Məhkəmə qərarları › İş №e-2-2(113)-4871/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4871/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4871/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə müraciət edərək, 13 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 23600 manat və mediasiya üçün ödənilmiş haqqın əvəzi olaraq 200 manat olmaqla, ümumilikdə ödənilmiş olan 23800 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Nümayəndə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin qanuni təmsilçilərinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiqlənmiş 05 dekabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: - İkinci tərəf ("xxxx" MMC) Saziş imzalandıqdan sonra “05” mart 2023-cü il tarixinə qədər 23600 (iyirmi üç min altı yüz) AZN-i hissə-hissə “05” fevral 2023-cü il tarixindən başlayaraq hər 14 (on dörd) təqvim günündən bir Birinci Tərəfə (İddiaçı MMC) ödəməyi öz öhdəsinə götürür. İkinci Tərəf xx.xx.2023-cü il tarixində borc məbləğinin 35%-ni (otuz beş faizini), yəni 8260 (səkkiz min iki yüz altmış) AZN-i, xx.xx.2023-cü il tarixində borc məbləğinin 35%-ni (otuz beş faizini), yəni 8260 (səkkiz min iki yüz altmış) AZN-i, xx.xx.2023-cü il tarixində isə borc məbləğinin 30%-ni (otuz faizini), yəni 7080 (yeddi min səksən) AZN-i Birinci Tərəfə ödəyəcəkdir. - Tərəflər Sazişi könüllü icra ediləcəkdir. İkinci Tərəf ödənişləri 5 (beş) iş günündən artıq gecikdirdiyi təqdirdə X4 məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. X3 icrası ilə əlaqədar məlikəmə və ya notariusa müraciət etməsi üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri İkinci tərəf ona ödəməlidir. - Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. "xxxx" MMC (bundan sonra İkinci Tərəf) Saziş imzalandıqdan sonra “05” mart 2023-cü il tarixinə qədər 23600 (iyirmi üç min altı yüz) AZN-i hissə-hissə “05” fevral 2023cü il tarixindən başlayaraq hər 14 (on dörd) təqvim günündən bir İddiaçı MMC (bundan sonra Birinci Tərəf) ödəməyi öz öhdəsinə götürür. İkinci Tərəf xx.xx.2023-cü il tarixində borc məbləğinin 35%-ni (otuz beş faizini), yəni 8260 (səkkiz min iki yüz altmış) AZN-i, xx.xx.2023-cü il tarixində borc məbləğinin 35%-ni (otuz beş faizini), yəni 8260 (səkkiz min iki yüz altmış) AZN-i, xx.xx.2023-cü il tarixində isə borc məbləğinin 30%-ni (otuz faizini), yəni 7080 (yeddi min səksən) AZN-i Birinci Tərəfə ödəyəcəkdir.

2. Tərəflər Sazişi könüllü icra edəcəkdir. İkinci Tərəf ödənişləri 5 (beş) iş günündən artıq gecikdirdiyi təqdirdə X4 məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. X3 icrası ilə əlaqədar məlikəmə və ya notariusa müraciət etməsi üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri İkinci tərəf ona ödəməlidir.

3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar