Məhkəmə qərarları › İş №e-2-2(113)-493/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-493/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-493/2020 26.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Cavabdeh” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxx 2016-cı il tarixli 067/15-GM-S alqısatqı müqaviləsinə əsasən 34.155,95 manat, xx xxxxxx 2017-ci il tarixli GMCB-000215 saylı qaiməyə əsasən 2.199,52 manat, xx xxxxxx 2017-ci il tarixli TXM-00065C/17 saylı texniki xidmət müqaviləsinə görə yaranmış 1.768,23 manat məbləğində borcun, gecikdirilmiş günlərə görə hesablanmış 44.915,07 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 83.068,77 manat məbləğində pul vəsaitinin cavabdeh “Cavabdeh” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyəti ilə əlaqədar cavabdeh “Cavabdeh” MMC ilə İddiaçı MMC arasında xx xxxx 2016cı il tarixli, 067/15-GM-S saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən satıcı alıcı tərəfindən seçilmiş 1 ədəd New Holland LM 1745 modelli teleskopik yükləyici (Şassi No: FNHNH17MND37545), 1(bir) ədəd Doosan D50SC-5 modelli çəngəlli yükləyici (Şassi No: FDB08-1120-00861) və New Holland L225 modelli kiçik həcimli yükləyici (Şassi No:NDM461118) satmağı, alıcı isə əmlakın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü maddəsinə əsasən müqavilənin ümumi məbləği ƏDV ilə birgə 216.000 manat təşkil edir. Lakin cavabdeh qeyd olunan məbləğin yalnız 181.844,06 manat hissəsini ödəmiş, 34.155,95 manat borcu isə ödənilməmiş qalmışdır. Alıcının vəzifələrini müəyyən edən müqavilənin 2.1.-ci bəndinə əsasən alıcı satıcının təqdim etdiyi hesab əsasında alıcı bu müqavilə imzalandığı tarixdə Əmlakın dəyərinin 100%-ini satıcıya ödəyir. Satıcıya ödəniş köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən isə, alıcı bu müqavilənin 2.1-ci bəndindəki öhdəlikləri vaxtında yerinə yetirmədikdə, öhdəliklərinin icrasının hər gecikdirilmiş günü üçün bu müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətin 1% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür. Beləliklə, ödənişləri gecikdirdiyinə görə cavabdehə hesablanmış dəbbə məbləği 44.915,07 manat təşkil edir. Bundan başqa GMCB-000215 saylı, xx xxxxxx 2017-ci il tarixli qaiməyə əsasən cavabdeh “Cavabdeh” MMC-yə İddiaçı MMC tərəfindən 2.199,52 manat məbləğində təkər məmulatları satılmışdır. Cavabdeh “Cavabdeh” MMC GMCB-000215 saylı xx xxxxxx 2017-ci il tarixli qaimə üzrə əmələ gəlmiş öhdəliklərini yerinə yetirməmişdir. Həmçinin, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixində TXM-00065C/17 saylı texniki xidmət müqaviləsi bağlanılmışdır. Bu müqavilə əsasında açılmış GM08187 və GM08501 saylı təmir aktlarına əsasən, “Cavabdeh” MMC üçün 1768,23 manat məbləğində təmir işləri görülmüşdür. Həmin məbləğdən “Cavabdeh” MMC bu günədək heç bir ödəniş etməmişdir. Beləliklə, cavabdeh “Cavabdeh” MMC-nin bu günə qədər İddiaçı MMC-yə olan ümumi borcu 83.038,77 manat təşkil edir. Daha sonra iddiaçı Bakı Kommersiya Məhkəməsinə elektron qaydada ərizə ilə müraciət edərək, iddianın təmini tədbiri olaraq cavabdeh “Cavabdeh” MMC-nin ərizədə göstərilən bank hesablarının üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Cavabdeh” MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: 1) İddiaçı MMC (satıcı) ilə “X3” MMC (alıcı) arasında xx xxxx 2016-cı il tarixli 067/15-GM-S saylı məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alıcı tərəfindən seçilmiş 1 ədəd New Holland LM 1745 modeli teleskopik yükləyici (şassi No: FNHNH17MND37545), 1 ədəd Doosan D50SC-5 modeli çəngəlli yükləyici (şassi No: FDB08-1120-00861) və New Holland L225 modelli kiçikhəcmli yükləyici (şassi No: NDM461118) satmağı (bundan sonra-əmlak), alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 1.2.3-cü maddəsinə əsasən müqavilənin ümumi məbləği ƏDV ilə birgə 216.000 manat təşkil edir. - 2.1.-ci bəndinə əsasən alıcı satıcının təqdim etdiyi hesab əsasında alıcı bu müqavilə imzalandığı tarixdə əmlakın dəyərinin 100%-ini satıcıya ödəyir. Satıcıya ödəniş köçürmə yolu ilə həyata keçirilir. - 4.1-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.1-ci bəndindəki öhdəlikləri vaxtında yerinə yetirmədikdə, öhdəliklərinin icrasının hər gecikdirilmiş günü üçün bu müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətin 1% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 067/15-GM-S saylı məhsulların alqı-satqı müqaviləsinə 1 №-li Əlavədə müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 216.000,00 manat olması müəyyən edilmişdir. xx xxxx 2016-cı il tarixli, AİA seriyalı, AÇŞ seriyalı, 188782 saylı qaim”ə-fakturalara əsasən İddiaçı MMC tərəfindən 216.000 manat məbləğində mallar X3” MMC-yə təhvil verilmişdir. Qaimə-faktura tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən cavabdeh X3” MMC -yə xx xxxxxxxx 2017-ci il tarixli pretenziya məktubu ünvanlanaraq cavabdehdən 218.200 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 2) xx xxxxxx 2017-ci il tarixdə İddiaçı MMC (icraçı) ilə X3” MMC (sifarişçi) arasında TXM-00065C/17 saylı texniki xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə icraçı sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini üzərinə götürmüşdür. 1.2-ci bəndinə görə icraçı həmin müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1 göstərilən texnikaların siyahısı üzrə servis xidməti göstərməli və hər texnika üçün tərtib edilmiş texniki kitabçalarda görülmüş işlər barəsində qeydləri aparılmalıdır. 1.3-cü bəndinə görə hazırkı müqavilənin Əlavə №1 hər hansı bir səbəbdən qeydə alınmamış texnikalar üzrə sifarişçi tərəfindən texniki xidmətə dair müraciət olunduqda, bu müqavilənin şərtləri əsasında icraçı tərəfindən yerinə yetirilməlidir. 1.4-cü bəndinə görə sifarişçi yeni texnikanı İddiaçı MMC-dən əldə etdiyi halda, icraçı zəmanət siyasəti çərçivəsində texniki xidmət göstərir. 2-ci bəndinə əsasən icraçı sifarişçiyə məxsus olan texnikalara texniki xidmət göstərməyi, sifarişçi isə bu işin müqabilində tələb olunan haqqı icraçıya vaxtlı vaxtında ödəməyi öhdəsinə götürür. 3-cü bəndinə əsasən görülmüş xidmət haqqının dəyəri tərəflər arasında imzalanmış akt əsas tutulub hesablanaraq sifarişçi tərəfindən 5 iş günü müddətində 100% köçürmə yolu ilə ödənilməlidir. Sifarişçi ödənişi gecikdirərsə, geckdirilmiş hər gün üçün hesablanmış məbləğin 0,1 % nisbətində dəbbə pulu ödəməlidir. xx.xx.2017-ci il tarixli GM08187 saylı və xx.xx.2017-ci il tarixli GM08501 saylı təmir aktlarına əsasən İddiaçı MMC tərəfindən göstərilmiş texniki xidmətlərin dəyəri ümumilikdə 1.768,23 manat təşkil etmişdir. Təmin aktları əsasında İddiaçı MMC tərəfindən göstərilmiş 1.416,00 manat dəyərində olan xidmətlərlə bağlı xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 741508 nömrəli və 352.23 manat dəyərində olan xidmətlərlə bağlı xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 087933 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə “Cavabdeh” MMC-yə göndərilmişdir. 3) GMCB-000215 saylı, xx xxxxxx 2017-ci il tarixli qaiməyə əsasən İddiaçı” MMC tərəfindən cavabdeh “X3” MMC-yə 2.199,52 manat məbləğində avtomobil şinləri satılmışdır. İddiaçı MMC tərəfindən cavabdeh “Cavabdeh” MMC-yə xx xxxxxxx 2019-cu il tarixli pretenziya məktubu ünvanlanaraq cavabdehdən 38.123,70 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh “Cavabdeh” MMC arasında (əvvəlki adı X3” MMC) alqı-satqı və texniki xidmət müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş malları cavabdehə təqdim etməklə, eyni zamanda sifariş edilmiş texniki xidmətləri göstərməklə həmin müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların və göstərilmiş xidmətləri dəyərini və tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda həmin müqavilə ürə“Cavabdeh” MMC-nin İddiaçı MMC-yə xx.xx.2016-cı il tarixli, 067/15GM-S saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış borcu 34.155,95 manat məbləğində xx.xx.2017-ci il tarixli, TXM-00065C/17 saylı texniki xidmət müqaviləsinə əsasən yaranmış borcu 1768,23 manat məbləğində borc və GMCB-000215 saylı, xx xxxxxx 2017-ci il tarixli qaiməyə əsasən avtomobil ehtiyat hissələrinin təqdim edilməsinə görə yaranmış borcu 2199,52 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567, 600.1-ci maddələrinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin bir hissəsini və göstərilmiş texniki xidmətlərin dəyərini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2016-cı iltarixli, 067/15GM- Ssaylı alqı-satqı müqaviləsinə əsasənyaranmış 34.155,95 manat məbləğində, xx.xx.2017ciiltarixli, TXM-00065C/17 saylı texnikixidmətmüqaviləsinə əsasənyaranmış 1768,23 manatməbləğində və avtomobilehtiyathissələrinintəqdimedilməsinə görə yaranmış 2199,52 manatməbləğində borctutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçininxx.xx.2016-cı iltarixli, 067/15GM-S saylı alqı-satqı müqaviləsinə əsasənyaranmış 34.155,95 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 44.915,07 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh “Cavabdeh” MMC-nin sözügedən alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 4.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Cavabdeh” MMC-dən xx.xx.2016-cı il tarixli, 067/15GM-S saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 34.155,95 manat məbləğində əsas borc və həmin borcun gecikdirilməsinə görə 4000 manat məbləğində dəbbə pulu, xx.xx.2017-ci il tarixli, TXM- 00065C/17 saylı texniki xidmət müqaviləsinə əsasən yaranmış 1768,23 manat məbləğində borc və avtomobil ehtiyat hissələrinin təqdim edilməsinə görə yaranmış 2199,52 manat məbləğində borc, cəmi 42.123,70 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2016-cı il tarixli, 067/15GM-S saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 34.155,95 manat (otuz dörd min yüz əlli beş manat doxsan beş qəpik) məbləğində əsas borc və həmin borcun gecikdirilməsinə görə 4000 (dörd min) manat məbləğində dəbbə pulu, xx.xx.2017-ci il tarixli, TXM-00065C/17 saylı texniki xidmət müqaviləsinə əsasən yaranmış 1768,23 (min yeddi yüz altmış səkkiz manat iyirmi üç qəpik) manat məbləğində borc və avtomobil ehtiyat hissələrinin təqdim edilməsinə görə yaranmış 2199,52 (iki min yüz doxsan doqquz manat əlli iki qəpik) manat məbləğində borc, cəmi 42.123,70 manat (qırx iki manat yüz iyirmi üç manat yetmiş qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar