Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4920/2022 26.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəməyə xüsusi icraat üzrə təqdim edilmiş ərizənin məzmunundan məlum olur ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə Səbail-Bazar” ATSC-nin və “X2” MMC-nin icra orqanının rəhbəri olan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırda ərizəçi vergi borcunu tam ödəməsinə baxmayaraq, müvafiq orqan tərəfindən ölkədən getmək hüququna olan məhdudiyət aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə belə nəticəyə gəlir ki, iddianın yolverilməzliyinə, ərizəyə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olmadığına görə iddia ərizəsinin qəbulundan imtina edilməli,ərizəçiyə aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4920/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4920/2022
26.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver