Məhkəmə qərarları › İş №e-2-2(113)-4903/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4903/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4903/2021 27.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 1074,85 (bir min yetmiş dörd manat səksən beş qəpik) manat məbləğində borc, 60 (altmış) manat məbləğində mediasiya xərci və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında olan razılaşmaya əsasən İddiaçı MMC müxtəlif adda yeyinti mallarını cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Satılmış mallara görə müvafiq elektron qaimə və elektron vergi hesabfakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin satılmış 1074,85 (bir min yetmiş dörd manat səksən beş qəpik) manat məbləğində mala görə təqdim edilmiş bəzi elektron vergi hesab-fakturalarının təqdim edilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq satılmış malların pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı Kommersiya Məhkəməsinin 01.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı MMCnin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, ƏDV daxil olmaqla 1074,85 (bir min yetmiş dörd manat səksən beş qəpik) manat məbləğində borc, 60 (altmış) manat məbləğində mediasiya xərci, 100 (bir yüz) manat məbləğində hüquqi yardım xərci və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC tərəfindən ƏDV daxil 115,20 manat məbləğində xidmətlərin göstərilməsinə dair 28.05.2020-ci il tarixli, EBAK seriyalı, 398011 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 25,70 manat məbləğində xidmətlərin göstərilməsinə dair 10.07.2020-ci il tarixli, EBAM seriyalı, 192279 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 9,90 manat məbləğində xidmətlərin göstərilməsinə dair 21.07.2020-ci il tarixli, EBAM seriyalı, 620470 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 38,55 manat məbləğində xidmətlərin göstərilməsinə dair 21.07.2020-ci il tarixli, EBAM seriyalı, 620696 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 29,14 manat məbləğində xidmətlərin göstərilməsinə dair 31.07.2020-ci il tarixli, EBAN seriyalı, 082919 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 20,91 manat məbləğində xidmətlərin göstərilməsinə dair 12.08.2020-ci il tarixli, EBAN seriyalı, 535746 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 219,85 manat məbləğində xidmətlərin göstərilməsinə dair 27.08.2020-ci il tarixli, EBAP seriyalı, 188258 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 136,80 manat məbləğində xidmətlərin göstərilməsinə dair 13.10.2020-ci il tarixli, EBAR seriyalı, 200254 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 60,30 manat məbləğində xidmətlərin göstərilməsinə dair 06.11.2020-ci il tarixli, EBAS seriyalı, 249173 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 33,75 manat məbləğində xidmətlərin göstərilməsinə dair 06.11.2020-ci il tarixli, EBAS seriyalı, 249091 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 59,40 manat məbləğində xidmətlərin göstərilməsinə dair 16.12.2020-ci il tarixli, EBAT seriyalı, 932510 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 186,15 manat məbləğində xidmətlərin göstərilməsinə dair 16.12.2020-ci il tarixli, EBAT seriyalı, 932428 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 67,75 manat məbləğində xidmətlərin göstərilməsinə dair 14.01.2021-ci il tarixli, EBAW seriyalı, 104142 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 73,50 manat məbləğində xidmətlərin göstərilməsinə dair 19.02.2021-ci il tarixli, EBAX seriyalı, 669201 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh (ABU Arena Market (Samir)) göndərilmişdir. - İddiaçı MMC müəssisəsinin ticarət nümayəndəsinin və həmin müəssisənin auditinin iştirakı ilə 07.01.2021-ci il tarixdə tərtib edilmiş üzləşmə aktından görünür ki, ABU Market (Samir)-in İddiaçı MMC-yə 07.01.2021-ci il tarixə 1275,25 manat borcu vardır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən təqdim edilmiş Cavabdeh (ABU Arena Market (Samir)) hesab vərəqəsindən görünür ki, göstərilmiş xidmətlərə görə ümumilikdə (54181,75 manat məxaric və 53078,40 mədaxil nəzərə alınmaqla) Cavabdeh (ABU Arena Market (Samir)) qalığı 1103,35 manat təşkil edir. - İddiaçı MMC tərəfindən pretenziya (xəbərdarlıq məktubu) ilə Cavabdeh müraciət edilərək, müqavilə üzrə yaranmış ƏDV daxil 1074,85 manat borc məbləğinin 30 aprel 2021-ci il tarixə qədər ödənilməsi xahiş edilmiş, əks təqdirdə pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 24.11.2021-ci il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə İddiaçı MMC tərəfindən 100 manat məbləğində pul vəsaiti 9 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh fərdi sahibkar Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda yeyinti mallarını cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh qeyd edilən şifahi müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 1.074,85 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 1.074,85 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.074,85 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri və 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə MPM-in: 115-ci maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, vəkil xidmətinə görə çəkilmiş xərclərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1074,85 (bir min yetmiş dörd manat səksən beş qəpik) məbləğində borc, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 100 (yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. İddiaçı tərəfindən ********* saylı qəbzə əsasən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar