Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4850/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 02/2022 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış borca görə 11251,78 manat (on bir min iki yüz əlli bir manat yetmiş səkkiz qəpik), həmin pulu qanunsuz saxlamasına görə 562,59 manat (beş yüz altmış iki manat əlli doqquz qəpik), hüquqi yardım göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 1000 (min) manat və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 201,69 manat (iki yüz bir manat altmış doqquz qəpik) olmaqla, cəmi 13016,06 manat (on üç min on altı manat altı qəpik) məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02/2022 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı alıcı Cavabdeh MMC-yə avtomobil təkərləri, diskləri, akkumulyatoru və avtomobil yağları satmağı, alıcı isə həmin mallara görə müqavilə ilə müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə satıcıya ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq alıcıya xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 175778 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 168562 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 847144 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 997925 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 995810 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 083717 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 208405 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 245305 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 247097 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 603367 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 645290 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 715632 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 789222 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 888217 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 011633 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 094540 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 196368 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 154512 nömrəli və xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 428896 nömrəli elektron qaimələr üzrə 16763,82 manat dəyərində müxtəlif növ mal satılmışdır. Lakin alıcı müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və sözügedən elektron qaimələr üzrə aldığı məhsulların dəyərini ödəməmişdir. Bildirilir ki, həm yuxarıda sadalanan elektron qaimələr, həm də ödənişlər aparılmış əvvəlki qaimələr əsasında satılan malların geri qaytarılan hissəsi nəzərə alınmaqla, hazırda cavabdehin iddiaçıya ödənilməmiş 11251,78 manat borcu yaranmışdır. Bu borcun ödənilməsi üçün cavabdehə edilmiş şifahi və yazılı xəbərdarlıqlar nəticəsiz qalmış, o cümlədən iddiaçının mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsi ilə həll edilməsi cəhdi cavabdehin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən uğursuz olmuşdur. Buna görə də İddiaçı bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, iddiaçı hüquqlarının məhkəməyə qədər və məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq vəkillə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 1000 manat məbləğində pul ödənilmişdir. Vəkil tərəfindən iddiaçıya hüquqi məsləhətlər verilmiş, mübahisənin məhkəmədənkənar qaydada – mediasiya vasitəsi ilə həll edilməsi üçün müvafiq tədbirlər görülmüş, bu tədbirlər nəticə vermədiyinə görə isə iddia ərizəsi və müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə tərtib edilərək, məhkəməyə təqdim edilmiş, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. Hesab edilir ki, iddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar qonorar olaraq vəkilə ödənilmiş 1000 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə İddiaçı ödədiyi 201,69 manat mediasiya xərcinə görə pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 445.7, 567-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İddiaçıya məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyəni bildirmiş, eləcə də məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktlarında malları təhvil alan şəxslərin şəxsiyyətini və səlahiyyətini təsdiq etmək mümkün deyildir. Elektron qaimələrin göndərilməsi isə malların təhvil verilməsini təsdiq etmir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022ci il tarixli, 02/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (hesab-faktura, e-qaimə, qiymət razılaşma protokolları və s.) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik avtomobil təkərləri, diskləri, akkumulyator və avtomobil yağlarını yararlı halda alıcının mülkiyyətinə təmin etməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən (hesab-faktura, e-qaimə, qiymət razılaşma protokolları və s.) müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, satıcı razılaşdırılmış malları alıcıya təhvil-təslim aktı əsasında satıcının öz qüvvə və vəsaiti hesabına öncədən razılaşdırılmış tarixdə alıcının yerləşdiyi ünvanda təhvil veriləcəkdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən satıcı alıcıya bu müqavilənin 5-ci maddəsi ilə müəyyənləşdirilən kəmiyyət, keyfiyyət və komplektlilik tələblərinə cavab verən mal verir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı malın ləvazimatlarını və ona aid sənədləri (texniki pasport, keyfiyyət sertifikatı, istismar təlimatı və s.) malın təhvil verilməsi ilə bir vaxtda alıcıya təqdim edir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən malların adı, sayı, çeşidi, növü və dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində göstəriləcəkdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən mal (mallar) təhvil verilərkən keyfiyyətsiz olduqda, qüsurlu olduqda, razılaşdırılmış şərtlərdən fərqli şərtlərlə təqdim edildikdə alıcı malı təhvil almaqdan imtina edə bilər. Mal (mallar) keyfiyyətsiz və qüsurlu olduqda satıcı malları yenisi ilə dəyişməlidir. Aparılan yoxlamalar zamanı aşkar edilmiş qüsurlar hər iki tərəfin birgə tərtib edəcəyi və imzalayacağı qüsur aktında əks olunur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (hesab-faktura, e-qaimə, qiymət razılaşma protokolları və s.) göstərilir. Bu müqavilə üzrə bütün ödəmələr Azərbaycan Respublikasının milli valyutası - manatla aparılır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə əsasında hər bir sifariş üzrə ödənişlər, mallar alıcıya tam təhvil verildikdən sonra tərəflər arasında təsdiqlənən müvafiq təhvil-təslim aktı və satıcı tərəfindən ödəniş sənədləri (hesab-faktura, e-qaimə və s.) təqdim olunduğu gündən başlayaraq 10 (on) iş günündən gec olmamaqla həftənin çərşənbə günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissələri sayılan əlavələrlə (qiymət razılaşma protokolları və s.) başqa ödəniş şərtləri də nəzərdə tutula bilər. Bu halda müqavilə ilə X1 şərtləri arasında ziddiyyət yaranarsa, X1 şərtləri üstün hüquqi qüvvəyə malik sayılacaqdır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən satıcı üzərinə götürdüyü öhdəlikləri tam və lazımınca yerinə yetirmədikdə, habelə müqaviləyə hər hansı bir səbəbdən vaxtından əvvəl xitam verildikdə alıcı tərəfindən artıq ödənilmiş məbləği ona geri qaytarmağa borcludur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən malların qiymətinə hər hansı əlavə və dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə əlavə razılaşma bağlamaqla hüquqi qüvvəyə minir.
8. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 175778 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 653,76 manat (ƏDV daxil) təşkil edir.
9. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 168562 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 944,36 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 847144 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 466,40 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 995810 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 334,40 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 997925 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 551,12 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 083717 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1992,88 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 208405 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1717,78 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 245305 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 667,28 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 247097 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 680,20 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 603367 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2015,04 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 645290 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 757,80 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 715632 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 248,40 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 789222 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 823,92 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 888217 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 795,18 manat (ƏDV daxil) təşkil edir.
22. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 011633 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 281,60 manat (ƏDV daxil) təşkil edir.
23. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 094540 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 862,40 manat (ƏDV daxil) təşkil edir.
24. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 154512 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1571,94 manat (ƏDV daxil) təşkil edir.
25. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 196368 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 281,60 manat (ƏDV daxil) təşkil edir.
26. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 428896 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1117,76 manat (ƏDV daxil) təşkil edir.
27. İddiaçı tərəfindən iş materiallarına qeyd edilən elektron qaimələrin əsasında dayanan hesab-fakturalar əlavə edilmişdir.
26. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 211OPXO232490621 nömrəli ödəmə tapşırığından müəyyən edilir ki, İddiaçı tərəfindən Vəkil AZ15AİİB410400C**********103 nömrəli hesabına 1000 manat məbləğində ödəniş edilmişdir.
27. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 211OPXO232270647 nömrəli ödəmə tapşırığından müəyyən edilir ki, İddiaçı tərəfindən Bakı 15 saylı Mediasiya Təşkilatının AZ51HAJCHCRAZN**********9001 nömrəli hesabına 201,69 manat məbləğində ödəniş edilmişdir.
28. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02/2022 saylı alqı-satqı müqaviləsini birtəfəli qaydada ləğv edərək, həmin müqavilə üzrə yaranmış 11251,78 (on bir min iki yüz əlli bir manat yetmiş səkkiz qəpik) manat borcun ən qısa zamanda ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
29. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
32. İddia tələbinin bir hissəsini cavabdehdən 11251,78 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.
33. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdehndən xx.xx.2022-ci il tarixli, 02/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 11251,78 manat (on bir min iki yüz əlli bir manat yetmiş səkkiz qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş elektron qaimələr və hesab-fakturalarla öz təsdiqini tapır. Eyni zamanda qeyd olunmalıdır ki, elektron qaimələr və hesab-fakturalarda olan mal satışı ilə bağlı məbləğlər, qaimələrin nömrələri və tarixlər üst-üstə düşür və bir-birinə uyğundur. Bu baxımdan məhkəmə cavabdehin etirazını əsassız sayır.
34. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 562,59 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.
35. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 562,59 manat (beş yüz altmış iki manat əlli doqquz qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
36. Eləcə də, iddiaçı 1000 manat hüquqi yardım xərci (ödəmə ilə bağlı sübut təqdim olunmuşdir) və 201,69 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
37. Məhkəmə qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən ağlabatan məbləğ olaraq 350 (üç yüz əlli) manat və mediasiyaya görə 201,69 manat (iki yüz bir manat altmış doqquz qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli, 02/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 11251,78 manat (on bir min iki yüz əlli bir manat yetmiş səkkiz qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 562,59 manat (beş yüz altmış iki manat əlli doqquz qəpik) məbləğ, 201,69 manat (iki yüz bir manat altmış doqquz qəpik) mediasiya xərci və 350 (üç yüz əlli) manat hüquqi yardım xərci olmaqla, cəmi 12366,06 manat (on iki min üç yüz altmış altı manat altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova