Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4929/2024 21.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 7.314,74 (yeddi min üç yüz on dörd manat yetmiş dörd qəpik) manat məbləğində qalıq borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 93,15 (doxsan üçn manat on beş qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020- ci il tarixli, 1490 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə, adda, qida və qeyri-qida məhsullarını vaxtaşırı satıcıdan sifariş etməyi, malları təhvil almağı və dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada ödəməyi, satıcı isə sifarişi təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış malları alıcıya təhvil verməyi qəbul edir. Müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən sifariş olunmuş mallar nəzərdə tutulmuş qaydada və müddətdə tam şəkildə cavabdehə təqdim edilmişdir. Təqdim edilmiş e-qaimə sənədlərindən və təhvil-qəbul aktlarından görünür ki, müqavilə imzalandığı tarixdən bu günə kimi cavabdehə ümumi dəyəri 39.317,97 manat məbləğində mallar təqdim edilmişdir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC İddiaçı MMCdən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə İddiaçı MMC-yə 7.314,74 manat məbləğində ödənilməmiş qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 29 yanvar 2020-cü il tarixli 1490 nömrəli alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə uçot məlumatlarına əsasən qalıq borcu 7.314,74 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2020-ci il tarixli, 1490 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
12. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
13. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBAW seriyalı, 725569 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 565,26 manat, EBAX seriyalı, 350162 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 608,33 manat, EBAX seriyalı, 350136 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 950,35 manat, EBAY seriyalı, 829995 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 785,58 manat, EBAZ seriyalı, 106790 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 310,07 manat, EBBC seriyalı, 933303 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 1172,49 manat, EBBE seriyalı, 630148 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 1.147,19 manat, EBBG seriyalı, 090052 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 728,90 manat, EBBJ seriyalı, 150105 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 702,93 manat, EBBK seriyalı, 605817 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 268,39 manat, EBBK seriyalı, 675583 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 250,40 manat, EBBK seriyalı, 819825 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 303,76 manat, EBBL seriyalı, 032482 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 312,50 manat, EBBN seriyalı, 689145 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 291,59 manat, EBBO seriyalı, 648407 nönrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 421,11 manat, EBBO seriyalı, 648408 nönrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 426,88 manat olan elektron qaimələr göndərilmişdir.
14. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 9.245,73 manat edir.
15. Bundan başqa, məhkəmə qeyd edir ki, malların iddiaçı tərəfindən cavabdehə verilməsinə dair tərəflər arasında təhvil-qəbul aktları imzalanmışdır.
16. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1490 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 7.314,74 manat borcu vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
18. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, cavabdehin isə verilmiş olan malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
19. İddiaçı tərəf də, hazırda verilmiş mallara görə cavabdehin ödənilməmiş 7.314,74 manat borcu tələb edir.
20. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia əsaslıdır və 7.314,74 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93,15 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 93,15 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə ətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 7.314 (yeddi min üç yüz on dörd) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 (doxsan üç) manat, 15 (on beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov