Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-498/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmlakın icbari sığortası, subroqasiya qaydasında pulun tutulması, təqsir) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 35000 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 195 manat dövlət rüsumu, 0,4 manat xidmət haqqının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. cavabdeh Qanuni nümayəndə məxsus olan və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçı ilə bağlanmış “əmlak sığortası” müqaviləsinə əsasən sığorta təminatı almış və iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli RAZ********** saylı sığorta şəhadətnaməsi verilmişdir. xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus mağazalarda yanğın baş vermiş, nəticədə dəymiş zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 35000 manat məbləğində sığorta ödənişi edilmişdir. 2.2. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən mağazalarda baş vermiş yanğın faktında X7 əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərara əsasən, X7 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən “ünvan 3çisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, yanğın təhlükəsizliyi haqqında qanunvericiliyin tələblərinə riayət etmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, araşdırma nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/2097 saylı ekspert rəyinə əsasən X15 ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin “İcarəçi” qrafasındakı imzanın, 124-cü və 174-cü səhifədəki imzaların başqa şəxslər tərəfindən icra olunduğu müəyyən edilmişdir. 2.3. Beləliklə, araşdırmanın nəticəsinə əsasən Qanuni nümayəndə və X15 arasında bağlanmış icarə müqaviləsinin icarəyə götürən tərəfindən imzalanmamasına baxmayaraq, icarəyə verilməsi və məhz əmlakın imzalanmamış və təsdiq edilməmiş müqavilə əsasında icarəyə verilməsindən sonra X7 yanğın təhlükəsizliyi haqqında qanunvericiliyin tələblərinə riayət etməməsi və bunun nəticəsində yanğın hadisəsinin baş verməsi müəyyən edilmişdir. 2.4. Qeyd edilən sığorta hadisəsi nəticəsində ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dəymiş zərər 35150 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən sözügedən zərərin aradan qaldırılması üçün 150 manat şərtsiz azadolma məbləği çıxılmaqla 35000 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/2097 saylı ekspert rəyindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə obyekti X15 ilə bağlanmış icarə müqaviləsini onun imzası olmadan bağladığını göstərir. 2.5. Qanunvericilik normaları belə nəticəyə gəlməyə əsas verir ki, Qanuni nümayəndə müəssisədə yanğın təhlükəsizliyini təmin etməli olan şəxs – hüquqi şəxsin rəhbəri kimi yanğın təhlükəsizliyini təmin etməli olduğu halda, obyekti bu qaydada icarəyə verərək, yanğın təhlükəsizliyi qaydalarını pozmuş, həmin qaydalara riayət etməli olan cavabdeh şəxsi və ya şəxsləri müəyyən etməmiş, obyekti icarəyə götürən şəxsi və digər işçiləri yanğın təhlükəsizliyi qaydaları ilə tanış etməmiş və təlimatlandırmamışdır. Qeyd edilənlər cavabdehlərin xx.xx.2018-ci il tarixli yanğın hadisəsinin baş verməsində X15 ilə birgə məsuliyyət daşıdıqlarını deməyə əsas verir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 936, 1108-ci və s. maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 06 may 2002-ci il tarixli 43 nömrəli əmri ilə təsdiq edilmiş “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 1.4, 1.2, 4.3, 13.1-ci və s. bəndləri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-498/2025 nömrəli qərardadı ilə iddia tələbinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35000 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 195 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulub iddiaçıya ödənilməsi” hissəsində iddiaçının iddiadan imtinasının qəbul edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, Qanuni nümayəndə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri – qanuni təmsilçisi kimi yanğın təhlükəsizliyi qaydalarına əməl etməli və icarəyə götürənləri yanğın təhlükəsizliyi qaydaları ilə tanış etməlidir. Hazırkı iş üzrə Qanuni nümayəndə icarə müqaviləsi bağlanılmadan, şifahi müqavilə əsasında obyekti X11 icarəyə verib və icarəçi yanğın təhlükəsizliyi qaydaları ilə tanış edilməyib. Bu səbəbdən Qanuni nümayəndə müvafiq hərəkətsizlikdə təqsiri mövcuddur. Həmin təqsir nəticəsində baş verən yanğın hadisəsi ilə bağlı iddiaçı sığorta ödənişi etmişdir, bu səbəbdən də həmin məbləği subroqasiya qaydasında cavabdehdən tutulmalıdır.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda təqsirli şəxs müəyyən olunmuşdur. Belə ki, həmin qərarda X15 təqsirli hesab edilmişdir. Subroqasiya qaydasında cavabdehdən sığorta ödənişinin tələb edilməsi üçün məhz cavabdehin təqsiri müəyyən olunmalı idi. xx.xx.2018-ci il tarixli icarə müqaviləsini isə tərəflər icra ediblər. Hazırda iddiaçının həmin əqdi mübahisələndirməyə subyektiv hüququ yoxdur.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, daşınmaz əmlakın icbari sığortası barədə xx.xx.2017-ci il tarixli BA 773529 seriya və nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi ünvanında yerləşən “Suraxanı” bazarı (qeyri-yaşayış sahəsi) ümumilikdə 361 846 manat sığorta məbləği həddində (150 manat azadolma məbləği) icbari sığorta qaydasında sığortalı "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmaqla iddiaçı tərəfindən sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi ünvanında yerləşən “Suraxanı” bazarında baş vermiş yanğın hadisəsi nəticəsində qeyri-yaşayış sahəsinə zərər dəymiş, dəymiş zərərin xx.xx.2019-cu il tarixli hesabatına görə ümumi zərər 35150 manat qiymətləndirilmiş, 25 fevral 2019-cu il tarixli 3691/CFİ-070/2018-2019 nömrəli sığorta aktı ilə xx.xx.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 35150 manat müəyyən edilmiş, 150 manat azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi 35000 manat təyin edilmiş və xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı əsasında sığortalı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına köçürülmüşdür.
12. İddiaçı cavabdeh Qanuni nümayəndə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi kimi yanğın təhlükəsizliyi qaydalarına əməl etməli olmasına, həmçinin icarəyə götürənləri yanğın təhlükəsizliyi qaydaları ilə tanış etməli olduğu halda, obyekti icarəyə götürən şəxs X12 və digər işçiləri yanğın təhlükəsizliyi qaydaları ilə tanış etmədiyinə və təlimatlandırmadığına istinad edərək cavabdehin xx.xx.2018-ci il tarixli yanğın hadisəsinin baş verməsində X15 ilə birgə məsuliyyət daşıdığını bildirir və subroqasiya qaydasında sığorta ödənişinin cavabdehdən tutulmasını tələb edir.
13. Cavabdeh xx.xx.2018-ci il tarixli yanğın hadisəsi ilə bağlı aparılmış araşdırmanın yekunu olaraq qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda hadisənin baş verməsində X7 təqsirli hesab edilməsinə istinad edərək qaldırılmış iddianın rədd edilməsini xahiş edir.
14. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ mövcuddur.
16. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
17. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
19. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz edir. Bu mənada subroqasiya qaydasında pulun tutulması tələblərində hər bir halda zərərvuranla zərərçəkən arasında yaranmış öhdəliyin xarakteri qiymətləndirilməlidir.
20. Hazırkı işin hallarından görünür ki, xx.xx.2018-ci il tarixli yanğın hadisəsində sığortalı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə zərər dəymişdir və bu mənada ilkin olaraq həmin zərərə görə cavabdehin məsuliyyət daşıyıb-daşımaması müəyyən edilməlidir.
21. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində xx.xx.2018-ci il tarixli yanğın hadisəsi ilə bağlı aparılmış 0526 nömrəli material üzrə həyata keçirilmiş 27 may 2024-cü il tarixli 3-16-16/2-10/2050 nömrəli təkrar yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasından görünür ki, ekspert qarşısında baş vermiş yanğın hadisəsi ilə əlaqədar qüvvədə olan hansı normativ aktların tələbləri kimlər tərəfindən pozulduğu və "xxxx" Açıq Səhmdar Cəmiyyəti, sonradan “İcarədar” adlanacaq Qanuni nümayəndə ilə sonradan “İcarəçi” adlanacaq X15 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə yanğın təhlükəsizliyinə cavabdehlik heç kimə həvalə olunmadığı halda, həmin sahədə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına kimin məsuliyyət daşıdığının müəyyən olunması ilə bağlı suallar qoyulmuş, həmin rəydə göstərilmişdir ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №01-2001) 6.1, 6.2, 6.5-ci bəndlərinin və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №03-2002) 3.19.3, 3.19.4-cü bəndlərinin tələbləri pozulmuşdur, həmçinin xx.xx.2018-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə yanğın təhlükəsizliyinə cavabdehlik heç kimə həvalə olunmadığı halda, həmin sahədə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına kimin məsuliyyət daşıması məsələsi təhqiqat tərəfindən müvafiq araşdırmalar aparılmaqla və iş materiallarında olan məlumatlara hüquqi qiymət verilməklə həll edilə bilər.
22. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı leytenant X3 0526 saylı material üzrə qəbul etdiyi 27 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, yoxlama zamanı toplanmış materialla müəyyən edilmişdir ki, yanğın hadisəsi, 3-cü mağazanın daxilində yerləşmiş elektrik xətlərində və elektrik avadanlıqlarında yaranmış elektrik təbiətli qəza halından (artıq yüklənmədən) baş verməsi üçün xarakterikdir. Ona görə də X15 ünvan 6 ünvanında yerləşən "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən icarəyə götürdüyü 3 saylı mağazanın istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2, 6.5-ci, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qadaları”nın 3.19.3 və 3.19.4-cü bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də 26 aprel 2018-ci il tarixdə, saat 00 radələrində mağazanın daxilində yerləşmiş elektrik xətlərində və elektrik avadanlıqlarında qəza halının yaranmasından yanğın baş vermiş, nəticədə 6 mağaza içərisindəki əmlakla birlikdə yanğının təsirinə məruz qalmış "xxxx" ASC-yə tikinti üzrə 49987,0 manat, 6 saylı mağazanı icarəyə götürmüş X8 əmtəə üzrə 76969,85 manat, 2 saylı mağazanı icarəyə götürmüş X1 əmtəə üzrə 12688,60 manat, 4 saylı mağazanı icarəyə götürmüş X2 əmtəə üzrə 12176,00 manat, 5 saylı mağazanı icarəyə götürmüş X9 əmtəə üzrə 18032,67 manat, X6 9756,00 manat maddi ziyan dəymişdir. Lakin yoxlama materialından da göründüyü kimi yanğın hadisəsi nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, mağazalara dəymiş maddi ziyan mühüm zərər kimi qiymətləndirilmir, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Odur ki X7 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilməlidir.
23. Göründüyü kimi, xx.xx.2018-ci il tarixli yanğın hadisəsi ilə bağlı təhqiqat orqanı tərəfindən aparılmış araşdırma nəticəsində hadisənin məhz icarəçi X5 icarəyə götürdüyü obyektin daxilində yerləşmiş elektrik xətlərində və elektrik avadanlıqlarında yaranmış elektrik təbiətli qəza halından (artıq yüklənmədən) baş verməsi, hadisəyə sonuncunun məsuliyyət daşıması müəyyən edilmiş, lakin X5 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməməsi qərara alınmışdır.
24. Hazırda isə iddiaçı cavabdehin X15 ilə birlikdə dəymiş zərər üçün birgə məsuliyyət daşımasına dair hər hansı sübut təqdim etməmiş, formal mülahizələr irəli sürmüşdür.
25. İddiaçının xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə X5 imza etməməsi, bu səbəbdən də sonuncunun yanğın təhlükəsizliyi qaydaları ilə tanış edilməməsi və nəticədə cavabdehin məsuliyyət daşıması ilə bağlı mövqeyinə münasibətdə isə məhkəmə göstərir ki, xx.xx.2018-ci il tarixli yanğın hadisəsi ilə əlaqədar aparılmış araşdırma zamanı X15 verdiyi izahatında göstərmişdir ki, 2013-cü ildən ünvan 6 ünvanında yerləşən “ünvan 8ıq fəaliyyəti ilə məşğul olur. Həmin mağazada o toyuq məhsullarının satışını həyata keçirir. 26 aprel 2018 tarixdə saat 01 radələrində mobil telefonuna zəng olunaraq ASC-yə məxsus bazar ərazisində yanğın hadisəsinin baş verdiyi bildirilmiş, ürək xəstəsi olduğu üçün dərhal bazara getməmişdir. Bir neçə gündən sonra hadisə yerinə gedərək icarəyə götürdüyü mağaza da daxil olmaqla, ümumilikdə 6 mağazanın içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qaldığının şahidi olmuşdur. Hadisədən əvvəl mağazanın daxilində olan 5 ədəd soyuducudan biri və çöl hissədə olan 2 soyuducu elektrik cərəyanına qoşulu qalmışdır.
26. Göründüyü kimi, icarəçi X15 tərəflər arasında icarə münasibətlərinin olduğunu təsdiq etmişdir. Bu səbəbdən xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə X5 imza edibetməməsinin hazırkı işin halları baxımından hər hansı əhəmiyyəti yoxdur. Həmçinin göstərilməlidir ki, xx.xx.2018-ci il tarixli yanğın hadisəsi ilə əlaqədar aparılmış araşdırma zamanı xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə X5 imza etməməsi ilə bağlı 30 yanvar 2024-cü il tarixli 3-16-16/2-4/2097 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi də təhqiqat orqanına təqdim edilmişdir.
27. Digər tərəfdən, nəzərə alınmalıdır ki, icarəçi icarə münasibətlərindən irəli gələrək icarə obyektinə sahiblik və istifadə hüququna malikdir və bu mənada hər iki tərəfin sahibkarlıq fəaliyyəti subyekti olduğu icarəyəverən ilə icarəçi arasındakı münasibətlər əmək-hüquqi mübasibətləri deyildir və işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi müəyyən edilən əməyin mühafizəsi qaydaları həmin münasibətlərə tətbiq edilə bilməz. Bu səbəbdən yanğın təhlükəsizliyi qaydaları ilə icarəçinin cavabdeh tərəfindən tanış edilməsi vəzifəsi yalnız tərəflər arasında əmək münasibətlərinin olduğu halda irəli sürülə bilərdi. İcarə obyektinin daxilində yerləşmiş elektrik xətlərində və elektrik avadanlıqlarında yaranmış elektrik təbiətli artıq yüklənmənin məhz icarə münasibətləri zəmnində baş verdiyi isə işin müəyyən edilən halını təşkil edir. Başqa sözlə, iddiaçının arqumentləri yalnız "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X15 arasında əmək münasibətləri mövcud olduğu halda əhəmiyyət kəsb edə bilərdi.
28. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 25 may 2001-ci il tarixli 85 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.8-ci bəndinə əsasən, hüquqi şəxs yaratmaqdan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar, həmçinin hazırkı qaydaların 1.9.1-1.9.12-ci bəndlərinin tələblərini yerinə yetirməlidirlər. Həmin bəndlərə görə isə bu tələblərə yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət X10 vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanunu tələblərini yerinə yetirmək; yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək; yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığını, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə şəhər və rayon X4 Xidmətinə və ya onun bölmələrinə ləngimədən məlumat vermək və s. aid edilmişdir.
29. Məhkəmə qeyd edir ki, subroqasiya ilə bağlı iddianın təmin edilməsi üçün cavabdehin sığorta hadisəsinin baş verməsində təqsirli olduğu təkzibedilməz sübutlarla təsdiq olunmalı olduğu halda, hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar xx.xx.2018-ci il tarixli yanğın hadisəsində cavabdehin təqsirini təsdiq etmir. Əksinə, hadisə nəticəsində təhqiqat orqanı tərəfindən məhz icarəçi X15 təqsirli hesab edilmişdir.
30. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilməldir.
b) Məhkəmə xərcləri ilə bağlı
31. İddiaçı ödənilmiş 195 manat dövlət rüsumu, 0,4 manat xidmət haqqının da cavabdehdən tutulmasını xahiş edir.
32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Beləliklə, məhkəmə iddia tələbinin rədd edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova