Məhkəmə qərarları › İş №e-2-2(113)-4883/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4883/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4883/2021 28.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 03.05.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərindən birtərəfli olaraq imtina etdiyini nəzərə alaraq müqavilə üzrə müəyyən edilmiş 20000 manat məbləğində əsas borcun, mediasiya prosesi üçün ödənilmiş 200 manat məbləğində pulun, cəmi 20200 manat məbləğində pulun Cavabdeh tutularaq ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 məhkəməyə tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər:

1. Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə uyğun olaraq bu sazişi imalamaqla öz aralarında hüquqlar və iddialar barəsində Bakı Kommersiya Məhkəməsinin hakimi cənab Fərrux Qasımovun icraatında olan mübahisəni qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər.

2. Tərəflər təsdiq edir ki, ikinci tərəf 03.05.2021-ci il tarixli müqavilənin şərtlərini pozaraq birinci tərəfə maddi və işgüzar nüfuzuna ziyan vurmuşdur. Lakin tərəflər həmin mübahisəni məhkəmədən kənar öz aralarında həll etdiyi üçün birinci tərəf bu barışığın əlaməti olaraq Bakı Kommersiya Məhkəməsinin hakimi cənab Fərrux Qasımovun icraatında olan iddiasından imtina etməyi öhdəsinə götürür.

3. İkinci tərəf birinci tərəf barəsində X3 etdiyi şikayətindən imtina etməyi öhdəsinə götürür.

4. Tərəflər yuxarıda qeyd olunan məsələlər ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələb, o cümlədən pul və əmlak tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.

5. Bu barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə, sazişin şərtlərini tərəflər tam və vaxtında yerinə yetirmədiyi halda hazırkı saziş üzrə qəbul ediləcək məhkəmə qərardadına əsasən məcburi icra ediləcəkdir və həmin qərardad öz hüquqi qüvvəsinə görə məhkəmə qətnaməsinə bərabər tutulacaqdır.

6. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim olunur.

7. Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir.

8. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlnılır və digər nüsxəsi barışıq sazişinin təsiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinin hakimi cənab Fərrux Qasımova təqdim olunur.

9. Tərəflər sazişin şərtlərinin onlara tam aydın oldğunu və həmin şərtlərin onların həqiqi iraəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edir.

İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə bu sazişi aşağıdakı şərtlərlə bağladılar:

1. Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə uyğun olaraq bu sazişi imalamaqla öz aralarında hüquqlar və iddialar barəsində Bakı Kommersiya Məhkəməsinin hakimi cənab Fərrux Qasımovun icraatında olan mübahisəni qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər.

2. Tərəflər təsdiq edir ki, ikinci tərəf 03.05.2021-ci il tarixli müqavilənin şərtlərini pozaraq birinci tərəfə maddi və işgüzar nüfuzuna ziyan vurmuşdur. Lakin tərəflər həmin mübahisəni məhkəmədən kənar öz aralarında həll etdiyi üçün birinci tərəf bu barışığın əlaməti olaraq Bakı Kommersiya Məhkəməsinin hakimi cənab Fərrux Qasımovun icraatında olan iddiasından imtina etməyi öhdəsinə götürür.

3. İkinci tərəf birinci tərəf barəsində X3 etdiyi şikayətindən imtina etməyi öhdəsinə götürür.

4. Tərəflər yuxarıda qeyd olunan məsələlər ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələb, o cümlədən pul və əmlak tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.

5. Bu barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə, sazişin şərtlərini tərəflər tam və vaxtında yerinə yetirmədiyi halda hazırkı saziş üzrə qəbul ediləcək məhkəmə qərardadına əsasən məcburi icra ediləcəkdir və həmin qərardad öz hüquqi qüvvəsinə görə məhkəmə qətnaməsinə bərabər tutulacaqdır.

6. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim olunur.

7. Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir.

8. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlnılır və digər nüsxəsi barışıq sazişinin təsiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinin hakimi cənab Fərrux Qasımova təqdim olunur.

9. Tərəflər sazişin şərtlərinin onlara tam aydın oldğunu və həmin şərtlərin onların həqiqi iraəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edir.

"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar