Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4852/2023 12.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış müqavilənin ləğv edilməsi, müqavilə üzrə icra edilməyən öhdəlik ƏDV daxil ******* (bir milyon doxsan ikimin yeddi yüz on səkkiz) manat pul, məhkəmə xərcləri və mediasiya rüsumlarının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı və Cavabdeh arasında 3008/22 saylı, 30 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Cavabdeh MMC müqavilə müddəti ərzində metal tullantılarını İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə həmin malları qəbul edib, əvəzində qiymətini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında ******* manat əsas, 735352,56 manat ƏDV məbləği ödənildiyi halda, Cavabdeh MMC tərəfindən 3159260,44 manat əsas, 568666,95 manat ƏDV məbləği dəyərində elektron qaimə təqdim olunmuşdur. Nəticədə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 926032 (doqquz yüz iyirmi altı min otuz iki) manat əsas, 166686 (yüz altmış altı min altı yüz səksən altı) manat ƏDV olmaqla, cəmi ******* (bir milyon doxsan iki min yeddi yüz on səkkiz) manat məbləğ dəyərində elektron qaimə təqdim olunmamışdır. Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq, müqavilə öhdəliklərini icra etməmişdir. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən müqavilə üzrə icra edilməyən öhdəlik olan ƏDV daxil ******* (bir milyon doxsan ikimin yeddi yüz on səkkiz) manat pulun, məhkəmə xərclərinin və mediasiya rüsumlarının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, iddia tələbində göstərilən məbləğ cavabdehə ödənilsə də, cavabdeh tərəfindən həmin məbləğdə metal qırıntıları iddiaçıya təhvil verilməmişdir, iddia tələbini müdafiə edir və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində Cavabdeh MMC ilə alıcı qismində İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə 3008/22 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı müqavilə müddəti ərzində metal tullantılarını alıcıya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı isə satıcı tərəfindən verilən malı qəbul edib, əvəzində malın haqqını təqdim edilən elektron qaiməyə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin ümumi məbləği müqavilə müddəti ərzində təhvil verilən metal tullantılarının çeşidlərinə uyğun 1.2-ci bəndə uygun hesablanan məbləğlərin cəmindən ibarət olacaqdır. Müqavilənin 3.1-ci bəndinə əsasən malın 1 (bir) tonunun qiymətinin çeşidlər üzrə müəyyən edilməsi bu müqavilənin 1.2-ci bəndində göstərilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən satıcıdan qəbul edilmiş malın çəkisi və çeşidi alıcının tərəzisi ilə müəyyən edilən metal tullantılarının alış vərəqəsinə əsasən ödənilir. Metal tullantılarının alıcının tərəzisi ilə təyin edilən miqdarı və çeşidi tərəflər üçün faktiki təhvil verilmiş malın miqdarının, çeşidi və faizinin təyin edilməsinə əsasdır və tərəflər bunu qəbuldan sonra miibahisələndirə bilməz. - xx.xx.2022-ci il tarixli, 36 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-xx.xx.2022 tarix aralığında ******* manat əsas, 735352,56 manat ƏDV məbləği ödənildiyi halda, qeyd olunan şirkətdən 3159260,44 manat əsas, 568666,95 manat ƏDV məbləği dəyərində qaimə təqdim olunmuşdur. Nəticədə 926032 manat əsas, 166686 manat məbləği qədər qaimə təqdim olunmamışdır. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin ödəməli olduğu məbləğ 1180003,72 manat (1000003,15 manat əsasə məbləğ + 180000,57 manat 18% ƏDV) təşkil edir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 005AZ**********7 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ85AZFİ40060AZ**********024 nömrəli hesabına 135000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 005AZ**********8 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ85AZFİ40060AZ**********024 nömrəli hesabına 135000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 005AZ**********8 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ85AZFİ40060AZ**********024 nömrəli hesabına 120000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 005AZ**********7 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ85AZFİ40060AZ**********024 nömrəli hesabına 135000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 005AZ**********3 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ85AZFİ40060AZ**********024 nömrəli hesabına 285000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 005BUDG223090817 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ48CTRE******************** nömrəli hesabına 19000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 005AZ**********2 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ85AZFİ40060AZ**********024 nömrəli hesabına 120000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 005BUDG223150525 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ48CTRE******************** nömrəli hesabına 700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********899994 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMCnin (VÖEN: **********) hesabına 30600 məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********914821 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMCnin (VÖEN: **********) hesabına 24300 məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********923537 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMCnin (VÖEN: **********) hesabına 24300 məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********931532 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMCnin (VÖEN: **********) hesabına 21600 məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********938098 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMCnin (VÖEN: **********) hesabına 24300 məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********942606 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMCnin (VÖEN: **********) hesabına 24300 məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********945280 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMCnin (VÖEN: **********) hesabına 5000 məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********945482 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMCnin (VÖEN: **********) hesabına 3000 məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********954659 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMCnin (VÖEN: **********) hesabına 20900 məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, 3008/22 nömrəli müqavilə qeyd edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 28 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh və İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, qabaqcadan ödəniş məbləğini almış cavabdeh əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyindən iddiaçının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdehndən ƏDV daxil ******* (bir milyon doxsan iki min yeddi yüz on səkkiz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin məbləğdə pulun cavabdehin hesabına ödənilməsi yuxarıda qeyd olunan ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. İddiaçı 400 (dörd yüz) manat mediasiya xərci və 940 (doqquz yüz qırx) manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 940 (doqquz yüz qırx) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən ƏDV daxil ******* (bir milyon doxsan iki min yeddi yüz on səkkiz) manat, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 940 (doqquz yüz qırx) manat olmaqla, ******* (bir milyon doxsan dörd min əlli səkkiz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4852/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4852/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver