Məhkəmə qərarları › İş №e-2-2(113)-490/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-490/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-490/2025 05.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,müqavilə üzrə ödənilməmiş 20790 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152,37 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.SAZİŞİN PREDMETİ “Birinci tərəf’ və “İkinci tərəf’ (bundan sonra birlikdə tərəflər adlanacaq) razılığa gəlirlər ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(l 13)-490/2025 saylı iş üzrə mübahisəni Sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər 2.TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ 2.1. “İkinci tərəf’ “Birinci tərəf’ə olan tərəfə ümumilikdə 20942.37 (iyirmi min doqquz yüz qırx iki manat otuz yeddi qəpik) manat borcunun 1742.37 (min yeddi yüz qırx iki manat 37 qəpik) manat hissəsini saziş bağlanıldığı gün şirkətin kassasına ödəyir və halhazırda 19200 (on doqquz min iki yüz) manat borcu qalmışdır. Borcun ödənilməmiş hissəsi olan 19200 (on doqquz min iki yüz) manatın 3200 (üç min iki yüz) manat hissəsini 2025-ci il fevral ayının axırından başlamaqla hər ay 400 manat olaraq 2025-ci il sentyabr ayınadək ödəyəcək. Qalıq 16000 (on altı min) manatı isə 2025-ci ilin oktyabr ayından başlamaqla 20 ay ərzində hər ay 800 (səkkiz yüz) manat olaraq tanı şəkildə Birinci tərəfə ödəyəcəkdir 2.2. “İkinci tərəf’ “Birinci tərəf’in borcun güzəşti şərti ilə razılaşdı və hazırki mübahisə ilə bağlı gələcəkdə hər-hansı tələbin olmayacağını qəbul etdi. 2.3. “İkinci tərəf’ hazırki iş üzrə qarşılıqlı iddiasından imtina edir və bunun prosessual nəticələrini qəbul edir. 2.4. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. 2.5. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, birbirinin əleyhinə istifadə etməyəcəklər. 2.6. “Birinci tərəf’ bu Saziş təsdiq edildikdən sonra“İkinci tərəf’ə hər hansı pul tələbi ilə çıxış etməyəcək. 2.7. Tərəflər hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və hazırki mübahisə üzrə icraata xitam verilməsi barədə razılaşdılar. 3.SAZİŞİN HÜQUQİ NƏTİCƏLƏRİ 3.1.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 -ci maddəsinin məzmunu tərəflərə aydındır və bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2.Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3.Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.4.Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. Məhkəməyə iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini,məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.SAZİŞİN PREDMETİ “Birinci tərəf’ və “İkinci tərəf’ (bundan sonra birlikdə tərəflər adlanacaq) razılığa gəlirlər ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(l 13)-490/2025 saylı iş üzrə mübahisəni Sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər 2.TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ 2.1. “İkinci tərəf’ “Birinci tərəf’ə olan tərəfə ümumilikdə 20942.37 (iyirmi min doqquz yüz qırx iki manat otuz yeddi qəpik) manat borcunun 1742.37 (min yeddi yüz qırx iki manat 37 qəpik) manat hissəsini saziş bağlanıldığı gün şirkətin kassasına ödəyir və halhazırda 19200 (on doqquz min iki yüz) manat borcu qalmışdır. Borcun ödənilməmiş hissəsi olan 19200 (on doqquz min iki yüz) manatın 3200 (üç min iki yüz) manat hissəsini 2025-ci il fevral ayının axırından başlamaqla hər ay 400 manat olaraq 2025-ci il sentyabr ayınadək ödəyəcək. Qalıq 16000 (on altı min) manatı isə 2025-ci ilin oktyabr ayından başlamaqla 20 ay ərzində hər ay 800 (səkkiz yüz) manat olaraq tanı şəkildə Birinci tərəfə ödəyəcəkdir 2.2. İkinci tərəf’ “Birinci tərəf’in borcun güzəşti şərti ilə razılaşdı və hazırki mübahisə ilə bağlı gələcəkdə hər-hansı tələbin olmayacağını qəbul etdi. 2.3.“İkinci tərəf’ hazırki iş üzrə qarşılıqlı iddiasından imtina edir və bunun prosessual nəticələrini qəbul edir. 2.4.Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. 2.5.Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, birbirinin əleyhinə istifadə etməyəcəklər. 2.6.“Birinci tərəf’ bu Saziş təsdiq edildikdən sonra“İkinci tərəf’ə hər hansı pul tələbi ilə çıxış etməyəcək. 2.7.Tərəflər hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və hazırki mübahisə üzrə icraata xitam verilməsi barədə razılaşdılar. 3.SAZİŞİN HÜQUQİ NƏTİCƏLƏRİ 3.1.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 -ci maddəsinin məzmunu tərəflərə aydındır və bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2.Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3.Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.4.Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar