Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4837/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi) X3 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 176000 manat məbləğində borc, 1200 manat məbləğində hüquqi yardım xərci və 466 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli FLM-GLA/21-01 nömrəli yük daşınması müqaviləsinə əsasən İddiaçı MMC cavabdehin yüklərini daşımağı öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini icra edərək daşımaq üçün cavabdeh tərəfindən sifariş verilmiş yükləri qəbul edərək təyinat məntəqəsinə çatdırmış və cavabdehə təhvil vermişdir. Yüklərin çatdırılması ilə bağlı tərəflər arasında müvafiq aktlar da imzalanmışdır. İddiaçı MMC öhdəliklərini tam şəkildə icra etsə də cavabdeh bu günə qədər müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmidir. Belə ki, ödənilməmiş borc məbləğinin ödənilməsi ilə bağlıcavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh bu günə qədər ödəliklərini tam şəkildə icra etməmişdir və belə görünür ki, icra etmək niyyəti də yoxdur. Belə ki, tərəflər arasında aparılmış danışıqlara əsasən cavabdeh borcunu hissə-hissə ödəməklə qısa müddətə bağlayacağını öhdəsinə götürsə də yenə də borcunu ödəməmişdir. Sonuncu dəfə cavabdeh may ayında olmaqla ümumilikdə 40000 manat ödəniş etmişdir. Hazırda icra edilmiş daşıma xidmətlərinə görə cavabdehin ödənilməmiş 176000 manat məbləğində borcu qalmışdır.
3. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmiş və ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin 10 000 manat məbləğində sonuncu ödəniş nəzərə alınmaqla qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehin nümayəndəsi X2 iddia ərizəsini 166 000 manat məbləğində əsas borc hissəsində etiraf edərək,ərizənin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı QSC (“daşıyıcı”) Cavabdeh MMC (“sifarişçi”) arasında imzalanmış 02 sentyabr 2021-ci il tarixdə U FLM-GLA/21-01 saylı yük daşınması müqaviləsi imzalanmışdır.
9. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən hazırkı Müqavilə ilə "Daşıyıcı" "Sifarişçi" tərəfindən ona həvalə edilmiş yükləri Tərəflər arasında razılaşdırılmış təyinat məntəqəsinə çatdırmağı və "Sifarişçi" tərəfindən təyin edilmiş şəxsə verməyi, "Sifarişçi" isə "Daşıyıcı"nın haqqını ödəməyi öhdəsinə götürür. - 1.6-cı bəndinə əsasən əgər tərəflər mütəmadi olaraq işlərin icra edilməsi və "Sifarişçi"yə təhvil verilməsinə dair ayrıca akt tərtib etməzlərsə sifarişlərin icra edilməsi ilə bağlı tərtib edilmiş müvafiq sənədlərin (CMR, aviaqaimə, dəmiryolu qaiməsi və sair) təhvil-təslim bölməsindəki qeydlər sifarişin lazımi qaydada icra edilərək "Sifarişçi"yə təhvil verilməsi hesab ediləcək.. - 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə həyata keçiriləcək daşımaların qiyməti Tərəflər arasında qarşılıqlı şəkildə imzalanaraq hazırki Müqaviləyə əlavə edilmiş sənəddə göstərilən marşrutlar üzrə müəyyən edilmiş qiymətlər əsas götürülməklə (daşıma sifariş olunan zaman tərəflərin qarşılıqlı razılığı ilə) müəyyən ediləcək və "Daşıyıcının təqdim etdiyi hesab- fakturaya əsasən ödəniləcək.- 1.4-cü bəndinə əsasən Müqavilə “Tərəflər” arasında imzalandıqdan sonra 1.1.-ci bənddə göstərilən “Vasitə” dərhal bu Müqavilənin tərkib hissəsi olan təhvil - təslim aktı ilə təhvil verilir. - 3.2-ci bəndinə əsasən verilmiş sifarişə əsasən daşıma qiymətləri Tərəflər arasında razılaşdırıldıqdan sonra beynəlxalq daşıma tariflərində istənilən səbəblərdən bahalaşma baş verərsə, bu zaman daşıma qiyməti Tərəflər arasında yenidən razılaşdırılmalıdır. - 3.3-cü bəndinə əsasən ödəniş köçürmə yolu ilə icra edilir. - 3.4-cü bəndinə əsasən yükləmədən sonra "Daşıyıcı" "Sifarişçi"yə hesab-faktura və təhvil-təslim aktı göndərir və belə hesab-faktura və akt "Sifarişçi" tərəfindən təhvil alındığı andan etibarən 15 (on beş) təqvim günü ərzində Müqavilə üzrə ödəniş həyata keçirilir. - 3.5-ci bəndinə əsasən "Daşıyıcı" yükü "Sifarişçi"yə təhvil verdikdən və hesabfaktura, e-qaimə, elektron vergi hesab fakturası və ya proforma təqdim etdikdən sonra bu müqavilənin 3.4. bəndində göstərilən müddət ərzində "Sifarişçi" "Daşıyıcı"ya ödəniş etməzsə və müddət bitdikdən sonra Azərbaycan manatı öz dəyərini ABŞ Dolları və ya AVRO ilə nisbətdə 5% və ya 5%- dən daha artıq itirərsə bu zaman daşıma haqqı məbləği manatın itirdiyi dəyərə müvafiq olaraq 5% və ya 5%-dən daha artıq məbləğdə artırılacaq. - 4.4-cü bəndinə əsasən daşıma haqqının ödənilməsini gecikdirməyə görə "Sifarişçi" ödənişi gecikdirdiyi hər bir gün üçün ödənişini gecikdirdiyi məbləğin 0.5 %-i həcmində cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı tərəfindən cavabdehə EBBX seriyalı 575414 nömrəli xx.xx.2022-ci il tarixli 43350 manat,EBBZ seriyalı 442275 nömrəli xx.xx.2022-ci il tarixli 42840 manat,EBCC seriyalı 469967 nömrəli xx.xx.2022-ci il tarixli 4085 manat,EBCC seriyalı 470135 nömrəli xx.xx.2022-cü il tarixli 4595 manat,EBCC seriyalı 471793 nömrəli xx.xx.2022cİ il tarixli 9350 manat,EBCC seriyalı 471920 nömrəli xx.xx.2022-ci il tarixli 6996 manat,EBBC seriyalı 471920 nömrəli xx.xx.2022-ci il tarixli 6996 manat,EBCL seriyalı 902108 nömrəli xx.xx.2022-ci il tarixli 30078 manat,EBDC 221366 xx.xx.2023-cü il tarixli 5100 manat,EBB seriyalı 070288 nömrəli xx.xx.2021-ci il tarixli 19550 manat,EBBN seriyalı 017986 nömrəli xx.xx.2021-ci il tarixli 11730 manat,EBBO seriyalı 488696 nömrəli xx.xx.2021-ci il tarixli 4250 manat,EBBO seriyalı 592063 nömrəli xx.xx.2021-ci il tarixli 4250 manat,EBBQ seriyalı 296405 nömrəli 27185 manat,EBBQ seriyalı 778451 nömrəli xx.xx.2022-ci il tarixli 20549 manat,EBBQ seriyalı 791971 nömrəli xx.xx.2022-ci il tarixli 2161 manat,EBBQ seriyalı 799844 nömrəli xx.xx.2022-ci il tarixli 4628 manat,EBBT seriyalı 382027 nömrəli xx.xx.2022-ci il tarixli 406980 manat,EBBT seriyalı 382354 nömrəli xx.xx.2022-ci il tarixli 47090 manat, EBBV seriyalı 815944 nömrəli xx.xx.2022-ci il tarixli 10880 manat,EBBX 513106 nömrəli xx.xx.2022-ci il tarixli 4250 manat məbləğində elektron qaimələr göndərilmişdir.
11. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli FLM220195 saylı 4250 manat,xx.xx.2022-ci il tarixli FLM220314 saylı 4085 manat, xx.xx.2022-ci il tarixli FLM220315 saylı 4595 manat, xx.xx.2022-ci il tarixli FLM220316 9530 manat, xx.xx.2022-ci il tarixli FLM220317 saylı 6996 manat,xx.xx.2021-ci il tarixli 392/2022 saylı 30078 manat,xx.xx.2023-cü il tarixli 223/2023 saylı 5100 manat , 20.010.2021-ci il tarixli FLM210262 saylı 19550 manat,xx.xx.2021-ci il tarixli FLM210300 saylı 11730 manat,xx.xx.2021-ci il tarixli FLM210350 saylı 4250 manat,xx.xx.2021-ci il tarixli FLM210352 saylı 4250 manat,xx.xx.2022-ci il tarixli FLM220028 saylı 27185 manat,xx.xx.2022-ci il tarixli FLM220038 saylı 20549 manat,xx.xx.2021-ci il tarixli FLM210360 manat 372232 manat,xx.xx.2022-ci il tarixli FLM220040 saylı 2161 manat,xx.xx.2022-ci il tarixli FLM220042 saylı 4628 manat,xx.xx.2022-ci il tarixli FLM220105 saylı 406980 manat,xx.xx.2022-ci il tarixli FLM220106 saylı 47090 manat,xx.xx.2022-ci il tarixli FLM220149 saylı 10880 manat,xx.xx.2022-ci il tarixli FLM220196 saylı 4250 manat, xx.xx.2022-ci il tarixli FLM220197 saylı 4335 manat,xx.xx.2022-ci il tarixli FLM220197 saylı 43350 manat,xx.xx.2022-ci il tarixli FLM220242 saylı 42840 manat məbləğində təhvil-təslim aktları imzalanmışdır. Aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. "xxxx" ASC tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli 2078 saylı ödəniş tapşırığı ilə təsdiq olunur ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına 10 000 manat köçürülmüşdür.
13. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından təsdiq edilir ki, İddiaçı MMC tərəfindən 9 saylı vəkil bürosunun hesabına 1200 manat köçürülmüşdür. V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür AR MPM-in: - 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Vİ.Məhkəmənin mövqeyi:
15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
16. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında yükdaşıma xidmətlərinin göstərilməsi haqqında 02 sentyabr 2021-ci il tarixdə U FLM-GLA/21-01 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC -nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan əsas borcu (xx.xx.2024-cü il tarixli ödəniş nəzərə alınmaqla) 166000 manat təşkil edir.
17. Belə olan halda məhkəmə Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 166 000 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını, cavabdehin hal-hazırda müqavilə üzrə 166000 manat borcunun qalması həmin onun etirafı barədə ərizə ilə, həm də məhkəmə iclasında tədqiq edilmiş müqavilə , qaimələr vət təhvil təslim aktları ilə təsdiqini tapmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 166 000 manat tutularaq İddiaçı MMC -yə ödənilməlidir.
18. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 469 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 456 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
20. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 600 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 02 sentyabr 2021-ci il tarixdə U FLM-GLA/21-01 saylı yükdaşıma Müqaviləsinə əsasən 166000 manat əsas borc, 456 manat dövlət rüsumu, 600 manat göstərilən hüquqi yardıma görə xərc cavabdehdən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova