Məhkəmə qərarları › İş №e-2-2(113)-497/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-497/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-497/2020 02.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış 669,37 manat məbləğində borc, cərimə üzrə hesablanmış 587,01 manat, dövlət rüsumu olaraq 30 manat, cəmi 1286,38 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı müqavilə üzrə yaranmış 492,12 manat məbləğində borc, cərimə üzrə hesablanmış 45,13 manat, dövlət rüsumu olaraq 30 manat, cəmi 567,25 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 669,37 manat məbləğində borc, cərimə üzrə hesablanmış 587,01 manat, dövlət rüsumu olaraq 30 manat, cəmi 1286,38 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2019cu il tarixli, 00615 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri cavabdeh müqavilə üzrə“Partnyor”, iddiaçı isə “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X3 manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbuletməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinəəsasən, X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Müştərinin Partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 18 % dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1-ci bəndinə əsasən, Partnyor Operatora göstərdiyi xidmətlərə görəaylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, Partnyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partnyorun TMM-ində həyata keçirdiyi və hesabaayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 7%-ni təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və Tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının Tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə cavabdehin 492,12 manat məbləğində borcu yaranmışdır. Qeyd etmək lazımdır ki, müqavilə bağlanan tarixdən cavabdeh tərəfindən ümumiyyətlə ödənişedilməmişdir. Cavabdehin 492,12 manat məbləğində borc qalığının ödənilməsinə dair iddiaçı tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Müraciətlər yazılı, şifahi, eləcə də görüşlərin baş tutması ilə həyata keçirilmişdir. Müqavilənin 6.3.4-cü bəndinəəsasən, müqavilə üzrə maliyyəşərtlərini vaxtında yerinə yetirmək Partnyorun vəzifələrindən biridir. Müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faiziməbləğindəcərimə(peniya) ödənilməsinitələb etmək hüququna malikdir. Müqavilənin 7.1-ci bəndinə və Mülki Məcəllənin 462-ci maddəsinə əsasən, gecikdirilmiş günlər üzrə cavabdehə 45,13 manatməbləğindəcərimə hesablanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda cavabdehin müqavilə üzrə 669,37 manat məbləğində, cərimə üzrə 587 manat borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı ilə bağladığı xx.xx.2019-cu il 00615 nömrəli “Xidmət müqaviləsi”nin 3.5-ci maddəsinə əsasən Bonus manatlarının ekvivalentinin operatorun hesablaşma hesabına köçürülməsi Operatorun hesabat ayının nəticələri əsasında hazırladığı toplanmış bonus manatlarının hesabatı əsasında hesablayan partnyor tərəfindən həyata keçirilir. Hesabat operator tərəfindən partnyora hesabat ayından sonrakı ayın 10-dan gec olmayaraq göndərilir. Müqavilənin 3.11-ci maddəsinə əsasən hesabat təsdiq edildikdən sonra Partnyor onu imzalayaraq Operatorun ünvanına, eləcə də, müvafiq məlumat təkrarlamaqla operatorun mailto:partner@umico.azElektron ünvan electron poçt ünvanına göndərilməlidir. Müqavilənin icrası dövründə iddiaçıdan müvafiq tələblərə cavab verən hesabatları əldə etməmişdir.Belə ki, müqaviləyə əsasən hesabatlar müştərilərin həyata keçirdiyi əməliyyatların sayı və məbləği, belə əməliyyatların həyata keçirilməsi zamanı toplanmış və istifadə edilmiş bonus manatlarının məbləğini nəzərdə tutmalıdır. Eyni zamanda xx.xx.2019-cu il tarixdə müqavilə üzrə qurulmuş işgüzar münasibətlərə uyğun olaraq email vasitəsi ilə müqaviləyə xitam verilməsi barədə iddiaçının əməkdaşına bildiriş göndərmişdir. Bu müqavilənin 9.4-cü maddəsi tələblərinə uyğun həyata keçirilmişdir. İddiaçı hesablanmış borcun və cərimələrin hansı dövrdən hesablandığını aydın göstərmədiyindən əsassız tələblərin irəli sürüldüyünü düşünməyə əsas verir. Bundan başqa, iddia ərizəsində göstərilir ki, müqavilə üzrə hər hansı ödəniş etməmişdir. Müqavilə üzrə iddiaçının tələbləri əsasında xx.xx.2019-cu il tarixdə 46.13 manat məbləğində ödəniş həyata keçirmişdir. Qeyd edilənlərdən başqa iddia ərizəsində tələb olunan məbləğ 567 manat olduğu göstərilsə də, daha sonra verilən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə bu məbləğ 669,37 manat borc, hesablanmış cərimə 587 manat və dövlət rüsumu 30 manat olmaqla 1286,38 manat kimi göstərilmişdir. Qeyd edilən məbləğin yaranma əsası barədə heç bir sübutlar təqdim edilməmişdir. Bu hal bir daha göstərir ki, iddiaçı müqavilə üzrə borcun hesablanması barədə aydın hesabatlılığa malik deyildir və əsassız olaraq müxtəlif məbləğlərdə tələblər irəli sürür. Baxmayaraq ki, müqavilənin 6.1.3-cü maddəsinə əsasən proqramın qaydalarına uyğun olaraq müştərilərin bonus hesabları üzrə bonus manatlarının etibarlı uçotunu aparmaq iddiaçının vəzifəsidir. Eyni zamanda müqavilə üzrə ödənilmiş vəsaitlər və müqaviləyə xx.xx.2019-cu il tarixdən xitam verilməsi də nəzərə alınmır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin məlumatından görünür ki, Cavabdeh vergi ödəyicisi kimi uçota alınaraq, ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. xx.xx.2019-cu il tarixli, 00615 saylı xidmət müqaviləsinin surətindən görünür ki, iddiaçı Proqramın qaydalarına uyğun olaraq Müştərinin bonus hesabına Bonus manatlarını hesablamağı, Bonus manatlarının Ekvivalenti məbləğinin hesablanmasını təmin etməyi, öz hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini qəbul etməyi, Bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən Bonus manatlarının istifadəsi üzrə göstərişini yerinə yetirməyi, cavabdeh isə proqram çərçivəsində Müştəri tərəfindən Hesablayan Partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə cavabdeh, Müştəriyə Bonus manatlarının hesablanmasını maliyyələşdirməyi, iddiaçının Müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına iddiaçı tərəfindən hesablanan Bonus manatlarının Ekvivalentini köçürməyi öhdələrinə götürmüşlər. 14 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətin dəyəri 715,5 manat təşkil etmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya borcu, əsas borc üzrə 669,37 manat, cərimə üzrə 587,01 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qisməntəmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00615 saylı xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Proqramın qaydalarına uyğun olaraq Müştərinin bonus hesabına Bonus manatlarını hesablamağı, Bonus manatlarının Ekvivalenti məbləğinin hesablanmasını təmin etməyi, öz hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini qəbul etməyi, Bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən Bonus manatlarının istifadəsi üzrə göstərişini yerinə yetirməyi, cavabdeh isə proqram çərçivəsində Müştəri tərəfindən Hesablayan Partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə cavabdeh, Müştəriyə Bonus manatlarının hesablanmasını maliyyələşdirməyi, iddiaçının Müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına iddiaçı tərəfindən hesablanan Bonus manatlarının Ekvivalentini köçürməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 715,5 manat dəyərində xidmət göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya 46.13 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına əsasən cavabdehin iddiaçıya borcu, əsas borc üzrə 669,37 manat, cərimə üzrə 587,01 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilə üzrə cavabdehə xidmət etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş eletkron qaimələrdən, bank hesabından çıxarışdan, qəbzlərdən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının xidmətlərindən istifadə edilmiş, iddiaçının göstərdiyi xidmətə görə xx.xx.2019-cu il tarixdə 46.13 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 669,37 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 7.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 587,01 manat dəbbə pulu məbləği yaranmış 669,37 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 35 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, müqavilə üzrə yaranmış 669,37 manat məbləğində borc, 35 manat, cəmi 704,37 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (704,37 manat) iddia tələbinin (1256,38 manat) 56 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 16,8manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 13,2 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Müqavilə üzrə yaranmış 669,37 manat məbləğində borc, 35 manat cərimə, cəmi 704,37 manat məbləğ Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 16,8 manat məbləği Cavabdeh tutularaq İddiaçınə ödənilsin, qalan 13,2 manat məbləği isə İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar