Məhkəmə qərarları › İş №e-2-2(113)-4978/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4978/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4978/2023 16.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı cavabdehdən 121502.77 AZN (yüz iyirmi bir min beş yüz iki manat, yetmiş yeddi qəpik) əsas borc, Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 9001.17 AZN (doqquz min bir manat, on yeddi qəpik) cərimə, xx.xx.2021-ci il tarixli müqavilənin 2.4.9-cu bəndinə əsasən 321883.58 AZN (üç yüz iyirmi bir min səkkiz yüz səksən üç manat, əlli səkkiz qəpik) verilmiş endirim məbləği və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 AZN (dörd yüz on manat) məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən 121502.77 AZN (yüz iyirmi bir min beş yüz iki manat, yetmiş yeddi qəpik) əsas borc, Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 9001.17 AZN (doqquz min bir manat, on yeddi qəpik) cərimə, xx.xx.2021-ci il tarixli müqavilənin 2.4.9-cu bəndinə əsasən 321883.58 AZN (üç yüz iyirmi bir min səkkiz yüz səksən üç manat, əlli səkkiz qəpik) verilmiş endirim məbləği və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 AZN (dörd yüz on manat) məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6, 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən 121502.77 AZN (yüz iyirmi bir min beş yüz iki manat, yetmiş yeddi qəpik) əsas borc, AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 9001.17 AZN (doqquz min bir manat, on yeddi qəpik) cərimə, xx.xx.2021-ci il tarixli müqavilənin 2.4.9-cu bəndinə əsasən 321883.58 AZN (üç yüz iyirmi bir min səkkiz yüz səksən üç manat, əlli səkkiz qəpik) verilmiş endirim məbləği və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 AZN (dörd yüz on manat) məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar