Məhkəmə qərarları › İş №e-2-2(113)-4871/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4871/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4871/2021 15.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdehndən 47725,33 manat məbləğində əsas borcun, 4573,68 manat məbləğində faiz borcunun, 200 manat nümayəndəlik xərcinin, 400 manat məbləğində mediasiya rüsumunun və 30 manat dövlət rüsumunun Cavabdehndan alınıb İddiaçınə alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 19.11.2018-ci il tarixdə mallar üzrə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən 18.01.2019-cu il tarixdə EAAP seriyalı 295714 №li elektron hesabfaktura ilə 2 adda 15 ədəd ƏDV daxil 31,50 manat dəyərində, EAAP seriyalı 344812 №li elektron hesab-faktura ilə 3 adda 40 ədəd ƏDV daxil 71,25 manat dəyərində, EAAP seriyalı 344848 №li elektron hesab-faktura ilə ƏDV daxil 31.49 manat dəyərində 15.000 ədəd 2 adda, EAAP seriyalı 780343 №li elektron hesab-faktura ilə ƏDV daxil 97.65 manat dəyərində 42.000 ədəd 4 adda, EAAQ seriyalı 149082 №li elektron hesab-faktura ilə ƏDV daxil 84.82 manat dəyərində 48.000 ədəd 1 adda, EAAQ seriyalı 149072 №li elektron hesab-faktura ilə ƏDV daxil 97.20 manat dəyərində 25.000 ədəd 2 adda, EAAQ seriyalı 255315 №li elektron hesab-faktura ilə ƏDV daxil 58.59 manat dəyərində 30.000 ədəd 1 adda, EAAQ seriyalı 255314 №li elektron hesab-faktura ilə ƏDV daxil 58.59 manat dəyərində 30.000 ədəd 1 adda və EAAQ seriyalı 327171 №li elektron hesab-faktura ilə ƏDV daxil 73,84 manat dəyərində 60.000 ədəd 3 adda süd məhsulları cavabdehə satılmışdır. İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq edilmiş 21.11.2019-cu il qarşılıqlı üzləşdirmə aktına əsasən, Cavabehin iddiaçıya borcu ƏDV daxil olmaqla 47725,33 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 19.11.2018-ci il tarixli mallar üzrə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə əsasən, alıcı tərəfindən yazılı, faks və ya e-mail vasitəsi ilə sifariş edilmiş müxtəlif növ məhsulları alıcının anbarına və ya satış nöqtələrinə çatdırılmasını (satılmasını) təşkil edir. 2.2-ci bəndinə əsasən satıcı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında satın alınan məhsulların alıcıya təhvil verilməsini, işləri yerinə yetriməsini öhdəsiə götürür. Göndərilmiş mallar alıcının sifarişinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, satıcı aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 3.3-ci bəndinə əsasən bəndinə əsasən hazırki müqavilədə 1( bir il) müddətində bağlanılır, 19 noyabr 2019-cu il tarixinə qədər qüvvədədir. Lakin müddət bitdikdən sonra bir ay ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin müqavilə bir il müddətinə uzadılmış hesab olunur. 9.1-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər aşağıdakı qaydada həyata keçirəcək. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Satıcının təqdim etdiyi ilə və Alıcı tərəfindən qəbul edilmiş sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında hər ayın 15-də həyata keçiriləcək. Müqavilə üzrə dəqiq (kəsin alım) alım üzrə (anbara daxil ediləcək) həyata keçirilmiş alqı-satqı üzrə ödənişlər hər ayın 15-də həyata keçiriləcək. Anbara daxil edilmədən bir başa satış dəzgahına düzülərək satılan məhsulun dəyəri məhsul satdıqdan sonra 15 gün ərzində satıcıya ödənəcək. Bu satış üzrə malın oğurlanması (itirilməsi) və məhv olması halında Alıcı məsuliyyət daşımır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 31,50 manat dəyərində 15.000 ədəd malın verilməsinə dair 18.01.2019-cu il tarixli, EAAP seriyalı, 295714 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 71,25 manat dəyərində 40.000 ədəd malın verilməsinə dair 21.01.2019-cu il tarixli, EAAP seriyalı, 344812 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 31,49 manat dəyərində 15.000 ədəd malın verilməsinə dair 21.01.2019-cu il tarixli, EAAP seriyalı, 344848 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 97,65 manat dəyərində 42.000 ədəd malın verilməsinə dair 31.01.2019-cu il tarixli, EAAP seriyalı, 780343 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 84,82 manat dəyərində 48.000 ədəd malın verilməsinə dair 08.02.2019-cu il tarixli, EAAQ seriyalı, 149082 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 97,20 manat dəyərində 25.000 ədəd malın verilməsinə dair 08.02.2019-cu il tarixli, EAAQ seriyalı, 149072 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 58,59 manat dəyərində 30.000 ədəd malın verilməsinə dair 12.02.2019-cu il tarixli, EAAQ seriyalı, 255315 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 58,59 manat dəyərində 30.000 ədəd malın verilməsinə dair 12.02.2019-cu il tarixli, EAAQ seriyalı, 255314 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 58,59 manat dəyərində 60.000 ədəd malın verilməsinə dair 13.02.2019-cu il tarixli, EAAQ seriyalı, 327171 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 58,59 manat dəyərində 60.000 ədəd malın verilməsinə dair 13.02.2019-cu il tarixli, EAAQ seriyalı, 327171 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 21.11.2019-cu il tarixli qarşılıqlı üzləşdirmə aktında Cavabdeh MMC-nin İddiaçı MMC-yə 20.11.2019-cu il tarixə əsas məbləğdən 47725,33 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, 47.725,33 manat borcun 5 gün müddətində müqavilədə göstərilən bank hesabına ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19.11.2018-ci il tarixli mallar üzrə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh MMC isə təqdim olunmuş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 47.725,33 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 47.725,33 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən 47.725,33 manat məbləğində pul tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış 4.573,68 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir. Məhkəmə xərclərinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın 400 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərə mütənasib olaraq mediasiya xərcləri 300 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı halda iddiaçınnı çəkdiyi mediasiya xərci dövlət rüsumundan mbləğindən artıq olduğundan iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı halda məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 47.725,33 manat (qırx yeddi min yeddi yüz iyirmi beş manat otuz üç qəpik) məbləğində borc, vəkil xidmətlərinə görə çəkilmiş xərclərin əvəzi olaraq 200 (iki yüz) manat, mediasiya xərclərinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən ********* saylı qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar