Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4915/2021 11.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, “X1 Group İMP & EXP.Co” LTD şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X1 Group İMP & EXP.Co” LTD şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış 18 iyul 2021-ci il tarixli, “XCMG-UNL-120718” saylı müqavilə və ona edilmiş əlavələrdən yaranmış öhdəliklər üzrə 1717051,95 ABŞ dolları həcmində əsas borc, 386,334 ABŞ dolları gecikdirmə faizi, 200000 ABŞ dolları əldən çıxmış fayda və mənəvi təzminat olmaqla cəmi 2303385,85 ABŞ dolları məbləğin Cavabdeh MMC-dən tutularaq ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə 3 halda işin icraatına xitam verilə bilər: 1) İş məhkəməyə aid olsa da, mülki məhkəmə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xəta) baxılmalı olduqda; 2) İş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; 3) İş ümumiyyətlə şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki məhkəmə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Tərəflər arasında bağlanmış 18 iyul 2021-ci il tarixli, “XCMG-UNL-120718” saylı müqavilənin 11-ci bəndində müqavilə ilə əlaqədar yaranan və ya irəli gələn bütün mübahisələr dostcasına danışıqlar yolu ilə həll olunduğu, tərəflər razılığa gəlmədiyi təqdirdə məsələ Çindıki beynəlxalq ticarət məhkəməsinə təqdim edlməli olduğu qeyd olumuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə baxılması ilə bağlı ərazi aidiyyat sazişlə müəyyən edildiyindən, bu sazişə əsasən Azərbaycan Respublikasının məhkəmələri işə baxmaq üçün səlahiyyətli olmadığından hazırkı işə məhkəmədə mülki mühakimə icraatı qaydasında baxılması mümkün deyildir və buna görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X1 Group İMP & EXP.Co” LTD şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4915/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4915/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver