Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4879/2021 07.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış 29627,20 (iyirmi doqquz min altı yüz iyirmi yeddi manat, iyirmi gəpik) manat məbləğində borcun **********90000 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Abşeron rayonu, Şamaxı şossesi ünvanda yerləşən kərpic sexi cavabdeh təşkilat tərəfindən 2010-cu ildə iddiaçının adına **********90000 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsində istifadə edilmiş təbii qazın dəyəri iddiaçı tərəfindən daim vaxtlıvaxtında ödənilmişdir. 2017-ci ilin yanvar ayından kərpic sexi təbii qazdan istifadəyə görə borcunu tam ödəmiş və həmin tarixdən təbii qazdan istifadə edilmir. Bu səbəbdən qaz sayğacı da sökülərək götürülmüşdür. Qeyri yaşayış sahəsinin fəaliyyətinin dayanmasından 4 il 5 ay sonra yəni 01.07.2021-ci il tarixdə Cavabdeh İB əməkdaşları iddiaçıya 29627,20 manat borcunun olması barədə hesab təqdim etmiş və həmin borcun ödənilməsini tələb etmişlər. Bununla razılaşmayaraq iddiaçı cavabdeh təşkilata müraciət etmiş və ona bildirmişlər ki, ümumi borcun 23341 manat hissəsi 01.01.2017-ci ilədək sərf edilən qazın dəyərini, 6286,20 manat hissəsi isə 2018-ci ilin fevral ayında sərf edilən qazın dəyərini təşkil edir. Uzun illərdir ki həmin borcu (əgər həqiqətən borc mövcud olmuşsa) iddiaçıdan tələb edən olmamışdır, borc haqqında bildiriş verən, məlumat verən olmamışdır. Əgər borcu olmuşsa, həmin borcun nə səbəbdən tələb edilmədiyi sualını cavabdeh təşkilatda cavablandıran olmamışdır. İddiaçının adına olan abonent saldosundan da göründüyü kimi, 2017-ci ilin yanvar ayından qeyri-yaşayış sahəsində təbii qazdan istifadə edilmir, tərəflər arasında müqavilə yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, silinməsi tələb edilən borc məbləği iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borcdur. Həmin borc məbləği sayğac göstəricisinə əsasən hesablanmışdır. Borcun silinməsi üçün hər hansı bir əsas mövcud deyildir. Ona görə də iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 22.02.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, müvəqqəti quraşdırılmış sayğac çıxarılmışdır. Qazın nəqli bərpa olunmamışdır. -02.11.2021-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 2016-cı ilin sonuna olan borcu 23341 manat, 2017-ci ilin sonuna olan borcu 23341 manat, 2018-ci ilin fevral ayına olan borcu 6286,20 manat təşkil edir. - iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya məxsus Abşeron rayonu, Şamaxı şossesi ünvanda yerləşən kərpic sexinə cavabdeh tərəfindən iddiaçının adına **********90000 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. 2017-ci ilin yanvar ayından kərpic sexi fəaliyyətini dayandırdığından təbii qazdan istifadə edilməmiş və 2017-ci ilin may ayından abonent cavabdeh tərəfindən passiv statusa keçirilmişdir. 2018-ci ilin fevral ayında cavabdeh təşkilatın əməkdaşları 22.02.2018-ci il tarixli, ******* saylı akt tərtib edərək qeyd edilən ünvandan sayğacı çıxarmış və abonentə həmin tarixə təbii qazdan istifadəyə görə 6286,20 manat məbləğində borc hesablanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, silinməsi tələb olunan borcun 23341 manatı 2017-ci ilə qədər yaranmışdır. İddiaçının nümayəndəsi cavabdehin tələb etmə hüququnun keçməsini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1- ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Bununla bağlı aşağıdakıları qeyd etmək olar: 02.11.2021-ci il tarixli Abonentin saldosu haqqında sənəddən müəyyən olunur ki, iddiaçının təbii qaza görə 2016-cı ilin yanvar ayına qalıq borcu 24380,20 manat, 2016-cı ilin fevral ayına qalıq borcu 25063,20 manat, 2016-cı ilin mart ayına tarixə qalıq borcu 26073,20 manat, 2016-cı ilin aprel ayına qalıq borcu 28693,20 manat, 2016-cı ilin may ayına qalıq borcu 31178,80 manat, 2016-cı ilin iyun ayına qalıq borcu 21922,20 manat, 2016-cı ilin iyul ayına qalıq borcu 21432,20 manat, 2016-cı ilin avqust ayına qalıq borcu 21737,20 manat, 2016-cı ilin sentyabr ayına qalıq borcu 21899,20 manat, 2016-cı ilin oktyabr ayına qalıq borcu 22251,20 manat, 2016-cı ilin noyabr ayına qalıq borcu 22988,20 manat, 2016-cı ilin dekabr ayına qalıq borcu 23341 manat, 2017-ci ilin yanvar ayına qalıq borcu 23341 manat, 2017-ci ilin fevral ayına qalıq borcu 23341 manat, 2017ci ilin mart ayına qalıq borcu 23341 manat, 2017-ci ilin aprel ayına qalıq borcu 23341 manat, 2017-ci ilin iyul ayına qalıq borcu 23341 manat, 2017-ci ilin dekabr ayına qalıq borcu 23341 manat olaraq qeyd olunmuşdur. Eləcə də 2018-ci ilin fevral ayına abonentə 6286,20 manat təbii qazdan sərfiyyat hesablanaraq həmin ay üzrə ümumilikdə qalıq borc məbləği 29627,20 manat təşkil etmişdir. Göründüyü kimi, hazırki vaxtdan, yəni 2021-ci ilin dekabr ayından beş il əvvələ iddiaçının 2016-cı ilin dekabr ayına qədər olan qalıq borcu 22988,20 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hazırkı mübahisəyə AR MM-nin 550 və 551-ci maddələrinin tələblərinin tətbiq olunmasını mümkün sayır. Eləcə də, silinməsi tələb olunan borc məbləğinin 6286,20 manat hissəsi 2018-ci ilin fevral ayında cavabdeh təşkilatın əməkdaşları tərəfindən 22.02.2018-ci il tarixli, ******* saylı akt tərtib edərək iddiaçının qeyd edilən ünvanından sayğacı çıxaran zaman təbbi qazdan istifadəyə görə iddiaçıya hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır; 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda qeyd olunan işin müəyyən edilmiş hallarından göründüyü kimi, 22.02.2018ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının qeyd edilən ünvanından sayğacı çıxararaq ******* saylı akt tərtib etmişlər. Cavabdeh tərəfindən iddiaçıya qeyd edilən tarixə təbii qazdan istifadəyə görə 6286,20 manat borc hesablanmışdır. Bununla bağlı qeyd edilir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, 2017-ci ilin may ayında iddiaçı abonent cavabdeh tərəfindən passiv statusa keçirilmişdir. Belə ki, 2017-ci ilin may ayından passiv statusa keçirilən abonentə 2018-ci ilin fevral ayında təbii qazdan istifadəyə görə hesablanmış 6286,20 manat borc məbləğinin nəyin əsasında hesablanmasını təsdiqləyəcək sübutlar cavabdeh tərəfindən təqdim edilə bilməmişdir. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin iddiaçıdan 22988,20 manat (2016-cı ilin dekabr ayına qədər iddiaçıya cavabdeh tərəfindən hesablanmış qalıq borc) məbləğində qalıq borcun ödənilməsini tələb etmək hüququna beş il müddət keçdiyinə görə xitam verilməli, eləcə də 2018-ci ilin fevral ayına 22.02.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış təbbi qazdan istifadəyə görə hesablanmış 6286,20 manat borc məbləğinin əsası müəyyən edilmədiyindən, Cavabdeh tərəfindən **********90000 abonent kodu üzrə hesablanmış 29274,40 manat (22988,20 manat + 6286,20 manat) məbləğində borc İddiaçı şəxsi hesabından silinməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən **********90000 abonent kodu üzrə hesablanmış 29274,40 (iyirmi doqquz min iki yüz yetmiş dörd manat qırx qəpik) məbləğində borc İddiaçı şəxsi hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4879/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4879/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver