Məhkəmə qərarları › İş №e-2-2(113)-4917/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4917/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4917/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 05/23/SA saylı, 27 yanvar 2023-cü il tarixli daşıma müqaviləsi üzrə yaranmış 324834,93 manat qalıq borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 8120,82 manat faizin, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 4000 manat xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 626,96 manat dövlət rüsumunun əvəzinin, cəmi 337582,71 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4917/2024 saylı kommersiya mübahisəsini qarşılıqlı razılıqla həll etmək üçün aşağıdakı şərtlər barədə hazırkı “Barışıq Sazişi”ni (bundan sonra “Saziş” adlanacaq) imzaladılar:

1. Sazişin predmeti. 1.1.Bu “Saziş” Cavabdeh və İddiaçı arasında olan kommersiya mübahisəsi üzrə məhkəmə işinin qarşılıqlı razılıq əsasında həlli məqsədi ilə bağlanılır.

2. Barışığın şərtləri. 2.1. İddia tələbi üzrə e-2-2(113)-4917/2024 saylı kommersiya mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsində (bundan sonra “Məhkəmə” adlanacaq), hakim Hüseynov Kənan Zakir oğlunun icraatındadır. İddiaçı Cavabdeh-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı iddia tələbindən, yəni 324.834.93 (üc yüz iyirmi dörd min səkkiz yüz otuz dörd manat doxsan üç qəpik) manatdan (müqavilə üzrə yaranmış qalıq borc daşıma zamanı 5 (beş) sayda borulara vurulmuş ziyan məbləği olan 44.880.00 (qırx dörd min səkkiz yüz səksən) manatı Cavabdeh-nin xeyrinə imtina etməyi öz öhdəsinə götürür və Cavabdeh isə İddiaçı-ə yerdə qalan cəmi 279.954.93 (iki yüz yetmiş doqquz min doqquz yüz əlli dörd manat doxsan üç qəpik) manat borc məbləğini 5 (beş) ay müddətində İddiaçı-ə ödəməyi öz öhdəsinə götürür. 2.2.Tərəflər bu “Saziş”in təsdiq edilməsi və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4917/2024 saylı kommersiya mübahisəsi üzrə icraata xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edəcəklər. 2.3. Hazırda “Tərəflər” bu “Sazişi” imzalamaqla kommersiya mübahisəsinin razılaşma (danışıqlar) yolu ilə həllinə nail olmuşlar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla, “Tərəflər”in qarşılıqlı razılığına əsasən: İddiaçı Cavabdeh-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı iddia tələbindən, yəni 324.834.93 (üc yüz iyirmi dörd min səkkiz yüz otuz dörd manat doxsan üc qəpik) manatdan (müqavilə iizrə yaranmış qalıq borc məbləğindən) daşıma zamanı 5 (beş) sayda borulara vurulmuş ziyan məbləği olan 44.880,00 (qırx dörd min səkkiz yüz səksən) manatı Cavabdeh-nin xeyrinə imtina edir və bununla bağlı gələcəkdə Cavabdehyə qarşı hər hansı maddi və ya digər tələbi olmayacaqdır. Cavabdeh İddiaçı-ə yerdə qalan cəmi 279954.93 (iki vüz yetmiş doqquz min doqquz yüz əlli dörd manat doxsan üc qəpik) manat qalıq borc məbləğini 5 (beş) ay müddətində olmaqla aşağıdakı qrafik üzrə İddiaçı-ə ödəməyi öz öhdəsinə götürür:

Ödəniləcək borc məbləğləri S/S Aylar üzrə ödəniş tarixləri (AZN ilə) (ƏDV daxil) 1 18 noyabr 2024-cü il 55990,98 AZN

2 18 dekabr 2024-cü il 55990,98 AZN

3 18 yanvar 2025-ci il 55990,98 AZN

4 18 fevral 2025-ci il 55990,98 AZN

5 18 mart 2025-ci il 55990,98 AZN

2.4. İddiaçı bəyan edir ki, Cavabdeh bu Sazişin 2.3- cü bəndində göstərilmiş ödəniş qrafiki üzrə öhdəliklərini vaxtlı-vaxtında icra edəcəyi təqdirdə, iddia tələbində göstərilən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış 8120,82 (səkkiz min bir yüz iyirmi manat, səksən iki qəpik) manat faizi, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 4000 manat xərci və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 626,96 manat dövlət rüsumunun əvəzini Cavabdeh-dən tələb etməyəcəkdir. 2.5. Cavabdeh bu Sazişin 2.3-cü bəndi ilə müəyyən olunmuş qrafik üzrə ödəniş öhdəliklərini lazımınca icra etməzsə (hər hansı ödənişi vaxtında ödəməzsə və ya qismən ödəyərsə), bu halda İddiaçı cəmi 279.954,93 manat borcdan (yəni Cavabdeh-nin İddiaçı-ə olan mövcud və real borc məbləğindən) ödənilməyən qalıq borcun tamamilə ödənilməsi, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanmış 8120,82 manat faizin, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 4000 manat xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 626,96 manat dövlət rüsumunun əvəzinin Cavabdeh-dən məcburi qaydada tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.6. İddiaçı bu Sazişin 2.1 və 2.3-cü bəndlərində sözügedən borular üzərində Cavabdeh-nin mülkiyyət hüquqlarını tanıyır. 2.7. “Saziş”in imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq “Tərəflər” üçün yalnız “Saziş”in şərtləri etibarlı olur. 2.8. Tərəflər” yuxarıda qeyd olunan “Daşıma müqaviləsi” bağlandığı andan halhazıradək bir-biriləri barədə əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri, həmçinin bu “Saziş”in şərtlərini məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. Hazırkı bəndin tələbləri “Saziş” qüvvədən düşdükdən sonra 5 (beş) il ərzində qüvvədə qalacaqdır.

3. Sazişin müddəti. 3.1. Bu “Saziş” imzalandığı gündən qüvvəyə minir və son ödəniş həyata keçirildikdən sonra qüvvədən düşəcəkdir.

4. Tərəflərin məsuliyyəti. 4.1. “Tərəflər” “Saziş”də nəzərdə tutulan öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyırlar.

5. Sazişə xitam verilməsi. 5.1. Bu “Sazişə” Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər.

6. Yekun müddəalar. 6.1.Hazırkı “Saziş” ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. 6.2. Hazırkı “Saziş” hər biri 3 (üç) səhifədən ibarət 3 (üç) nüsxədə olmaqla eyni hüquqi qüvvəyə malik və hər “Tərəf’ üçün 1 (bir) nüsxə olmaqla (nüsxələrdən biri “Məhkəmə”-yə təqdim ediləcək) tərtib edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, kommersiya mübahisəsinin həlli məqsədilə, iddiaçı ilə cavabdeh arasında barışıq sazişi bağlandığını, həmin saziş məhkəmə tərəfindən təsdiq ediləcəyi halda, bundan irəli gələn prosessual nəticələr iddiaçıya məlum olduğunu qeyd etmişdir. Göstərilənlərin nəzərə alınaraq, məhkəmə baxışını iştirakı olmadan keçirilərək və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixi barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında imzalanmış barışıq sazişini təsdiq edilərək icraata xitam verilməsini və təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğuna və qanuna zidd olmadığına, başqa şəxslərin hüquq və mənafelərinə toxunmadığına görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4917/2024 saylı kommersiya mübahisəsini qarşılıqlı razılıqla həll etmək üçün aşağıdakı şərtlər barədə hazırkı “Barışıq Sazişi”ni (bundan sonra “Saziş” adlanacaq) imzaladılar:

1. Sazişin predmeti. 1.1.Bu “Saziş” Cavabdeh və İddiaçı arasında olan kommersiya mübahisəsi üzrə məhkəmə işinin qarşılıqlı razılıq əsasında həlli məqsədi ilə bağlanılır.

2. Barışığın şərtləri. 2.1. İddia tələbi üzrə e-2-2(113)-4917/2024 saylı kommersiya mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsində (bundan sonra “Məhkəmə” adlanacaq), hakim Hüseynov Kənan Zakir oğlunun icraatındadır. İddiaçı Cavabdeh-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı iddia tələbindən, yəni 324.834.93 (üc yüz iyirmi dörd min səkkiz yüz otuz dörd manat doxsan üç qəpik) manatdan (müqavilə üzrə yaranmış qalıq borc daşıma zamanı 5 (beş) sayda borulara vurulmuş ziyan məbləği olan 44.880.00 (qırx dörd min səkkiz yüz səksən) manatı Cavabdeh-nin xeyrinə imtina etməyi öz öhdəsinə götürür və Cavabdeh isə İddiaçı-ə yerdə qalan cəmi 279.954.93 (iki yüz yetmiş doqquz min doqquz yüz əlli dörd manat doxsan üç qəpik) manat borc məbləğini 5 (beş) ay müddətində İddiaçı-ə ödəməyi öz öhdəsinə götürür. 2.2.Tərəflər bu “Saziş”in təsdiq edilməsi və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4917/2024 saylı kommersiya mübahisəsi üzrə icraata xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edəcəklər. 2.3. Hazırda “Tərəflər” bu “Sazişi” imzalamaqla kommersiya mübahisəsinin razılaşma (danışıqlar) yolu ilə həllinə nail olmuşlar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla, “Tərəflər”in qarşılıqlı razılığına əsasən: İddiaçı Cavabdeh-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı iddia tələbindən, yəni 324.834.93 (üc yüz iyirmi dörd min səkkiz yüz otuz dörd manat doxsan üc qəpik) manatdan (müqavilə iizrə yaranmış qalıq borc məbləğindən) daşıma zamanı 5 (beş) sayda borulara vurulmuş ziyan məbləği olan 44.880,00 (qırx dörd min səkkiz yüz səksən) manatı Cavabdeh-nin xeyrinə imtina edir və bununla bağlı gələcəkdə Cavabdehyə qarşı hər hansı maddi və ya digər tələbi olmayacaqdır. Cavabdeh İddiaçı-ə yerdə qalan cəmi 279954.93 (iki vüz yetmiş doqquz min doqquz yüz əlli dörd manat doxsan üc qəpik) manat qalıq borc məbləğini 5 (beş) ay müddətində olmaqla aşağıdakı qrafik üzrə İddiaçı-ə ödəməyi öz öhdəsinə götürür:

Ödəniləcək borc məbləğləri S/S Aylar üzrə ödəniş tarixləri (AZN ilə) (ƏDV daxil) 1 18 noyabr 2024-cü il 55990,98 AZN

2 18 dekabr 2024-cü il 55990,98 AZN

3 18 yanvar 2025-ci il 55990,98 AZN

4 18 fevral 2025-ci il 55990,98 AZN

5 18 mart 2025-ci il 55990,98 AZN

2.4. İddiaçı bəyan edir ki, Cavabdeh bu Sazişin 2.3- cü bəndində göstərilmiş ödəniş qrafiki üzrə öhdəliklərini vaxtlı-vaxtında icra edəcəyi təqdirdə, iddia tələbində göstərilən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış 8120,82 (səkkiz min bir yüz iyirmi manat, səksən iki qəpik) manat faizi, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 4000 manat xərci və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 626,96 manat dövlət rüsumunun əvəzini Cavabdeh-dən tələb etməyəcəkdir. 2.5. Cavabdeh bu Sazişin 2.3-cü bəndi ilə müəyyən olunmuş qrafik üzrə ödəniş öhdəliklərini lazımınca icra etməzsə (hər hansı ödənişi vaxtında ödəməzsə və ya qismən ödəyərsə), bu halda İddiaçı cəmi 279.954,93 manat borcdan (yəni Cavabdeh-nin İddiaçı-ə olan mövcud və real borc məbləğindən) ödənilməyən qalıq borcun tamamilə ödənilməsi, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanmış 8120,82 manat faizin, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 4000 manat xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 626,96 manat dövlət rüsumunun əvəzinin Cavabdeh-dən məcburi qaydada tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.6. İddiaçı bu Sazişin 2.1 və 2.3-cü bəndlərində sözügedən borular üzərində Cavabdeh-nin mülkiyyət hüquqlarını tanıyır. 2.7. “Saziş”in imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq “Tərəflər” üçün yalnız “Saziş”in şərtləri etibarlı olur. 2.8. Tərəflər” yuxarıda qeyd olunan “Daşıma müqaviləsi” bağlandığı andan halhazıradək bir-biriləri barədə əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri, həmçinin bu “Saziş”in şərtlərini məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. Hazırkı bəndin tələbləri “Saziş” qüvvədən düşdükdən sonra 5 (beş) il ərzində qüvvədə qalacaqdır.

3. Sazişin müddəti. 3.1. Bu “Saziş” imzalandığı gündən qüvvəyə minir və son ödəniş həyata keçirildikdən sonra qüvvədən düşəcəkdir.

4. Tərəflərin məsuliyyəti. 4.1. “Tərəflər” “Saziş”də nəzərdə tutulan öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyırlar.

5. Sazişə xitam verilməsi. 5.1. Bu “Sazişə” Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər.

6. Yekun müddəalar. 6.1.Hazırkı “Saziş” ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. 6.2. Hazırkı “Saziş” hər biri 3 (üç) səhifədən ibarət 3 (üç) nüsxədə olmaqla eyni hüquqi qüvvəyə malik və hər “Tərəf’ üçün 1 (bir) nüsxə olmaqla (nüsxələrdən biri “Məhkəmə”-yə təqdim ediləcək) tərtib edilmişdir. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar