Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-496/2020 17.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC–nin cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Cavabdehnə qarşı ƏDV daxil olmaqla 9676,72 (doqquz min altı yüz yetmiş altı manat yetmiş iki qəpik) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 2302,84 (iki min üç yüz iki manat səksən dörd qəpik) manat məbləğində faizlər və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 12009,56 (on iki min doqquz manat əlli altı qəpik) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tikilməkdə X3 tutularaq İddiaçınə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2016-cı il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-057-S-PCC-16 №-li müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tikilməkdə X5 avtomobillərinə texniki və təmir xidmətləri göstərmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron vergi-hesab fakturaları və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Lakin cavabdeh göstərilən bəzi xidmətlərin haqqını ödəməmişdir. Hazırda iddiaçının göstərdiyi texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMCyə ƏDV daxil olmaqla 9676,72 (doqquz min altı yüz yetmiş altı manat yetmiş iki qəpik) manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC xx.xx.2019-ci iltarixində borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx xxxxx 2016-cı il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-057-S-PCC-16 №-li müqavilənin 5.9cu maddəsinə əsasən “Sifarişçi” xidmət haqqının ödənilməsini gecikdirirsə hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödəniləcək məbləğin 30%-dən artıq ola bilməz. Cavabdeh göstərilmiş xidmətlərin dəyəri olan 9676,72 (doqquz min altı yüz yetmiş altı manat yetmiş iki qəpik) manat məbləğində pulun (ƏDV daxil olmaqla) ödənişini uzun müddət gecikdirmişdir. Buna görə də müqaviləyə əsasən hesablanmış dəbbə pulunun ümumi məbləği xx xxxxxx 2019-cu il tarixinə qədər 2302,84 (iki min üç yüz iki manat səksən dörd qəpik) manat təşkil edir və iddiaçı bu məbləğində cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Cavabdeh və “İddiaçı.” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Avtomobillərə Texniki Xidmət və Təmiri haqqında” C-057-S-PCC-16 nömrəli Müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin sifarişinə əsasən ona məxsus olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, “Sifarişçi” isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını “İcraçıya” ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə 01 nömrəli əlavəyə əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Cavabdehnə məxsus olan avtomobillər 2015-ci il buraxılışlı “Hyundai Sonata” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, “Hyundai Sonata” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “Chevrolet Niva” minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı “Naz Lifan” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillərdən ibarətdir. İş materiallarında olan “İddiaçı.” MMC tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Cavabdehnə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, “İddiaçı.” MMC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Cavabdehnə 8915,61 manat borcu xx.xx.2019-cu il tarixinədək ödəməyi xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş materiallarında olan elektron qaimələrdən müəyyən olunur ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Cavabdeh və “İddiaçı.” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Avtomobillərə Texniki Xidmət və Təmiri haqqında” Müqavilə üzrə ümumilikdə 8840,10 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Cavabdeh direktoru Leysan Məmmədova tərəfindən məhkəməyə ünvanlanmış ərizədə “İddiaçı.” MMC tərəfindən təqdim olunmuş sənədlərə əsasən 8840.10 azn məbləğində borc yarandığını, idarənin büdcədən maliyyələşdirildiyini nəzərə alaraq vəsait daxil olduqdan sonra yaranmış borcu hissə-hissə ödənilməsinə zəmanət verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış müqavilə üzrə hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir deyildir. Odur ki, tələb edilən məbləğdə deyil, 230 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tikilməkdə X2 8840,10 manat əsas borc, 230 manat faiz borcu, cəmi 9070,10 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tikilməkdə X2 8840,10 manat əsas borc, 230 manat faiz borcu, cəmi 9070,10 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-496/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-496/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver