Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4857/2025 31.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən - aldığı mallara görə 1.625.860,51 (bir milyon altı yüz iyirmi beş min səkkiz yüz altmış manat əlli bir qəpik) manatın, - cərimə üzrə 162000 (yüz altmış iki min) manatın İddiaçı MMC-nin xeyrinə tutulması, - məhkəməyə ödənilmiş 1684 (bir min altı yüz səksən dörd) manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il tarixə saat 09:30-a və xx.xx.2025ci il tarixə saat 11:10-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddiaçının nümayəndəsinin məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iş məhkəmənin icraatına xx.xx.2025ci ildə daxil olmuşdur. İlkin iclas sübutların toplanması ilə bağlı təxirə salınmışdır. Bu dəfə isə iddiaçı tərəf 13-26 avqust tarixlərində ölkədən kənarda olacağını bildirir. Xahiş edir nəzərə alınsın ki, 01-20 avqust tarixlərində o da ölkədən kənarda olacaq. Bu səbəblə işin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfə 2 məhkəmə hazırlıq iclaslarinin yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi heç bir məhkəmə hazırlıq iclasına gəlməmişdir və təxir ərizələr ilə məhkəməyə müraciət etsə də, iclaslarda iştirak etməklərinin üzürlü səbəbdən mümkün olmamasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir (işin məhkəmə icraatına daxil olmasından iki aya yaxın müddət keçmişdir). Azərbaycan Respublikası MPM-nin: - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən NB********** saylı xx.xx.2025-ci il tarixli qəbzə əsasən ödənilmiş 1686,53 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4857/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4857/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver