Məhkəmə qərarları › İş №e-2-2(113)-4950/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4950/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4950/2022 20.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 10377,02 manat məbləğində pul vəsaitinin, Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli, 032/2019 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 10377,02 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 20 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2019-cu il tarixli ərizədə borcunu etiraf etmiş və xx.xx.2020-ci il tarixədək borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 10377,02 manat hissəsini bu günədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 032/2019 nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh nisyə borc olaraq ümumi dəyəri 10377,02 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır və Cavabdeh 10377,02 manat məbləğində olan borcunu 1 il ərzində pul şəklində ödəməyi öhdəsinə götürür. xx.xx.2019-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC müqavilə ilə müəyyən edilmiş məhsulları Cavabdeh təhvil vermişdir. xx.xx.2019-ci il tarixli Cavabdeh İddiaçı MMC-yə yazdığı ərizədən görünür ki, Cavabdeh 10377,02 manat məbləğində olan borcunu etiraf etmiş və qeyd olunan borcu xx.xx.2020-ci il tarixə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 10377,02 manat məbləğində borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə 10377,02 manat məbləğində borcunu ödəməmiş, belə ki, qeyd olunanlar cavabdeh imza atdığı ərizə və təhvim-təslim aktı ilə təsdiq edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10377,02 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10377,02 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar