini, qüsurlarını əks etdirən və hər iki tərəfin imzası ilə təsdiq edilən aktın təqdim edilməsi təklif edilsə də, təqdim edilməmişdir. Bundan əlavə, nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu dövrdə hər-hansı yolnəqliyyat hadisəsinin törədilməsi və bunun nəticəsində nəqliyyat vasitəsinə zərərin vurulması iş materialları ilə müəyyən edilmir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, təmir aktlarına nəzər yetirdikdə müəyyən olunur ki, aktların adı “təmir” olsa da, lakin göründüyü kimi nəqliyyat vasitəsinə əsasən cari texniki xidmətlər göstərilmişdir (filtirlərin, mühərrik yağın döldurulması və s.), bu isə nəqliyyat vasitəsinə (ələxsus da cavabdeh tərəfindən) hər-hansı zərərin vurulması anlamına gəlməməlidir.

93. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 671,30 manat dövlət rüsumu ödənilmişdir.

94. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

95. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 273 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

VI. Nəticə:

96. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən C-057-SA-24 nömrəli müqavilə üzrə 5390 manat əsas borc, 270 manat dəbbə pulu; C-047-SA-24 nömrəli müqavilə üzrə 2508 manat əsas borc, 125 manat dəbbə pulu, C-055-SA-24 nömrəli müqavilə üzrə 3067 manat əsas borc, 153 manat dəbbə pulu, C-056-SA-24 nömrəli müqavilə üzrə 3460 manat əsas borc, 173 manat dəbbə pulu, C- 043-SA-24 nömrəli müqavilə üzrə 2508 manat əsas borc, 125 manat dəbbə pulu, C-033- SA-24 nömrəli müqavilə üzrə 2692 manat əsas borc, 135 manat dəbbə pulu, C-044-SA-24 nömrəli müqavilə üzrə 2944 manat əsas borc, 147 manat dəbbə pulu, C-035-SA-24 nömrəli müqavilə üzrə 2582 manat əsas borc, 129 manat dəbbə pulu, C-037-SA-24 nömrəli müqavilə üzrə 2527 manat əsas borc, 126 manat dəbbə pulu, C-036-SA-24 nömrəli müqavilə üzrə 3186 manat əsas borc, 159 manat dəbbə pulu, C-038-SA-24 nömrəli müqavilə üzrə 2582 manat əsas borc, 129 manat dəbbə pulu, C-034-SA-24 nömrəli müqavilə üzrə 4519 manat əsas borc, 226 manat dəbbə pulu, C-051-SA-24 nömrəli müqavilə üzrə 2508 manat əsas borc, 125 manat dəbbə pulu, C-050- SA-24 nömrəli müqavilə üzrə 2615 manat əsas borc, 131 manat dəbbə pulu, C-045-SA24 nömrəli müqavilə üzrə 2508 manat əsas borc, 125 manat dəbbə pulu, C-042- SA-24 nömrəli müqavilə üzrə 2944 manat əsas borc, 147 manat dəbbə pulu, C-046-SA-24 nömrəli müqavilə üzrə 1343 manat əsas borc, 67 manat dəbbə pulu, C-048-SA-24 nömrəli müqavilə üzrə 2615 manat əsas borc, 131 manat dəbbə pulu, C-049-SA-24 nömrəli müqavilə üzrə 2455 manat əsas borc, 123 manat dəbbə pulu, C-032-SA-24 nömrəli müqavilə üzrə 3021 manat əsas borc, 151 manat dəbbə pulu, ümumilikdə cəmi 60871 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 273 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar