Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4885/2021 07.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə; İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 1584 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli, “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə əsasən cavabdeh 22 hektar sahədə şəkər çuğundur əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 770 ton şəkər çuğunduru məhsulu istehsal edib, "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 1584 manat dəyərində mal və xidmət satılmaqla toplam 1584 manat dəyərində xərc çəkilmişdir, cavabdeh tərəfindən isə 2020-ci il tarixdə İddiaçı MMC-yə çuğundur təhvil verilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 1584 manat dəyərində borcu qalmışdır. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət , toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Cavabdehin məhkəməyə təqdim etdiyi 1500 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qəbz onun öz adından deyil, müqaviləyə aidiyyatı olmayan digər şəxs X5 tərəfindən aparılmışdır. Cavabdeh dəfələrlə ərizə müraciət edilərək həmin pul vəsaitinin geri alınaraq onun öz adına ödənilməsi təklif olunsa da, heç bir nəticəsi olmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, 1500 manat məbləğində pul vəsaiti onun tərəfindən 08 sentyabr 2021-ci il tarixdə iddiaçıya ödənilmişdir və 84 manat məbləğində pul vəsaitinin ödənilməsindən imtina olunmamışdır. İş materiallarında olan: - 25.01.2020-ci il tarixli, 22004 saylı “Şəkər çuğunduru məhsulu isthsalının stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsin”ə əsasən istehsalçı öz qanuni istifadəsində olan Goranboy rayon Şadılı kənd ərazisində yerləşəb 22 hektar torpaq sahəsinə "xxxx"-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrı, bitkinin mühafizəsi və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamsını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə "xxxx"-ə təhvil verməyi, "xxxx" isə öz növbəsində “İstehsalçı/əkinçi”nin verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin (aqroservis xidmətlərin, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vasitələrin) dəyərini çıxdıqdan sonra qalan məbləği əgər “İstehsalçı/əkinçi”nin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə, cari hesab kitabçasını "xxxx"-ə təhvil verdikdən sonra 20 gün ərzində “İstehsalçı/Əkinçi”-nin bank hesabına köçürmək yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC-nin 21 may 2021-ci il tarixli arayışına əsasən Cavabdeh oğlunun 1584 manat borcu olduğu qeyd olunmuşdur. - EBAR seriyalı. 854405 saylı 28.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 1518 manat dəyərində X1 işlər görülmüşdür. - 08 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 1500 manat məbləğində pul vəsaiti X5 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilənin şərtlərinə əsasən istehsalçı öz qanuni istifadəsində olan Goranboy rayon Şadılı kənd ərazisində yerləşəb 22 hektar torpaq sahəsinə "xxxx"-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrı, bitkinin mühafizəsi və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamsını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə "xxxx"-ə təhvil verməyi, "xxxx" isə öz növbəsində “İstehsalçı/əkinçi”nin verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin (aqroservis xidmətlərin, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vasitələrin) dəyərini çıxdıqdan sonra qalan məbləği əgər “İstehsalçı/əkinçi”nin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə, cari hesab kitabçasını "xxxx"-ə təhvil verdikdən sonra 20 gün ərzində “İstehsalçı/Əkinçi”nin bank hesabına köçürmək yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi işin halları, həmçinin, cavabdehin etiraz ərizəsində göstərdiyi xüsusatlarla təsdiqini tapır. Etirazın əsasını 1500 manat məbləğində pul vəsaitinin 08 sentyabr 2021-ci il tarixdə iddiaçıya ödənilməsi təşkil edir. Lakin həmin qəbzin surətindən görünür ki, həmin pul vəsaiti cavabdeh tərəfindən deyil, müqavilə tərəfi olmayan X5 tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Məhkəmə hesab edir ki, 1500 manat məbləğində pul vəsaitinin X5 tərəfindən ödənilməsi barədə 08 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığı mübahisə predmeti olan müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz və buna görə də iddia təmin edilməli, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbi barədə iddiası təmin edilsin. 1584 manat məbləğində əsas borc Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4885/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4885/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver