Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4874/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 25065,76 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5293,33 manat, İşsizlikdən sığorta fonduna olan 225,9 manat, İcbari Tibbi Sığorta Fonduna olan 904,12 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 25065,76 manat məbləğində (o cümlədən, vergilər üzrə 19465,1 manat, faizlər üzrə 5480,66 manat, maliyyə sanksiyası üzrə 120 manat) , İcbari Tibbi Sığorta Fonduna 904,12 manat, İşsizlikdən sığorta fonduna 225,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 5293,33 manat olmaqla, ümumilikdə 31489,11 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********977600, xx.xx.2024-cü il tarixli **********796400, xx.xx.2024-cü il tarixli **********798800, xx.xx.2024-cü il tarixli **********797100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 35, mənzil 33 ünvanında yaşayır.
3. xx.xx.2025-ci il tarixdə maraqlı şəxs məhkəməyə etiraz ərizəsi təqdim etmiş, etirazı onunla əsaslandırılmışdır ki, göstərilən “əsas vergi borcu” müəssisə tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edildikdən sonra xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Müəssisə tərəfindən xx.xx.2024-cü il tarixində Elektron kabinet vasitəsilə “obyektin ləğv edilməsi ilə bağlı ərizə” verilmiş, faktiki fəaliyyət həmin dövrdə tamamilə dayandırılmışdır. Bundan əlavə, xx.xx.2025-ci il tarixində “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” ilə bağlı Elektron kabinet vasitəsilə aidiyyəti üzrə ərizə təqdim olunmuşdur. Müəssisənin fəaliyyət göstərdiyi dövrdə, bir sıra subicarəçilərin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbilə Cəmiyyət maliyyə baxımından ciddi çətinliklərlə üzləşmişdir. Həmin borclularla bağlı görülən hüquqi tədbirlər nəticəsində məhkəmə orqanları “X4” MMC-nin xeyrinə qətnamə qəbul etmiş, bu qətnamə vergi orqanının nümayəndəsinə həmin dövrdə təqdim edilmiş, eyni zamanda müəssisənin baş mühasibi X1 Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsindən cağırışına cavab olaraq ora yaxınlaşmış və məlumat vermişdir ki, müəssisə öhdəliklərini yerinə yetirilməsi üçün qətnaməyə əsasən borclunun öhdəliyini yerinə yetirməsini gözləməkdədir. Lakin sonradan əmlakın yeni mülkiyyətçisi tərəfindən eyni borcluların onların fəaliyyətinə yaratdığı problemlər səbəbindən Cəmiyyətə edilən müraciətini nəzərə alaraq, işə xitam verilməsi üçün 2025-ci ilin fevral ayında “X4” MMC və həmin borclular arasında barışıq sənədi imzalanmış və müəssisə məcbur qalaraq borcun ödənilməsi iddiasından imtina etmişdir. Nəticədə, müəssisə ödəniş qabiliyyətini ciddi şəkildə itirmişdir. Bütün çətinliklərə baxmayaraq, müəssisənin təsisçisi tərəfindən vergi orqanının bildirişlərinə əsasən borc öhdəliyi yerinə yetirilmişdir. Qalıq faiz borcu ilə bağlı ödənişlər də qısa müddət ərzində həyata keçiriləcəkdir. Borcun əsas hissəsinin artıq ödənildiyini nəzərə alınaraq, faiz tələbinin fəaliyyətin dayandığı tarixdən sonrakı hissəsinin əsassız hesab edilməsi, müəssisənin çətin maliyyə şəraiti və hüquqi mübahisələr nəticəsində yaranmış gecikmənin əsaslı səbəb kimi qəbul edilməsinə, və qalıq faiz borcunun könüllü şəkildə ödəniləcəyi nəzərə alınaraq iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmişdir, ərizəçi ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-in 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
8. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:
9. “X4” MMC-nin xx.xx.2025-ci il tarixə təqdim edilən şəxsi hesab vərəqəsindən görünür ki, cəmi ödənilməli borc 9693.99 manat təşkil edir.
10. “X4” MMC-nin xx.xx.2025-ci il tarixə təqdim edilən şəxsi hesab vərəqəsindən görünür ki, cəmi ödənilməli borc 9693.99 manat təşkil edir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən “X4” MMC-yə ünvanlanan vergi borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********9 nömrəli bildirişdən görünür ki, vergilər üzrə 23649.10 manat, maliyyə sanksiyaları üzrə 120 manat, faizlər üzrə 5173.24 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən “X4” MMC-yə ünvanlanan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2024cü il tarixli **********3 nömrəli bildirişdən görünür ki, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 5168,47 manat, faizlər üzrə 261,07 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən “X4” MMC-yə ünvanlanan icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli **********5 nömrəli bildirişdən görünür ki, vergilər üzrə 830.23 manat, faizlər üzrə 73.89 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən “X4” MMC-yə ünvanlanan işsizlikdə sığorta haqı üzrə borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli **********7 nömrəli bildirişdən görünür ki, işsizlikdən sığorta haqqı üzrə 210,36 manat, faizlər üzrə 23,53 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
15. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən 10040 manat ƏDV, xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən 177 manat məbləğində işləyənlərin əməkhaqlarından hesablanan işsizlikdən sığorta haqqı ödənişi, xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən 200 manat məbləğində işəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı ödənişi, xx.xx.2025-ci il tarixli 8665 saylı ödəniş qəbzinə əsasən 750 manat məbləğində digər işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı ödənişi, xx.xx.2025-ci il tarixli 18888 saylı ödəniş qəbzinə əsasən 750 manat məbləğində digər işəgötürülənlərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı ödənişi, xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə 120 manat məbləğində ƏDV üzrə maliyyə sankiyalarından daxilolmalar ödənişi, xx.xx.2025-ci il tarixli 10935 saylı ödəniş qəbzinə əsasən 9400 manat məbləğində ödənişi ödənilmişdir. Əlavə olaraq xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən 600 manat məbləğində sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxil olmalara dair ödənişi, eyni tarixli ********** saylı ödəniş qəbzinə əsasən 100 manat məbləğində işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə fazilərin hesablanmasından daxil olmalar üzrə ödənişi, eyni tarixli ********** nömrəli qəbzə əsasən 400 manat məbləğində ƏDV ödənişi, eyni tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən isə 349 manat məbləğində icbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə fazilərin hesablanmasından daxilolmalara dair ödənişi vergi ödəyici tərəfindən həyata keçirilmişdir.
16. xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlərə əsasən maraqlı şəxs tərəfindən 84 və 4100 manat məbləğində ƏDV ödənişləri həyata keçirilmişdir.
17. İş materiallarından görünür ki, maraqlı şəxs ərizəçiyə ərizə ünvanlayaraq, ərizənin 3-cü bölməsində göstərilən vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların ləğvi barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edildiyini bildirmiş, bu qərara əsasən fəaliyyətinin ləğv tarixini göstərmişdir.
18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqi şəxsin fəaliyyətinin dayandırılması arayışına əsasən “X4” MMC-nin xx.xx.2025-ci il tarixindən xx.xx.2029-cu il tarixinə kimi fəaliyyəti dayandırılmışdır.
19. “X4” MMC-nin xx.xx.2025-ci il tarixli, 07 saylı məlumat cədvəlinə əsasən tərəfindən 31850 manat məbləğində vergi ödənişləri həyata keçirilmişdir.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış vergi ödəyicisinin ərizəsinə əsasən icarə müqailəsinin xitam verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində fəaliyyətinin ləğv edildiyi qeyd olunmuşdur.
21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixə ödənilməli vergi borcu (VÖEN: **********) 53,12 manat təşkil edir.
22. Məhkəmə ilkin olaraq qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta fonduna və icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.
23. Belə ki, hazırkı işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir.
24. Məhkəmə tərəfindən müəyyən edildi ki, vergi ödəyicisi olan “X4” MMC öz öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergi borcu, o cümlədən DSMF-yə, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borc məbləğlərinin ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən fiziki şəxsə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi tələb edilmişdir. 25.Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, məhkəmə icraatının gedişində Maraqlı şəxs hesablanmış vergi borcu üzrə ödənişi həyata keçirərək bunu təsdiq edən sənədləri (qəbzləri) məhkəməyə təqdim etmişdir. Belə ki, ərizəçinin tələbində göstərdiyi məbləğ dövlət büdcəsi üzrə 25065,76 manat, Dövlət Sosial Müdafiə Fondu üzrə 5293,33 manat, İşsizlikdən sığorta fondu üzrə 225,9 manat, İcbari Tibbi Sığorta Fondu üzrə 904,12 manat olmaqla, ümumilikdə 31489 manat təşkil edir. Məhkəməyə təqdim edilən ödəniş cədvəlindən və qəbzlərdən isə görünür ki, maraqlı şəxs tərəfindən ümumilikdə 31850 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcu tam ödəmişdir. Əlavə olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixə ödənilməli vergi borcu (VÖEN: **********) 53,12 manat təşkil etmişdir.
26. Azərbaycan Respublikasının Konstitusiyanın: 15-ci maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan dövləti iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 59-cu maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. 71-ci maddəsinin İİ hissəsinə əsasən, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
27. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci bəndinə əsasən, mülkiyyət və təşkilati hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericiliyində sahibkarlığın inkişafına və fəaliyyətinin dövlət tərəfindən müdafiə olunmasına xüsusi diqqət yetirilir.
29. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.
30. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
31. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 6.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
33. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
34. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.
35. Məhkəmə maraqlı şəxsin vergi orqanının bildirişlərinə biganə qalmayaraq müvafiq fondlara olan borcları tam ödəməsini, qalıq vergi borcu məbləğinin cüzi həcmdə olmasını, vergi orqanı tərəfindən borcun alınması üçün görülmüş digər tədbirlər və onların nəticəsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir. Odur ki, ərizə əsassız olduğundan rədd edilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov