Məhkəmə qərarları › İş №e-2-2(113)-4950/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4950/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4950/2023 08.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 11012,08 (on bir min qırx iki manat səkkiz qəpik) manat əsas borc, həmin borcun gecikdirilməsinə görə 1101,20 (bir min yüz bir manat iyirmi qəpik) dəyərində pul və ödənilən 210 (iki yüz on) manat mediasiya xərci olmaqla, ümumilikdə 12323,28 (on iki min üç yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında 15 aprel 2020-ci il tarixli, 157/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən mala görə ödənişi Cavabdeh MMC hesab fakturada göstərilmiş X3nda qeyd olunan müddətdə ödəyir və 4.3-cü bəndə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Cavabdeh MMC gecikdirilən hər gün üçün ödənilməli məbləğin 0,1% həcmində İddiaçı QSC-yə dəbbə pulu ödəyir. Müqavilə bağlandıqdan sonra mallar Cavabdeh MMC-yə vaxtında təhvil verilib və cavabdeh tərəfindən ödənişlər qısa müddətli gecikmələr olsa da, icra edilirdi. Son ödəniş 2000 (iki min) manat 30 mart 2023-cü il tarixdə olunub və həmin ödənişdən sonra dəfələrlə edilən zənglərə və göndərilən pretenziya məktublarına baxmayaraq, alıcı 11012,08 (on bir min qırx iki manat səkkiz qəpik) manat borcu bugünədək ödəmir. Həmin ödəməmə nəticəsində müqavilənin 4.3-cü bəndinə əsasən 1101,20 (bir min yüz bir manat iyirmi qəpik) manat məbləğində borc (gecikmə) faizi yaranmışdır. 31 iyul 2023-cü il tarixdə İddiaçı QSC bu mübahisəni məhkəmədənkənar həll etmək üçün Bakı 2 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf ödənişdən imtina etdiyi üçün heç bir razılıq əldə edilməmişdir. 17 avqust 2023-cü il tarixdə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən Cavabdeh MMC ilə razılığa gəlinmədiyi üçün arayış tərtib edilməklə protokolu qəbul edilmişdir.

3. Cavabdeh tərəfindən iddiaya etiraz və etiraza əlavə daxil olmuşdır. Etiraz və ona əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən ümumilikdə 12323,28 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edilir ki, iddiaçının iddiası aşağıda qeyd edilən səbəblərə görə əsassızdır və təmin edilə bilməz. Belə ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli alqı-satqı Müqaviləsinin 1.2-ci bəndinə əsasən sifariş edilən malın adı, miqdarı, çeşidi, qiyməti və çatdırılma şərtləri müqaviləyə əlavə şəklində müvafiq X3nda müəyyənləşdirilir. Müqavilənin 3.2-ci bəndində isə qeyd edilir ki, mala görə ödəniş alıcı tərəfindən hesab fakturaya əsasən X3nda qeyd olunan müddətdə həyata keçirilir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış olsa da, X3 cavabdehə təqdim olunmamış, tərəflər müqavilə ilə nəzərdə tutulmuş şərtlər barədə şifahi şəkildə razılığa gəlmiş və icra etmişlər. Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya prosesində, daha sonra isə Bakı Kommersiya Məhkəməsində baş tutmuş məhkəmə proseslərində İddiaçı QSC-dən X3nun təqdim edilməsi tələb edilsə də, iddiaçı protokolun olmadığı üçün təqdim edə bilməyəcəklərini, eyni zamanda da yuxarıda qeyd edilmiş şərtlər barədə tərəflərin şifahi şəkildə razılığa gəldiklərini etiraf etmişdir. Belə olan halda, iddiaçının iddia ərizəsində irəli sürdüyü tələbdə qeyd olunan məbləğin hansı sənədlə müəyyən edildiyi böyük sual yaradır. Belə ki, məhz müqavilədə qeyd olunan kimi malların adı, miqdarı, çeşidi, qiyməti və çatdırılma şərtləri yalnız X3nda müəyyən edilməlidir. Bundan əlavə, müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə ilə tədarük edilən malın gecikdirilməsinə görə satıcı gecikdirilən hər gün üçün müqavilə məbləğinin 0,1% həcmində alıcıya dəbbə pulu ödəyir, çatdırılma şərtləri isə, yuxarıda qeyd edildiyi kimi, X3nda müəyyələşdirilir. Protokolun tərtib olunaraq cavabdehə təqdim olunmadığı halda malın gecikdirilməsi sənəd üzərində öz təsdiqini tapmamış, beləliklə gecikdirilmə baş verdiyi halda qeydə alınmamış və bununla cavabdeh tərəfdən iddiaçıya qarşı müqavilə ilə nəzərdə tutulmuş məbləğin alınması hüququ məhdudlaşdırılmış və qarşılıqlı iddianın qaldırılmasına maneə olmuşdur.

Tədqiq olunan sübutlar:

4. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı QSC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə 157/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcı müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə hər bir sifariş Müqaviləyə əlavə şəklində hər iki Tərəfdən imza və möhürlə rəsmiləşdirilən alış sifarişi ilə edilir və hər bir sifariş üzrə malın adı, miqdarı, çeşidi, qiyməti və çatdırılma şərtləri müqaviləyə əlavə şəklində müvafiq X3nda müəyyənləşdirilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən mal aşağıdakılar üzrə satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən qəbul olumnuş hesab edilir: 6.1.1. keyfiyyətinə görə - zahiri yoxlama əsasında; 6.1.2. miqdarına görə - fakt əsasında, təhviltəslim zamanı. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən mal alıcıya təhvil verildiyi tarixdən 15 gün müddətində keyfiyyətsiz olduğu aşkar olunduğu halda, alıcı tərəfindən satıcıya irəli sürülən bütün tələblərin əks olunduğu akt tərtib olunur. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən satıcı həmin aktla tanış olmalı və onunla razılaşdığı halda 10 gün ərzində öz vəsaiti hesabına keyfiyyətsiz mal dəyişdirməlidir.

7. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 146027 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 277,30 manat (ƏDV daxil) təşkil edir.

8. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 400835 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4080,44 manat (ƏDV daxil) təşkil edir.

9. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 400839 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 376,42 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 400842 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 118 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 400845 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 123,90 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 768422 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 460,20 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 061092 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 460,20 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 061094 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 289,81 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 209098 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 152,22 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 209101 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 304,44 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 209112 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 75,52 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 444262 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 287,92 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 444264 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 460,20 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 444266 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 600,62 manat (ƏDV daxil) təşkil edir.

21. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 156660 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 234,60 manat (ƏDV daxil) təşkil edir.

22. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 156662 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 300,89 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 156664 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 92,65 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 156667 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 234,60 manat (ƏDV daxil) təşkil edir.

25. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 156669 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 373,15 manat (ƏDV daxil) təşkil edir.

26. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 156671 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 279,65 manat (ƏDV daxil) təşkil edir.

27. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 492645 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 104,55 manat (ƏDV daxil) təşkil edir.

28. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 492647 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 75,65 manat (ƏDV daxil) təşkil edir.

29. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 492648 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 188,80 manat (ƏDV daxil) təşkil edir.

30. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 492651 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 121,54 manat (ƏDV daxil) təşkil edir.

31. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 492652 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 138,56 manat (ƏDV daxil) təşkil edir.

32. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 982870 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 421,26 manat (ƏDV daxil) təşkil edir.

33. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 227131 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 690,30 manat (ƏDV daxil) təşkil edir.

34. İddiaçı tərəfindən iş materiallarına qeyd edilən elektron qaimələrin əsasında dayanan hesab-fakturalar və qaimə-fakturalar əlavə edilmişdir.

35. . "xxxx" KB ASC tərəfindən tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin AZ05UBAZ**********0040AZN001 nömrəli hesabına xx.xx.2022-ci il tarixdə 2964 manat (EBCH 378194, EBCH 626043, EBCH 959323, EBCH 959330, EBCİ 264324), xx.xx.2023-cü il tarixdə 571 manat (EBCİ 495704, EBCİ 495706, EBCJ 400845), xx.xx.2023-cü il tarixdə 1695 manat (EBCJ 081263, EBCJ 081265) məbləğində ödəniş edilmişdir.

36. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş İddiaçı QSC-nin (VÖEN: **********) çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 533,52 manat, xx.xx.2023-cü il tarixdə 102,78 manat, xx.xx.2023-cü il tarixdə 305,10 manat məbləğində ödəniş edilmişdir.

37. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, BD1 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatının AZ66AİİB400600C**********142 nömrəli hesabına 210 manat məbləğində ödəniş edilmişdir.

38. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 1207 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

39. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

42. İddia tələbinin bir hissəsini cavabdehdən 11012,08 manat əsas borcun tutulması təşkil edir.

43. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 11012,08 manat (on bir min on iki manat səkkiz qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

44. Belə qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, əvvəla, alqı-satqı predmeti olan malların təhvil verilməsini cavabdeh tərəf mübahisələndirməmişdir. Cavabdehin nümayəndəsi fəaliyyət göstərdikləri mağazanın bağlandığını, fəaliyyətlərini dayandırdıqlarını, qəbul etdikləri malları qaytarmaq istədiklərini, lakin iddiaçı tərəfin qəbul etmədiklərini bildirmiş, tərəflər arasında qiymət razılaşdırma protokolunun tərtib olunmadığını əsas gətirərək və s. (yuxarıda etirazda qeyd olunub) iddianı qəbul etmədiklərini bildirmişdir. Məhkəmə etirazı əsassız sayır. Belə ki, malların təhvil verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh tərəf protokolun olmaması səbəbindən malları qəbul etməyə də bilərdi. Bundan başqa, tərəflər arasında olan işgüzar münasibətə əsasən iddiaçı tərtib olunan hesab-fakturalar və qaimə-fakturalar əsasında malları təhvil vermiş, qarşı tərəfə elektron qaimə göndərmiş, cavabdeh də həmin qaimələr əsasında ödənişlər etmişdir. Belə ki, hazırkı tələblə bağlı olmasa da, iddiaçı tərəfindən təqdim olunan bank hesabı və Vergilər Xidməti tərəfindən tərtib edilmiş İddiaçı QSC-nin hesabından çıxarışlardan göründüyü kimi, müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçının göndərdiyi elektron qaimələr əsasında ödənişlər edilmişdir. Cavabdehə göndərilən elektron qaimələr cavabdeh tərəfindən etirazsız qəbul edilmişdir. Həmin qaimələrdə (eləcə də, hesab-fakturalar və qaimə-fakturalarda) malların adı, qiyməti, miqdarı barədə məlumatlar öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilən hesab-fakturalar və qaimə-fakturalardakı məlumatlar elektron qaimələrdəki məlumatlarla bir-birinə uyğundur və üst-üstə düşür. Eyni qaydada elektron qaimələri qəbul edib ödənişlər edən cavabdehin etirazını məhkəmə əsassız sayır və belə qənaətə gəlir ki, cavabdehin etirazında göstərdiyi hallar hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz.

45. Bundan əlavə iddiaçı cavabdehdən 1101,20 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

46. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

47. Eləcə də, 210 (iki yüz on) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

48. Məhkəmə hesab edir ki, 210 (iki yüz on) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 11012,08 manat (on bir min on iki manat səkkiz qəpik) əsas borc, 300 (üç yüz) manat cərimə, 210 (iki yüz on) manat mediasiya xərci olmaqla, cəmi 11522,08 manat (on bir min beş yüz iyirmi iki manat səkkiz qəpik) məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar