Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-489/2022 25.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh na qarşı cavabdehin üzərinə komitə qərarının verilməsi öhdəliyinin qoyulması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" ASC) komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkardır. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmiş və heyvandarlığın inkişafı üçün güzəştli kreditin ayrılması üçün lazım olan müvafiq sənədləri təqdim etmişdir. 2015-ci ilin yanvar ayında Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı iddiaçıya 50000 manat məbləğində kredit ayırmışdır. İddiaçı dəfələrlə sənədlərinin ona təqdim edilməsini Fonddan xahiş etmiş, lakin Fond sənədləri tam şəkildə ona təqdim etməmişdir. Belə ki, Fond bu günə kimi kreditin ayrılması üçün ekspert rəyini iddiaçıya təqdim etmir. X7 iddiaçıya 13 sentyabr 2019-cu ildə məktub göndərmiş, lakin orada ekspert rəyinin verilib-verilməməsinə münasibət bildirməmişdir. İddiaçı 18 noyabr 2019-cu ildə bir daha cavabdehlərə müraciət etmiş və xahiş etmişdir ki, sözügedən rəy ona təqdim edilsin. Lakin bu günə kimi ona cavab verilməmiş, həmçinin ekspert rəyi də təqdim edilməmişdir. İddiaçıya aid sənədlər bankdadır. Bank özü də cavabında bu sənədlərin onda olmamasını inkar etmir. Bank qanunsuz olaraq sənədləri ona verməkdən imtina edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırkı mübahisə ilə bağlı hələ Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılan zaman həmin idarənin sorğularına cavab verilərək bildirilmişdir ki, sözügedən protokol və qərar mövcud deyildir. İddiaçının təqdim olunmasını tələb etdiyi "xxxx" ASC-nin komitə qərarı, eyni zamanda kredit komitəsinə çıxarılmayan işlərlə bağlı protokol qeydiyyat kitabı tutulmadığı üçün protokol qeydiyyat kitabı mövcud deyildir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirdi ki, o, 2008- 2020-ci illər ərzində "xxxx" ASC-də işləmişdir. İddiaçı həmin bankda çalışdığı zaman müştəri kimi tanımışdır. X7 kredit verilməsi üçün banklara limit ayırırdı. Veriləcək kreditin məbləği 15000 manatdan çox olduğu zaman müştərilər X3 qəbul edilirdilər. Fondda razılıq əldə olunandan sonra həmin müştərilər banka yönləndirilirdilər. İddiaçı kredit verilməsi ilə bağlı iş ona yönləndirilmişdir. X2 iş banka yönəldilən zaman ona verildi. İş yükünə görə iş vaxtından sonra zəng etdi. İddiaçı iki biznesi var idi. Onlardan biri Ceyranbatanda 8 sot torpaq sahəsi, digəri isə Biləsuvar rayonunda 60 hektar torpaq sahəsi idi. Biznesinin araşdırılması zamanı müəyyən edildi ki, müştərinin biznesi hazır vəziyyətdədir və əlavə vəsaitə ehtiyacı vardır. İddiaçı bildirmişdi ki, 120000 manat məbləğində kredit ayıra bilərlər. İdidaçıdan 120000 manat kreditin verilməsi ilə bağlı komitəyə müraciət edilməsini soruşdu, o da həmin məbləğlə razılaşdı. Kreditin verilməsi tezləşsin deyə, İddiaçı bankda hesab açmasını bildirmişdir. İşlərin paralel aparılması və operativliyi təmin etmək üçün bank hesabının açılmasını demişdir. Kredit işi baxılması üçün komitəyə çıxarıldığı zaman İddiaçı demişdir ki, iş komitəyə çıxarılır. Əgər fondla razılaşıbsa, onlara bildirsin ki, pulu fonddan bankın hesabına köçürsünlər. İşə komitədə baxılarkən kreditin verilməsindən imtina olundu. İmtina edilməsinə səbəb müştərinin Biləsuvar rayonunda yerləşən torpaq sahəsinin etibarnamə əsasında müştəriyə məxsus olması oldu. Həm imtina, həm də kreditin verilməsinə razılıq eyni formada olurdu. Kreditin verilməsindən imtina barədə qovluq olur. Bankın qaydalarına əsasən bank yalnız aktiv kreditlərə görə məsuliyyət daşıyır. Komitə gəlirləri qənaətbəxş hesab elədi, lakin regionda olan biznes çıxıldığından kreditin verilməsi mümkün olmadı. İş təcrübəsinə əsasən düşündü ki, əgər X7 kreditin verilməsinə müsbət yanaşıbsa, komitə də məqbul qərar qəbul edəcək. Region filialı olduqları üçün mərkəzi server vasitəsilə komitəyə müraciət edildi. O, telefon vasitəsilə bağlanmışdı. Komitənin imtina barədə qərarını görməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - "xxxx" ASC tərəfindən AR İqtisadiyyat və Sənaye Nazirliyinə ünvanlanmış 16.12.2014-cü il tarixli, 06/8998 nömrəli məktubda qeyd olunmuşdur ki, sizin 10 dekabr 2014-cü il tarixli İSN-X/0-10985/2014 saylı məktubunuza cavab olaraq bildirmək istərdik ki, vətəndaş İddiaçı banka yaxınlaşmış və güzəştli kredit əldə etmək üçün müraciət elmişdir. Kredit mütəxəssisi tərəfindən sifariş alınmış, sahibkarlıq fəaliyyəti tam təhlil edilmiş, məntəqəyə baxış keçirilmiş və mülkiyyət sənədləri yoxlanmışdır. Təhlil zamanı mülkiyyətində torpaq sahələrinin özünə məxsus olmadığı, gəlirlərinin alacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olması müəyyən edilmişdir. Yuxarıda qeyd olunan səbəblər nəzərə ahnmaqla, vətəndaş İddiaçı kreditlə bağlı müraciəti, kreditlərin verilməsi üçün bank daxili müəyyən edilmiş tələblərə cavab vermədiyindən və riskli olduğundan kredit vəsaitinin ayrılması məqsədəuyğun hesab olunmamışdır. Bu barədə vətəndaş İddiaçı filial tərəfindən məktub verilmişdir. - "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən İddiaçı ünvanlanmış 01.12.2014-cü il tarixli, 591 nömrəli məktubda qeyd olunmuşdur ki, hörmətli sahibkar, 24.11.2014-cü il tarixdə heyvandarlığın inkişaf etdirilməsi üçün güzəştli kredit əldə etmək məqsədilə banka təkrar müraciət etmisiniz. Sizin tərəfinizdən 24.11.2014-cü il tarixdə daxil olan ərizənizə cavab olaraq bildirmək istərdik ki, kredit mütəxəssisi tərəfindən, sahibkarlıq fəaliyyətiniz yoxlanılmışdır və məşğul olduğunuz biznesin gəlirliyi, sifariş etdiyiniz kreditin ödəmə imkanlarından aşağı səviyyədə olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Sizin tərəfinizdən təqdim olunan sənədlər toplusunda, etibarnamə əsasında istifadə edilən torpaq sahəsi sizin mülkiyyətinizdə olmadığından və Sahibkarlığa Kömək Milli Fondunun tələblərinə cavab vermədiyindən torpaq sənədi etibarnamə əsasında qəbul olunmur. Yuxarıda qeyd olunan səbəblər nəzərə alınmaqla, sizin banka kreditlə bağlı müraciətiniz kreditlərin verilməsi üçün müəyyən edilmiş tələblərə cavab vermədiyindən sizə kredit vəsaitinin ayrılması məqsədəuyğun hesab olunmamışdır. - Hesablaşma hesabının açılması barədə ərizənin surətindən görünür ki, 23.10.2014cü il tarixdə İddiaçı hesablaşma hesabının açılması barədə ərizə ilə banka müraciət etmiş və həmin tarixdə tərəflər arasında bank hesabı müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin tarixdə müştəri kartının açılması üçün ərizə ilə müraciət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97,34 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında X5 adına 28 yanvar 2014-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 2060 nömrəli reyestr kitabının 190474 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - "xxxx" MMC tərəfindən tərtib edilmiş 141673 nömrəli rəydə qeyd olunmuşdur ki, sizinlə bağlanmış 08 Sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" Konsaltinq tərəfindən X6 məxsus olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 301.6 kv.m (Faktiki 359.7 kv.m) olan, 7 otaqlı fərdi yaşayış evinin, D.Ə.D.R.X. tərəfindən verilmiş qeydiyyat ********** nömrəli, 10.05.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış əsasında mülkiyyət hüququnun bu gün üçün bazar dəyərini müəyyən etmək məqsədi ilə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı aparılan hesablamalarda, mütəxəssislərimiz tərəfindən əldə edilmiş; uyğun daşınmaz əmlak bazarının vəziyyətini səciyyə edən operativ məlumatlardan, onlara olan tələb təkliflərdən və digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, apardığımız təhlil və hesablamalar nəticəsində müəyyən edilmişdir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 301.6 kv.m (Faktiki 359.7 kv.m) olan, 7 otaqlı fərdi yaşayış evinin, D.Ə.D.R.X. tərəfindən verilmiş, qeydiyyat nömrəsi ********** olan, 10.05.2014-cü il tarixli RX seriyalı, ******* çıxarış əsasında mülkiyyət hüququnun 10.09.2014-cü il tarixinə olan yekun bazar dəyəri 30000 (otuz min) manat təşkil edir. Sizə təqdim edilən daşınmaz əmlakın dəyərləri barədə mövcud ekspert rəyi Azərbaycan Respublikasının "qiymətləndirmə fəaliyyəti haqqında” qanuna. Milli Qiymətləndirmə Standartlarına (MQS) və X1 (BQS) tələblərinə, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına və X4 tələblərinə uyğun olaraq hazırlanmışdır. Qeyd: Çıxarışın daxilində daşınmaz əmlakın ölçüləri, torpaq sahəsi 0.27 ha mülkiyyət hüququ kimi tikilisi 950 kv.m mülkiyyətində qeydə alınan halda bazar dəyəri 150000 (bir yüz əlli min) manat təyin edilə bilər! - "xxxx" MMC tərəfindən tərtib edilmiş 141674 nömrəli rəydə qeyd olunmuşdur ki, sizinlə bağlanmış 08 Sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" Konsaltinq tərəfindən X6 məxsus olan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 97,34 kv.m (Faktiki 100.89 kv.m) olan, 18 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzilin, D.Ə.D.R.X. Bakı Ş.Ə.İ. tarəfindən verilmiş, qeydiyyat nömrəsi ********** olan, 28.01.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış əsasında mülkiyyət hüququnun bu gün üçün bazar dayanın müəyyən etmək məqsədi ilə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı aparılan hesablamalarda, mütəxəssislərimiz tərəfindən əldə edilmiş: uyğun daşınmaz əmlak bazarının vəziyyətini səciyyə edən operativ məlumatlardan, onlara olan tələb təkliflərdən və digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, apardığımız təhlil və hesablamalar nəticəsində müəyyən edilmişdir. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 97,34 kv.m (Faktiki 100.89 kv.m) olan, 18 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzilin, D.Ə.D.R.X. Bakı Ş.Ə.İ. tarəfindən verilmiş, qeydiyyat nömrəsi ********** olan, 28.01.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış əsasında mülkiyyət hüququnun 10.09.2014-cü il tarixinə olan yekun 145000 (bir yüz qırx beş min) manat təşkil edir. Sizə təqdim edilən daşınmaz əmlakın dəyərləri barədə mövcud ekspert rəyi Azərbaycan Respublikasının "qiymətləndirmə fəaliyyəti haqqında” qanuna. Milli Qiymətləndirmə Standartlarına (MQS) və X1 (BQS) tələblərinə, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına və X4 tələblərinə uyğun olaraq hazırlanmışdır. - tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 07 avqust 2020-ci il tarixli, 02/2-3079-04/1160 nömrəli sorğusuna cavab olaraq verilmiş 19 noyabr 2020-ci il tarixli, **********822 nömrəli məktubda qeyd olunmuşdur ki, Baş idarənin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırılması aparılan İddiaçı “AG Bank" ASC tərəfindən güzəştli kredit verilməsi barədə müraciətinizə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi nda baxılmışdır. Bildiririk ki, sahibkar İddiaçı heyvandarlığın inkişaf etdirilməsi üçün güzəştli kredit əldə etmək məqsədi ilə 2014cü il tarixdə hazırda müflis elan edilmiş "xxxx" ASC-yə müraciət etmişdir. Sahibkarın müraciətinə əsasən kredit mütəxəssisi tərəfindən sahibkarın fəaliyyəti yoxlanılmış, mülkiyyətində torpaq sahəsinin olmadığı, gəlirlərinin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Bu səbəbdən sahibkar İddiaçı kreditlə bağlı müraciəti kreditlərin verilməsi üçün müəyyən edilmiş tələblərə cavab vermədiyindən və riskli olduğundan sahibkara kredit vəsaitinin ayrılması məqsədəuyğun hesab edilməyərək, Bankın Kredit Komitəsinə çıxarılmamışdır. Əlavə olaraq bildirmək istərdik ki, 01 dekabr 2014-cü il və 04 dekabr 2014-cü il tarixli məktublarla sahibkar İddiaçı, 05/7948 saylı 28 noyabr 2014-cü il və 05/8998 saylı 16 dekabr 2014-cü il tarixli məktublarla isə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə bu haqda rəsmi məlumat verilmişdir. Qeyd olunan səbəblər nəzərə alınmaqla bildiririk ki, tələb edilən sənədlərin təqdim edilməsi mümkün deyildir. - tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 24 dekabr 2020-ci il tarixli, 02/2-3079-04/2195 nömrəli sorğusuna cavab olaraq verilmiş 02 fevral 2021-ci il tarixli, **********287 nömrəli məktubda qeyd olunmuşdur ki, sizin vətəndaş İddiaçı Kredit Komitəsinin sənədlərinin tələblərinə dair müraciətinə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi tərəfindən baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla "AG Bank” ASC-nin ləğvedicisi təyin edilmişdir. Müraciətinizdə qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, "xxxx" ASC-nin Kredit Komitəsi tərəfindən sahibkar İddiaçı kreditin verilməsinə dair hər hansı sənəd və ya protokol aşkar edilməmişdir. Bu səbəbdən müraciətinizdə tələb edilən sənədlərin təqdim edilməsinin mümkün olmadığını nəzərə almağınızı xahiş edirik. - tərəfindən Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, e-2-2(113)- 489/2022 saylı sorğusuna cavab olaraq verilmiş 21 fevral 2022-ci il tarixli, **********425 nömrəli məktubda qeyd olunmuşdur ki, sorğunuza cavab olaraq bildiririk ki, sahibkar İddiaçı heyvandarlığın inkişaf etdirilməsi üçün güzəştli kredit əldə etmək məqsədi ilə 2014cü il tarixdə hazırda ləğv prosesində olan "xxxx" ASC-yə müraciət etmişdir. İddiaçı müraciətinə əsasən kredit mütəxəssisi tərəfindən sahibkarın fəaliyyəti yoxlanılmış, mülkiyyətində torpaq sahəsinin olmadığı, gəlirlərinin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Bu səbəbdən sahibkar İddiaçı kreditlə bağlı müraciəti kreditlərin verilməsi üçün müəyyən edilmiş tələblərə cavab vermədiyindən və riskli olduğundan sahibkara kredit vəsaitinin verilməsi məqsədəuyğun hesab edilməyərək Bankın Kredit Komitəsinə çıxarılmamışdır. Odur ki, kredit komitəsinə çıxarılmayan işlərlə bağlı protokol qeydiyyat kitabı tutulmadığı üçün sahibkar İddiaçı müvafiq layihəsinin maliyyələşdirilməsindən imtina olunmasına dair protokol mövcud deyildir. Beləliklə iş materiallarından müəyyən edilir ki, İddiaçı sahibkardır. O, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar "xxxx" ASC-yə 2014-cü ildə güzəştli kredit əldə etmək məqsədi ilə müraciət etmiş və sahibkar İddiaçı kreditlə bağlı müraciəti kreditlərin verilməsi üçün müəyyən edilmiş tələblərə cavab vermədiyindən və riskli olduğundan sahibkara kredit vəsaitinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçının iddia tələbini cavabdehin üzərinə İddiaçı kreditin ayrılması və ya ayrılmasından imtina barədə "xxxx" ASC-nin komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması təşkil edir. Bununla əlaqədar Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, e-2- 2(113)-489/2022 saylı sorğusuna cavab olaraq tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli, **********425 nömrəli məktubda qeyd olunmuşdur ki, sahibkar İddiaçı kreditlə bağlı müraciəti kreditlərin verilməsi üçün müəyyən edilmiş tələblərə cavab vermədiyindən və riskli olduğundan sahibkara kredit vəsaitinin verilməsi məqsədəuyğun hesab edilməyərək, Bankın Kredit Komitəsinə çıxarılmamışdır. Oxşar cavab iş materiallarında olan, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sorğularına cavab məktublarında da öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid verdiyi ifadədə kredit işinin baxılması üçün komitəyə çıxarıldığını, işə komitədə baxılarkən kreditin verilməsindən imtina olunduğunu, region filialı olduqları üçün mərkəzi server vasitəsilə komitəyə müraciət edildiyini və ora telefon vasitəsilə bağlandığını bildirmiş, lakin Komitənin imtina barədə qərarını görmədiyini qeyd etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin iddiaçıya kreditin ayrılması barədə razılıq və ya imtina barədə komitə qərarının olması öz təsdiqini tapmadığından, həmin qərarın mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-489/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-489/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver