Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-484/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dərmiş zərər, subroqasiya qaydasında pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh2 (Cavabdeh2 MMC), Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3883,67 manat məbləğində sığorta ödənişi, 60 manat mediasiya xərci, 10 manat poçt xərci və 0,4 (qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3954,07 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “X12” MMC-yə məxsus, daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 sahibliyində olan Cavabdeh3 istifadəsinə verilmiş və sonuncunun idarə etdiyi “Chevrolet Malibu” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Mercedes E200” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes E200” markalı, **-PD-*** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin sığortalanmış hissəsindən (59.46%) 300 (üç yüz) manat azadolma məbləği çıxılmaqla, Cəmiyyət tərəfindən mütənasiblik qaydasında 5657,84 (beş min altı yüz əlli yeddi manat səksən dörd qəpik) manat məbləğində (10020/100*59.46=5957,8- 300=5657,84) sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, “Xalq Sığorta “ASC-nin sığorta aktlarından göründüyü kimi, sonuncunun üçüncü şəxslər qarşısında əmlaka vurulmuş zərərlə bağlı bir hadisə üzrə öhdəlik həddi olan 5000 (beş min) manat məbləğində sığorta ödənişi zərər çəkmiş şəxslər arasında aşağıdakı qaydada bölünmüşdür: 1) “Mitsubishi Lancer” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1400 (bir min dörd yüz) manat zərər məbləğinə görə sığorta məbləğinin 8.78% olmaqla, 439,01 manat; 2) “Honda İnsight” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4525 manat zərər məbləğinə görə sığorta məbləğinin 28,38% olmaqla, 1418,94 manat; 3) “Mercedes Benz E200” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 10020 manat zərər məbləğinə görə: 3.1. Cəmiyyət tərəfindən ödənilmiş 5657,84 manat məbləğində sığorta ödənişinə görə sığorta məbləğinin 35.48% olmaqla 1774,17 manat; 3.2. zərər məbləğinin Cəmiyyət tərəfindən ödənilməmiş və "xxxx" MMCnin (mülkiyyətçi) üzərində qalmış 4362,16 manat zərər məbləğinə görə sığorta məbləğinin 27.36% olmaqla, 1367,88 manat. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh3 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin 1774,17 (min yeddi yüz yetmiş dörd manat on yeddi qəpik) manat məbləğində olan hissəsi mütənasiblik qaydasında “Chevrolet Malibu” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən Cəmiyyətin hesabına köçürülmüşdür, lakin iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin 3883,67 manat məbləğində olan hissəsi (5657,84-1774,17=3883,67) bu günədək ödənilmədən qalmaqdadır. Bununla yanaşı, məsələnin mediasiya vasitəsilə həlli üçün tərəfimizdən Bakı şəhəri 6 saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin mübahisənin mediasiya vasitəsilə həlli də mümkün olmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsi və onun ayrılmaz tərkib hissəsi olan Cədvəl № 01dən görünür ki, “Mercedes E200” markalı, **-PD-*** markalı dövlət qeydiyyat nişanlı avtomobil Cəmiyyətdə əmlak sığortası qaydasında sığortalanmışdır. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “X12” MMC-yə məxsus olan və Cavabdeh3 istifadəsinə verilmiş və sonuncunun idarə etdiyi “Chevrolet Malibu” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmişdir. İddia ərizəsinə əlavə edilmiş 13 mart 2023-cü il tarixli daxili lizinq müqaviləsinə əlavələrdən müəyyən olunur ki, yolnəqliyyat hadisəsi baş verən vaxt “Chevrolet Malibu” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil “X12” MMC tərəfindən Cavabdeh1 ilə bağlanmış daxili lizinq müqaviləsinə əsasən sonuncunun istifadəsinə verilmişdir. İSB.az saytından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “Chevrolet Malibu” markalı, **- PN-*** dövlət qeydiyyat avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Cəmiyyətin sığorta aktı və zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes E200” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10020 manat məbləğində müəyyən edilmiş və həmin məbləğin sığortalanmış hissəsindən 300 (üç yüz) manat azadolma məbləği çıxılmaqla, Cəmiyyət tərəfindən 5657,84 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin sığorta aktı və ödəniş sənədlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin 1774,17 manat məbləğində olan hissəsi mütənasiblik qaydasında “Chevrolet Malibu” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən Cəmiyyətin hesabına geri ödənilmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli geriyə tələb məktublarından, həmçinin xx.xx.2023-cü il tarixli pretenziya məktubundan, həmin məktubların cavabdehlərə çatdırılmasını təsdiq edən poçt xəbərnamələrindən və ”elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş pretenziya məktubundan müəyyən olunur ki, mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün iddiaçı tərəfindən cavabdehlərə müraciət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində xx.xx.2023-cü il tarixli arayışı və cəmiyyətin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, mübahisənin mediasiya vasitəsilə həlli mümkün olmamış və iddiaçı tərəfindən 60 (altmış) manat mediasiya xərci və 10 (on) manat poçt xərci ödənilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 430.1, 448.1, 459.1, 936.1, 936.2, 936.5, 1096, 1097, 1099.1, 1108.1, 1108.2, 1114-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh2 MMC tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıda göstərilənlərə əsasən iddiaçının Cavabdeh2 MMC-dən pul tələbinə dair iddiasına etiraz edir və bu hissədə iddia əsassız hesab edilir. xx.xx.2023-cü il tarixli, 033 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 33 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və 2016-cı il buraxılışlı, “Chevrolet Malibu” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, tünd göy metalik rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmçinin daxili lizinq müqaviləsinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı dəymiş zərərə məsuliyyəti lizinq alan daşıyır.
5. İddiaçı və digər Cavabdeh2 MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı 1000 manat hissədə qəbul edir. İddiaçının əməkdaşları tərəfindən dəymiş zərərin miqdarı ona bildirilməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, borcun nə qədər təşkil etdiyi ona bildirilməmiş, bütün dəyimiş zərərin onun üzərinə düşdüyünü bildirmişlər. İlk növbədə 10000 manat məbləğin hamısının onun tərəfindən ödənildiyini bildirdilər. Əvvəlki ekspert rəyi ilə yeni ekspert rəyini müqayisə edəndə görünür ki, yalnız bir detalın qiymətində dəyişiklik vardır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir.
7. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddianı qəbul etmədiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, başa düşür ki, həmin məbləğ ödəilməlidir, həmin məbləğ hissəhissə, aylara bölməklə ödənilə bilər.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, ********** saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi və ona əlavə olunan cədvəl 1-ə əsasən "xxxx" MMC-yə məxsus, Mercedes Benz E200 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək dövr üzrə sığortalanmışdır.
9. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 19:05 dəqiqədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşma qeyd edilmişdir. Təqsirli olan şəxs (şəxslər) barədə məlumat bölməsində Chevrolet Malibu minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi – “X12” MMC, hadisə baş verdiyi anda sürücü – Cavabdeh3, zərərçəkən şəxs (şəxslər) bölməsində isə Honda İnsight (hibrid) minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi – X2, hadisə baş verdiyi anda sürücü – X6; Mitsubishi Lancer minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi – X1, hadisə baş verdiyi anda sürücü – X3; Mercedes Benz E200 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçi – "xxxx" MMC, hadisə baş verdiyi anda sürücü – X4 yazılmışdır.
10. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Chevrolet Malibu minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin maddəyə əsasən 60 manat məbləğində cərimə edilmişdir.
11. "xxxx" ASC-nin zərərin hesablanması aktından görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri cəmi 10020 manat təşkil edir.
12. PXA142772 nömrəli sığorta aktından görünür ki, sığortalı Chevrolet Malibu minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Honda İnsight (hibrid) minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı; Mitsubishi Lancer minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı; Mercedes Benz E200 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, Honda İnsight (hibrid) minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 4525 manat, sığorta ödənişinin məbləği 1418,94 manat təşkil edir.
13. PXA142773 nömrəli sığorta aktından görünür ki, sığortalı Chevrolet Malibu minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Honda İnsight (hibrid) minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı; Mitsubishi Lancer minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı; Mercedes Benz E200 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, Mitsubishi Lancer minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 1400 manat, sığorta ödənişinin məbləği 439,01 manat təşkil edir.
14. PXA142774 nömrəli sığorta aktından görünür ki, sığortalı Chevrolet Malibu minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Honda İnsight (hibrid) minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı; Mitsubishi Lancer minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı; Mercedes Benz E200 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, Mercedes Benz E200 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 10020 manat, sığorta ödənişinin məbləği 1367,88 manat təşkil edir.
15. PXA144151 nömrəli sığorta aktından görünür ki, sığortalı Chevrolet Malibu minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Honda İnsight (hibrid) minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı; Mitsubishi Lancer minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı; Mercedes Benz E200 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, Mercedes Benz E200 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 10020 manat, sığorta ödənişinin məbləği 1774,17 manat təşkil edir.
16. xx.xx.2023-cü il tarixli, CM 337/23 nömrəli sığorta aktından görünür ki, sığortalı Mercedes Benz E200 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Chevrolet Malibu minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 10020 manat, çıxılmış şərti azadolma məbləği 300 manat və sığorta ödənişinin məbləği 5957,84 manat təşkil edir.
17. "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxslər arasında bölüşdürülməsi cədvəlindən görünür ki, zərər 1 – 5657,84 manat, zərər 2 – 4362,16 manat, zərər 3 – 1400 manat, zərər 4 – 4525 manat olmaqla, cəmi 15945 manat təşkil edir. Sığorta məbləğində paylar zərər 1 – 35,48%, zərər 2 – 27,36%, zərər 3 – 8,78%, zərər 4 – 28,38% müəyyən edilmiş və müvafiq olaraq zərər 1 – 1774,17 manat, zərər 2 – 1367,88 manat, zərər 3 – 439,01 manat, zərər 4 – 1418,94 manat ödəniş edilmişdir.
18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0016433 nömrəli ödəniş tapşırığından görünür ki, Mercedes Benz E200 minik markalı, **-PD-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsinə görə "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 5657,84 manat məbləğində ödəniş edilmişdir.
19. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0017552 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının hesabına 70 manat məbləğində ödəniş edilmişdir.
20. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-ci il tarixli, BS-S-23/1851 nömrəli pretenziya məktubundan görünür ki, 3883,67 manat vəsaitin 5 (beş) gün müddətində "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli, 9/1292 saylı ekspert rəyində qeyd olunur ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes E200” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9070 manat müəyyən edilir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
25. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “X12” MMC-yə məxsus, daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 sahibliyində olan Cavabdeh3 istifadəsinə verilmiş və sonuncunun idarə etdiyi “Chevrolet Malibu” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Mercedes E200” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes E200” markalı, **-PD-*** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin sığortalanmış hissəsindən (59.46%) 300 (üç yüz) manat azadolma məbləği çıxılmaqla, iddiaçı tərəfindən mütənasiblik qaydasında 5657,84 manat məbləğində (10020/100*59.46=5957,8-300=5657,84) sığorta ödənişi həyata keçirilmişdir. “Xalq Sığorta “ASC-nin üçüncü şəxslər qarşısında əmlaka vurulmuş zərərlə bağlı bir hadisə üzrə öhdəlik həddi olan 5000 (beş min) manat məbləğində sığorta ödənişi zərər çəkmiş şəxslər arasında bölünmüşdür: 1) “Mitsubishi Lancer” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1400 (bir min dörd yüz) manat zərər məbləğinə görə sığorta məbləğinin 8.78% olmaqla 439,01 manat; 2) “Honda İnsight” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4525 manat zərər məbləğinə görə sığorta məbləğinin 28,38% olmaqla 1418,94 manat; 3) “Mercedes Benz E200” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 10020 manat zərər məbləğinə görə Cəmiyyət tərəfindən ödənilmiş 5657,84 manat məbləğində sığorta ödənişinə görə sığorta məbləğinin 35.48% olmaqla 1774,17 manat; zərər məbləğinin Cəmiyyət tərəfindən ödənilməmiş və "xxxx" MMC-nin (mülkiyyətçi) üzərində qalmış 4362,16 manat zərər məbləğinə görə sığorta məbləğinin 27.36% olmaqla, 1367,88 manat. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh3 yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin 1774,17 manat məbləğində olan hissəsi mütənasiblik qaydasında “Chevrolet Malibu” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən iddiaçının hesabına köçürülmüşdür. İddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin 3883,67 manat məbləğində olan hissəsi isə (5657,84- 1774,17=3883,67) ödənilmədən qalmışdır.
26. İddia tələbi ödənilməmiş qalan 3883,67 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasından ibarətdir.
27. Məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, sığorta ödənişini vermiş iddiaçı həmin məbləğin ödənilməsini subroqasiya qaydasında tələb etmək hüququna malikdir. Ona görə də məhkıəmə sığorta ödənişini vermiş iddiaçının həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh3 3318,85 manat (üç min üç yüz on səkkiz manat səksən beş) məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia Cavabdeh1 və Cavabdeh2nə münasibətdə isə təmin edilməməlidir.
28. Məhkəmə belə qənaətə gələrkən ilk növbədə onu nəzərə almışdır ki, iddiaçı hazırkı iddia tələbində sığorta ödənişini hesablayan zaman avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanı "xxxx" ASC tərəfindən tərtib olunan zərərin hesablanması aktına əsasən 10020 manat məbləğində götürmüş və müvafiq olaraq ödənilməli məbləği 3883,67 manat (10020/100*59.46=5957,8-300=5657,84- 1774,17=3883,67) müəyyən etmişdir (iddia ərizəsində belə göstərilir). Mercedes E200” markalı, **-PD-*** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin müəyyən edilməsindən ötrü məhkəmə tərəfindən hazırkı iş üzrə ekspertiza təyin olunmuş və rəy verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli, 9/1292 saylı ekspert rəyindən göründüyü kimi, 2014-cü il buraxılışlı “Mercedes E200” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9070 manat müəyyən edilmişdir. Ona görə də dəymiş ziyan 9070 manat təşkil etdiyinə görə iddiaçıya ödənilməli olan məbləğ 3318,85 manat (9070/100*59.46=5393,022-300=5093,022- 1774,17=3318,852~3318,85) təşkil edir.
29. Həmçinin işin faktiki hallarından göründüyü kimi, sığorta hadisəsi baş verən zaman Chevrolet Malibu minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 olmuş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İXM-in 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş, yəni əmlaka zərərin vurulması Cavabdeh3 təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Ona görə də faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya onun verdiyi sığorta ödənişi məbləğində keçdiyindən, məsuliyyət daşımalı olan şəxs Cavabdeh3 olduğundan iddia tələbi ona münasibətdə təmin edilməli, Cavabdeh3 3318,85 manat (üç min üç yüz on səkkiz manat səksən beş) pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia digər cavabdehlərə münasibətdə təmin olunmamalıdır.
30. Eləcə də, iddiaçı 60 manat mediasiya xərci, 10 manat poçt xərci və 0,4 (qırx qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin əvəzi olaraq 59,80 manat (əlli doqquz manat səksən qəpik) məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də qeyd olunmalıdır ki, iddiaçının hazırkı tələblə bağlı ödəməli olduğu dövlət rüsumunun məbləği 58,84 manat təşkil etmiş və iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya və 10 manat poçt xərci ödənilmişdir
32. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 42,70 manat hissəsi Cavabdeh3, 7,30 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 3318,85 manat (üç min üç yüz on səkkiz manat səksən beş) pul, ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 59,80 manat (əlli doqquz manat səksən qəpik) olmaqla, cəmi 3378,65 manat (üç min üç yüz yetmiş səkkiz manat altmış beş qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 42,70 manat hissəsi Cavabdeh3, 7,30 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova