Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4875/2021 14.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8844,87 manat əsas borc, 473,67 manat faiz borcu, 200 manat nümayəndəlik xərci, 100 manat mediasiya rüsumu və 30 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçı Məhdud Məhdud Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) ilə cavabdeh X6 (VÖEN **********) arasında 18.10.2018-ci il tarixdə F/İ 0208 saylı alqı-satqı müqaviləsi (bundan sonra müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən 19.10.2018-ci il tarixdə EAAM seriyalı 958027 №-li elektron hesab faktura ilə 8 adda ƏDV daxil 5522,80 manat dəyərində, 23.01.2019-cu il tarixdə EAAP seriyalı 451018 №-li elektron hesab faktura ilə 8 adda ƏDV daxil 1544,92 manat dəyərində, 19.02.2019-cu il tarixdə EAAQ seriyalı 553034 №-li elektron hesab faktura ilə 1 adda ƏDV daxil 436,51 manat dəyərində, EAAQ seriyalı 661473 №-li elektron hesab faktura ilə 2 adda ƏDV daxil 614,12 manat dəyərində, 05.03.2019-cu il tarixdə HCO seriyalı 070401 №-li malların təhvil-qəbul aktı ilə ƏDV daxil 1348,30 manat dəyərində, 14.03.2019-cu il tarixdə HCO seriyalı 073119 №-li malların təhvil-qəbul aktı ilə ƏDV daxil 1047,60 manat dəyərində süd məhsulları cavabdeh X1. 31.07.2020-ci il tarixdə İddiaçı MMC cavabdeh X5 arasında imzalanmış üzləşdirmə aktından görünür ki, X3 İddiaçı MMC-yə 8844,87 (səkkiz min səkkiz yüz qırx dörd) manat borcu qalmışdır. İddiaçı və cavabdeh arasında üzləşdirmənin keçirildiyi 31.07.2020-ci il tarixdən hazırkı vaxtadək Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq cavabdeh tərəfindən gecikdirilən ödənişin qarşılığında 473,67 (dörd yüz yetmiş üç) manat faiz borcu ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində X5 arasında 18.10.2018-ci il tarixli, F/İ 0208 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan malı alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı malın tam dəyərini sifariş verilmiş malları qəbul etdikdən sonra 30 (otuz) bank günü ərzində ödəyir. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən alıcı sifariş verdiyi malın dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdən gec ödəyərsə gecikdirilmiş hər gün üçün sifariş məbləğinin 0,1%-i miqdarında satıcıya cərimə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə üzrə hesablaşma hesab-fakturaya əsasən bank köçürməsi yolu ilə aparılır. - 19.10.2018-ci il tarixli, EAAM seriyalı, 958027 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən X4 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5522,80 (ƏDV daxil) manat təşkil edir. - 23.01.2019-cu il tarixli, EAAP seriyalı, 451018 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən X4 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1544,92 (ƏDV daxil) manat təşkil edir. - 19.02.2019-cu il tarixli, EAAQ seriyalı, 553034 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən X4 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 436,51 (ƏDV daxil) manat təşkil edir. - 21.02.2019-cu il tarixli, EAAQ seriyalı, 661473 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən X4 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 614,12 (ƏDV daxil) manat təşkil edir. - 30.04.2021-ci il tarixli, EBBB seriyalı, 043871 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən X4 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 200 manat təşkil edir. - 05.03.2019-cu il tarixli, HCO seriyalı, 070401 nömrəli malların təhvil-qəbul aktından görünür ki, cavabdeh X5 iddiaçı tərəfindən ona təqdim edilmiş cəmi məbləği 1348,30 manat təşkil edən malları qəbul etmiş, qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - 14.03.2019-cu il tarixli, HCO seriyalı, 073119 nömrəli malların təhvil-qəbul aktından görünür ki, cavabdeh X5 iddiaçı tərəfindən ona təqdim edilmiş cəmi məbləği 1047,60 manat təşkil edən malları qəbul etmiş, qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - 31.07.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, cavabdeh X5 iddiaçı tərəfindən ona təqdim edilmiş malları qəbul etmiş, hazırkı vaxta cavabdehə ödənilməmiş 8844,87 manat borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən X4 ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh X5 arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini cavabdeh X2 8844,87 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 8844,87 (səkkiz min səkkiz yüz qırx dörd manat qırx yeddi qəpik) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini 473,67 manat faiz borcunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və cavabdeh arasında üzləşdirmənin keçirildiyi 31.07.2020-ci il tarixdən pretenziya məktubunun iddiaçı tərəfindən cavabdehə göndərildiyi 2021-ci ilin may ayına qədər borc ödənilməmişdir. Ona görə də, iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlı olduğundan iddia tələbi bu hissədə qismən edilməli və gecikdirilmiş vaxt üçün 331,70 manat (8844,47 manat əsas borcun 5%-i = 442,22 manat : 12 ay = 36,85 manat * 9 ay (üzləşdirmənin keçirildiyi 31.07.2020-ci il tarixdən pretenziya məktubunun iddiaçı tərəfindən cavabdehə göndərildiyi 2021-ci ilin may ayına qədər olan vaxt) = 331,70) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı hüquqi yardım göstərilməsi üçün 200 (iki yüz) manat məbləğ, 100 manat mediasiya xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, 30 manat dövlət rüsumu, 200 (iki yüz) manat hüquqi yardım xərci və iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 8844,87 manat (səkkiz min səkkiz yüz qırx dörd manat səksən yeddi qəpik) məbləğində əsas borc, 331,70 manat (üç yüz otuz bir manat yetmiş qəpik) faiz borcu, 200 (iki yüz) manat hüquqi yardım, 100 (yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 9506,57 manat (doqquz min beş yüz altı manat əlli yeddi qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4875/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4875/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver