Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4922/2021 01.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı “əmtəə və xidmət nişanlarından istifadəyə qadağa qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” Şirkəti (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “əmtəə nişanından istifadəyə qadağa qoyulması və maddi ziyanın ödənilməsi” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KİA” əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan “KİA” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, KİA ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi, dəymiş zərərin əvəzi olaraq 100.000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə olan hər iki etibarnamə leqallaşdırılmışdır, belə ki, təmsil etdiyi şirkət xarici şirkətdir, verilmiş etibarnamədə məhkəmə orqanlarında şirkətin hüquqlarının müdafiə edilməsi səlahiyyəti də göstərilmişdir, bu səbəbdən iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq, iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz edib onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Materiallarda olan 2020-12005 nömrəli Hanmi Qanunu və Notariat Ofisi tərəfindən verilmiş notarial setifikatından görünür ki, Koreya Respublikasının qanunlarına əsasən təsis edilən və Koreya 06797 Seul, Seocho-gu, Heolleung-ro, 12 ünvanında baş ofisi olan “X3” bununla X1rına əsasən təsis edilən və Dubay, P.O X6 Zonası 17337 ünvanında yerləşən X5 East FZE şikətinə aşağıdakı səlahiyyətləri verir: 1)avtomobil hissələri və ya aksessuarları ilə əlaqədar ticarət nişanları hüquqları ilə əlaqədar aşağıda sadalanan ərazilərdə pozulmuş və ya pozulması və ya başqa şəkildə pozulmuş və pozulması qadağan edilmiş məsələlər üzrə mənim adımdan fəaliyyət göstərmək. Bizim ticarət nişanlarımıza xüsusilə aşağıdakı ticarət nişanları olmaqla oxşar hüquqlar və ya müəllif hüquqları, adlar və ya təsvirlərdən yaranan hüquqlar daxil edilir. 2. Yuxarıda qeyd olunmuş məsələlər üzrə dövlət/regional ittihamçıları daxil olmaqla, qeyd olunan ərazilərdə milli orqan və ya agentlikləri və məhkəmə orqanları adından fəaliyyət göstərmək; 4) MPME Ərazidə onun əvəzinə fəaliyyət göstərməsi üçün müvafiq hesab etdiyi hər hansı şəxsə təyin olunmuş səlahiyyətləri verə bilər. Materiallarda olan 352 nömrəli 30 dekabr 2020-ci il tarixli Dubay Məhkəməsi tərəfindən verilmiş etibarnamədən görünür ki, X5 East FZE XXC2020R5R156F saylı leqalizasiya nömrəli ilə 12 oktyabr 2020-ci il tarixində X4 Nazirliyi tərəfindən leqallaşdırılmış və **********7 saylı attestasiya nömrəsi ilə 12 oktyabr 2020-ci il tarixində BƏƏ-nin Seuldakı Səfirliyində yoxlanılmış etibarnaməyə əsasən onlara həvalə edilmiş səlahiyyətlər vasitəsilə Azərbaycan Respublikası vətəndaşı Nümayəndə “İddiaçı” Şirkətini Azərbaycan Respublikası ərazisində bütün məhkəmələr, polis, prokurorluq və digər dövlət orqanları, Azərbaycan Respublikası Gömrük Komitəsi və təşkilati və hüquqi formasından asılı olmayaraq bütün təşkilatlar qarşısında təmsil etmək, şirkət adından sənədləri imzalamaq, sənədlərin surətlərini almaq, gömrük, vergi və digər orqanlar daxil olmaqla, Azərbaycan Respublikasının dövlət orqanlarından şirkət haqqında bütün məlumatları əldə etmək, bütün növ iddiaları, şikayətləri və ərizələri tərtib etmək, imzalamaq və müdafiə etmək, məhkəmə iddiasını və ya qarşılıqlı iddianı doldurmaq, apelyasiya və kassasiya şikayəti vermək, əmtəə nişanı üzrə hüquqların qorunması daxil olmaqla əqli mülkiyyət hüquqlarını qorumaq, apelyasiya, kassasiya və icra prosesləri daxil olmaqla bütün instansiyalarda iştirak etmək, şirkətin xeyrinə əmlak və pulu almaq, məhkəmənin qərarları ilə nəticələnən bütün icra proseslərində iştirak etmək, sülh (dostluq) müqaviləsini imzalamaq, iddiadan imtina etmək, iddianın tələblərini artırmaq və azaltmaq, istənilən vəkil, hüquqşünas, patent üzrə nümayəndə təyin etmək, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi yanında tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinə əqli mülkiyyət hüquqlarını daxil etmək üçün müraciət etmək, iddia ərizələri və vəsatətlər daxil olmaqla məhkəmələrdə nümayəndəlik üzrə bütün zəruri sənədləri imzalamaq səlahiyyətləri verilmişdir. MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “X3” tərəfindən X5 East FZE-yə verilmiş etibarnamədə iddia ərizəsinin imzalanması və mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi səlahiyyətləri xüsusi olaraq göstərilməmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı “əmtəə və xidmət nişanlarından istifadəyə qadağa qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı “İddiaçı” Şirkətinə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4922/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4922/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver