Məhkəmə qərarları › İş №e-2-2(113)-4987/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4987/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4987/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Sazişə əsasən xx.xx.2023-cü il tarixədək 1938,69 manat gecikdirilmiş əsas borc, 167,74 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə, 2106,43 manat borc məbləğinin və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Sazişə xitam verilməsi və 1 ədəd “DİNÇLER MAKİNASİ FPHM2500” markalı fındıq patosunun saz və işlək vəziyyətdə geri qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Sazişə əsasən xx.xx.2023-cü il tarixədək 1938,69 manat gecikdirilmiş əsas borc, 167,74 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə, 2106,43 manat borc məbləğinin və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Sazişə xitam verilməsi və 1 ədəd “DİNÇLER MAKİNASİ FPHM2500” markalı fındıq patosunun saz və işlək vəziyyətdə geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 17 iyun 2021-ci il tarixli KTA-KTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Saziş bağlanmış və həmin Sazişə əsasən cavabdeh 1 ədəd DİNÇLER MAKİNASİ FPHM2500 markalı fındıq patosu texnikasının qalıq dəyərini 38 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin qalıq dəyəri xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Sazişə əsasən 12233,89 manat təşkil etmişdir. Eyni zamanda, Cavabdeh1 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh tərəfindən Sazişə əsasən tərtib edilmiş ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2023-cü il tarixinə 1938,69 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan Müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2023-cü il tarixinə qədər 167,74 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2023-cü il tarixli, PLP-23/0008 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə, saat 16:00-da təyin edilmiş mediasiya sessiyasında cavabdehlər iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, Cavabdeh1 İddiaçı ASC qarşısında 17 iyun 2021-ci il tarixli KTA-KTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Sazişə əsasən xx.xx.2023-cü il tarixə qədər 1938,69 manat gecikdirilmiş əsas borc, 167,74 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 2106,43 manat öhdəliyi vardır. Lizinq müqaviləsi üzrə Sazişin təminatı kimi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ilə KTA-KTT- 21/5072-Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə X2 arasında 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” bağlanmış, sonra iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Saziş bağlanaraq 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə hüquq və vəzifələri qəbul etmiş və müqaviləyə əsasən 1 ədəd “DİNÇLER MAKİNASİ FPHM2500” markalı fındıq patosu Cavabdeh1 lizinqə verilmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5072-Z nömrəli Zaminlik Müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Sazişə əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və Lizinq alanın Lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh1 müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir.

12. Müqavilələr iddiaçı tərəfin imzası və möhürü, cavabdehlərin imzaları ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı Cavabdeh1 lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan X5 müqaviləsinə istinad edir.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş lizinq müqaviləsinin, maliyyə arayışının, ödəniş qrafikinin müqayisəli təhlilindən görünür ki, Cavabdeh1 üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında lizinq müqaviləsi imzalanmış, iddiaçı tərəfindən lizinq obyekti Cavabdeh1 təhvil verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

16. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslıdır və həmin borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

18. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir.

19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

20. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 90 manat məbləğində dəbbə pulu cavabdehlərdən tutulmalıdır.

21. Məhkəmə iddia tələbinin müqaviləyə xitam verilməsi və lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, Cavabdeh1 müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçı haqlı olaraq müqaviləyə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə ona bildiriş göndərmişdir. Bu halda məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Saziş xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

23. Müqaviləyə xitam verilməsi ilə lizinq obyektini qaytarmaq vəzifəsi, həmin obyektdən istifadə hüquqlarına xitam verilməsi və onun qaytarılması üçün əsas yaranmışdır. Cavabdehlər öhdəliylərini yerinə yetirmədiyinə görə müqaviləyə xitam verildiyindən lizinq verənin lizinq obyektini geri almaqda haqlıdır. Başqa sözlə, iddia tələbi lizinqə verilmiş lizinq obyektinin iddiaçıya qaytarılması hissəsində təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

26. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 96,33 faizini təşkil etdiyini nəzərə aldıqda, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcindən dövlət rüsumunun iddiaçıya aid edilməli 1,51 manat məbləğ çıxılmaqla, qalan 58,49 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Sazişə əsasən xx.xx.2023-cü il tarixədək 1938,69 manat gecikdirilmiş əsas borc, 90 manat cərimə, ümumilikdə, 2028,69 manat borc və mediasiya xərcinə görə 58,49 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT- 21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Saziş xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilməli, Cavabdeh1 1 ədəd “DİNÇLER MAKİNASİ FPHM2500” markalı fındıq patosunun saz və işlək vəziyyətdə alınaraq iddiaçıya geri qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Sazişə əsasən xx.xx.2023-cü il tarixədək 1938,69 manat gecikdirilmiş əsas borc, 90 manat cərimə, ümumilikdə, 2028,69 manat borc və mediasiya xərcinə görə 58,49 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2021-ci il tarixli KTAKTT-21/5072 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixli KTA- KTT-21/6520 nömrəli hüquq və öhdəliklərin qəbul edilməsi barədə Saziş xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilsin. Cavabdeh1 1 ədəd “DİNÇLER MAKİNASİ FPHM2500” markalı fındıq patosunun saz və işlək vəziyyətdə alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar