Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4987/2025 25.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı “X9” MMC-nin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh “X9” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X11 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin qanuni təmsilçisi X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı “X9” MMC-nin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı pul, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh “X9” MMCyə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti: a) İlkin iddia və onun dəlilləri:
1. İddiaçı “X9” MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 203 saylı,06 aprel 2024-cü il tarixli Hesab Faktura rə ödənilməmiş 11 789.00 (on bir min yeddi yüz səksən doqquz avro 00 sent) avro, gecikdirilmiş günlərin sayı üzrə peniya kimi 19 627,02 (on qquz min altı yüz iyirmi yeddi avro 02 sent) avro olmaqla,cəmi 31 416,02 (otuz bir min dörd yüz on altı avro 02 sent) avro məbləğində pul vəsaitinin qətnamə elan edilən gün Mərkəzi Bankın avroya münasibətdə məzənnəsinə uyğun olaraq,digər işlərin icrasının ləngiməsi və hazırda mümkünsüz a gətirilməsi ilə əlaqədar cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 10 000.00 (on min manat 00 qəpik) AZN əbləğində pul vəsaitinin,məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 294.83(iki yüz doxsan dörd manat 83 qəpik) AZN məbləğində dövlət sumunun tutularaq İddiaçınə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “NOYTECH LOGİSTİCS AZERBA(ƏİJvAvNəl”ki “Kuehne + Nagel” MMC) hdud Məsuliyyətli Cəmiyyəti arasında 20 aprel 2022-ci il tarixdə xx-xx/2022 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin predmeti ondan ibarətdir ki, Ekspeditor (iddiaçı) cavabdehin sifarişinə əsasən, malın daşınması mətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi (cavabdeh) isə həmin əməliyyatlar müqabilində Ekspeditora xidmət qqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapır. Cavabdeh MMC-ilə bağlanmıüşqavilənin 4.1-ci bəndinə əsasən hesabfaktura təqdim olunduqdan sonra 30 uz) təqvim günü ərzində ödəniş "xxxx"İCMəhdud Məsuliyyətli Cəmiyyətinin hesablaşma hesabına və ya nağd qaydada ənilməlidir. Müqavilə üzrə xidmətlər tam şəkildə həyata keçdikdən sonra iddiaçı cavabdehə 203 saylı,06 aprel 2024-cü il tarixli Hesab-Faktura göndərmişdir. zırki müqavilə üzrə xidmət haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının(bundan sonra Mərkəzi Bank) bugünə olan məzənnəsinə əsasən 11 9.00 (on bir min yeddi yüz səksən doqquz avro 00 sent) avro ödənilməmişdir. Qeyd edilməlidir ki, müqavilənin 4.3-cü hissəsinə əsasən xidmət haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan qaydada həyata çirilmədikdə və yaxud gecikdirildikdə, Tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0.5%-i,yəni 58.94 (əlli səkkiz avro 94 avro məbləğində peniya ödəməlidir.Gecikdirilmiş 333 gün üçün Cavabdeh MMC X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə 05 mart 2024-cü il tarixinə olan peniya Mərkəzi Bankın bugünə olan məzənnəsinə əsasən 627,02 (on doqquz min altı yüz iyirmi yeddi avro 02 sent) avro hesablanmışdır. Bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi tam, vaxtında və lazımi şəkildə icra etmiş, lakin vabdeh isə həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş və etməməkdə davam edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki,Cavabdeh iddiaçı ilə alarında bağlanmış müqavilə üzrə öhdəliklərini tam icra etməməsi nəticəsində iddiaçının Konstitusion hüquqları pozulur, işgüzar mənafeyinə ziyan vurulur. Buna görə də iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməli, müqavilə üzrə icra edilməyən ödəliyinin məcburi qaydada a edilməsi barədə cavabdehin üzərinə öndəlik qoyulmalı və cavabdeh tərəfindən iddiaçı “X9” Məhdud Məsuliyyətli miyyətinə vurulan zərər tam şəkildə ödənilməlidir. b) Qarşılıqlı iddia ərizəsi və onun dəlilləri:
3. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı "X9" MMC-nin iddia tələbinin rədd edilməsi və "xxxx" MMC tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində dəymiş və bu səbəbdən tələb edilmiş zərərə görə 10.923,87 manat (on min doqquz yüz iyirmi üç manat səksən yeddi qəpik), 123 (bir yüz iyirmi üç) manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumun və hüquqi yardıma görə ödənilmiş 2350 (iki min üç yüz əlli) manat məbləğinde pul olmaqla cəmi 13396.87 manat (on üç min altı yüz doxsan altı manat, səksən yeddi qəpik) məbləğində pulun "xxxx" MMC-dən alınıb Cavabdehnə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin hakimi xanım Zeynəb Axundovanın icraatında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" və ya "Sifarişçi" adlandırılacaq) Cavabdehnə (bundan sonra - "Noytech" adlandırılacaq) qarşı (üçün şəxs: "xxxx" MMC) pul tələbinə dair e-2-2(113)-2313/2025 nömrəli iş vardır."xxxx" iddia tələbini onunla əsaslandırır ki, "xxxx" və "Noytech" arasında bağlanmış xx.xx.2022-ci il tarixli NOY/001/2022 saylı Ekspedisiya Xidmətləri haqqında Müqavilədən irəli gələn öhəliklərə əsasən Sifarişçi olaraq daşınması nəzərədə tutulan mallara dair lazım olan bütün sənədlərlə təmin etdiyi halda, yükün daşınması zamanı həmin öhdəliklərin cavabdeh tərəfindən pozulması nəticəsində Sifarişçciyə məxsus olan mallar təhvil verilməmişdir. Nəticədə "xxxx"- ya 6431.74 (altı min dörd yüz otuz bir manat yetmiş dörd qəpik) manat gətiriləcək malın dəyəri və 3539.13 (üç min beş yüz otuz doqquz manat on üç qəpik) manat əldən çıxmış fayda olmaqla cəmi 9970.87 (doqquz min doqquz yüz yetmiş manat səksən yeddi qəpik) manat məbləğində maddi ziyan dəymişdir.Bildiririk ki, Sifarişçinin sifarişinin icrası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aramızda olan xx.xx.2022-ci il tarixli xx-xx/2022 saylı "Yükdaşıma Xidmətləri haqqında Müqavilə"-yə uyğun olaraq ona həvalə edilmişdir.Lakin daşınması sifariş edilmiş mallar məhv (utilizasiya) edilmiş, nəticədə icra edilməmiş və təhvil verilməmişdir.Göründüyü kimi "Kaspi"-nin iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.Belə olan halda hesab edirik ki, Sifarişçinin iddia ərizəsi ilə tələb etdiyi dəymiş zərərə və digər çəkilmiş xərclərə görə pul vəsaiti "Kaspi"-dən tutulmalıdır.Azərbaycan Respublikasının 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. Məcəllənin 852.5-ci maddəsinə əsasən Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir.Ümumilikdə "xxxx"-nun "Noytech"-ə qarşı olan pul tələbi 10.923,87 qəpik (on min doqquz yüz iyirmi üç manat səksən yeddi qəpik) təşkil edir.
5. Qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə ərizəsi verilərək, Cəmi 7134,24 manat (yeddi min yüz otuz dörd manat iyirmi dörd) manat, hüquqi yardıma görə 2.350 (iki miz üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123 (bir yüz iyirmi üç) manat pulun cavabdeh "xxxx" MMC-dən Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul eddilmişdir.
6. Ərizə onunla əsaslnndırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025 tarixli qətnaməsi ilə müştərinin bizə qarşı iddiası qismən təmin edilmiş, bizim tələbimiz isə rədd edilmişdir. Qətnaməyə əsasən məhkəmənin mövqeyi aşağıdakı kimi olmuşdur: Tərəflər arasında müavilə münasibətlərinin olması, bir neçə dəfə daşıma əməliyyatının mübahisəsiz şəkildə həyata keçirilməsi, lakin sonuncu yükdaşımanın baş tutmaması, sifarişçiyə məxsus malların çadırılmadan məhv edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal malların çadırılmasının mümkün olmamasının iddiaçı və ya cavabdehin təqsiri ucbatından baş verməməsi ilə bağlı olmuşdur. Müəyyən olunmuşdur ki, Cavabdeh MMC “GRANDORF” markalı məhsulun “Absolute Petfood LTD”-dən götürülülməsi üçün kiçik yük maşını göndərmiş və məhsul həmin maşına yüklənmişdir. Daha sonra Cavabdeh MMC-yə aid kiçik yük maşını X1 Federativ Respublikasında olan anbara gətirilmiş və orada başqa yük maşınına qruppaj şəklində yüklənmişdir. xx.xx.2024-cü il tarixli 4-cü sifariş zamanı Cavabdeh MMC-yə aid yük maşını Türkiyə Cumhuriyyəti ərazisinə daxil olarkən quş qripi epidemioloji vəziyyətlə əlaqədar X3 xx.xx.2023-cü il tarixə qüvvəyə minmiş termal emal sertifikatı tələb etmiş, lakin sertifikatın təqdim edilməsi mümkün olmamışdır. X5 X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 03614/3645 nömrəli baytarlıq protokolunun məzmunundan müəyyən olunur ki, Belçika mənşəli 1040 kq it/pişik yemi qadağan edilmiş məhsul başlığı altında rədd edilən mallar kimi qeydə alınmışdır. Sözügedən məhsulların mənşəyi quş qripi səbəbindən qadağan olunduğundan, məhsulların istilik müalicəsi deklarasiyası olmadığı və nəqliyyat vasitəsinin nömrəsi sertifikatdan fərqli olduğu üçün göndəriş rədd edilmişdir. Nəzərinizə çatdırırıq ki, "xxxx" MMC olaraq bizim funksiyamız ekspeditorluqdur. Yəni biz nə malların sertifikatlarını və digər sənədlərini təmin etmək hüququnda deyilik nə də ki, daşımanı həyata keçirən biz deyilik və nəqliyyat vasitəsini dəyişməsində iştirak etməmişik edə bə bilmərik. Əgər həmin əlaqəli işdə qeyd olunan məhkəmə mövqeyi ilə razı deyildisə keçirilmiş 10-dan çox prosesdə iştirak edib öz münasibətini bildirərdi və qətnamədən apellyasiya şikayəti verərdi. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Əgər cavabdeh həmin əlaqəli işdə qeyd olunan məhkəmə mövqeyi ilə razı deyildisə keçirilmiş 10-dan çox prosesdə iştirak edib öz münasibətini bildirə bilərdi və qətnamədən apellyasiya şikayəti verə bilərdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025 tarixli e-2-2(113)-2313/2025 nömrəli qətnaməsi Cavabdehndən 6357,91 manat (altı min üç yüz əlli yeddi manat doxsan bir qəpik) manat, 700 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,33 manat (yetmiş altı manat otuz üç qəpik) olmaqla, cəmi 7134,24 manat (yeddi min yüz otuz dörd manat iyirmi dörd) məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamə artıq icra edilərək, tərəfimizdən 7134,24 manat pul "xxxx" MMC-yə ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, 905 avro məbləğində daşıma xərci müqaviləyə əlavə və ya digər formada olmamışdır. Sözügedən məlumat elektron poçt vasitəsilə təqdim edilmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ilkin iddia ərizəsinin rədd edilməsini,qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
11. İddiaçı ilə “NOYTECH LOGİSTİCS AZERBA(ƏİJvAvNəl”ki “Kuehne + Nagel” MMC) MMC arasında 20 aprel 2022-ci il tarixdə xx-xx/2022 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: - 2-ci bəndinə əsasən ekspeditor, sifarişçinin sifarişinə əsasən malın daşınması xidməti yerinə yetirməyi və ya onlarına yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin əməəliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır; - 3.1-ci bəndinə əsasən malın çatdırılması üzrə ekspeditor ilə razılaşmada birdən çox sifarişçi çıxış edərsə, bütün ödəmələr üzrə onlar birgə məsuliyyət daşıyacaqdır; - 3.4-cü bəndinə əsasən tez xarab olan, heyvan və bitkilərin daşınması ilkin razılaşma əsasında həyata keçiriləcəkdir; - 4.1-ci bəndinə əsasən sifarişçi ekspeditor tərəfindən təqdim olunmuş elektron hesabfakturaya əsasən ödənişi həyata keçməlidir. Sifarişçi ödənişi 30 təqvim günü ərzində ekspeditorun hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir; - 6.2-ci bəndinə əsasən nəqliyyat ekspedisiya əməliyyatının başladılması üçün sifarişçi ekspeditora yükün mənşə ölkəsini göstərən sənədləri, o cümlədən yükün idxal gömrük sənədlərini, yükün idxalının gömrük rəsmiləşdirilməsi üçün gömrük və ya digər dövlət orqanları tərəfindən əsaslı olaraq tələb olunan digər zəruri sənədləri ekspeditora təqdim etməlidir; - 7.1.1-ci bəndinə əsasən tərəflər müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 7134.24 manat ödənilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2313/2025 saylı qətnaməsi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdehndən 6357,91 manat (altı min üç yüz əlli yeddi manat doxsan bir qəpik) manat, 700 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,33 manat (yetmiş altı manat otuz üç qəpik) olmaqla, cəmi 7134,24 manat (yeddi min yüz otuz dörd manat iyirmi dörd) məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. 14. V. Tətbiq edilən hüquq:
15. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. 853.1-1. Yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.[530] 853.2. Yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.
443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
18. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməlidir.
20. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 20 aprel 2022-ci il tarixdə xx-xx/2022 saylı Nəqliyyat-Ekspedisiya müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.Tərəflər arasında müqavilə münasibətlərinin olması,sonuncu yükdaşımanın baş tutmaması, sifarişçiyə məxsus malların çadırılmadan məhv edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal malların çadırılmasının mümkün olmamasının iddiaçı və ya cavabdehin təqsiri ucbatından baş verməməsi ilə bağlı olmuşdur. Müəyyən olunmuşdur ki, Cavabdeh MMC “GRANDORF” markalı məhsulun “Absolute Petfood LTD”-dən götürülülməsi üçün kiçik yük maşını göndərmiş və məhsul həmin maşına yüklənmişdir. Daha sonra Cavabdeh MMC-yə aid kiçik yük maşını X1 Federativ Respublikasında olan anbara gətirilmiş və orada başqa yük maşınına qruppaj şəklində yüklənmişdir. xx.xx.2024-cü il tarixli 4-cü sifariş zamanı Cavabdeh MMC-yə aid yük maşını Türkiyə Cumhuriyyəti ərazisinə daxil olarkən quş qripi epidemioloji vəziyyətlə əlaqədar X3 xx.xx.2023-cü il tarixə qüvvəyə minmiş termal emal sertifikatı tələb etmiş, lakin sertifikatın təqdim edilməsi mümkün olmamışdır. X5 X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 03614/3645 nömrəli baytarlıq protokolunun məzmunundan müəyyən olunur ki, Belçika mənşəli 1040 kq it/pişik yemi qadağan edilmiş məhsul başlığı altında rədd edilən mallar kimi qeydə alınmışdır. Sözügedən məhsulların mənşəyi quş qripi səbəbindən qadağan olunduğundan, məhsulların istilik müalicəsi deklarasiyası olmadığı və nəqliyyat vasitəsinin nömrəsi sertifikatdan fərqli olduğu üçün göndəriş rədd edilmişdir. Cavabdeh MMC "xxxx" MMCyə məktub ünvanlayaraq, yükün utilizasiyasına zərurətin yarandığı (digər yüklərin daşınmasının təmin edilməsi səbəbindən), yüklərin utilizasiyası, yük daşınması və digər xərclər üçün heç bir maliyyə və ya hüquqi iddia irəli sürülməməsi, həmçinin "xxxx" MMC tərəfindən hesab təqdim olunduqdan sonra bir iş günü ərzində yükün invoys dəyərinin ödəniləcəyi, dəymiş ziyanın ödənilməsinin onlar tərəfindən həyata keçiriləcəyi barədə Cavabdeh MMC öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmənin qənaətinə əsasən tərəflər arasında razılıq əsasında yeni öhdəliklər müəyyən olunmuşdur, belə ki, cavabdeh "xxxx" MMC tərəfindən hesab təqdim olunduqdan sonra bir iş günü ərzində yükün invoys dəyərinin ödəniləcəyi, dəymiş ziyanın ödənilməsinin onlar tərəfindən həyata keçiriləcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh MMC-yə malların ümumi dəyərini təşkil edən 6357,91 manat məbləğin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, 04/03/24 nömrəli hesab-faktura təqdim olunmuş, lakin həmin məbləğin ödənilməsi təmin edilməmişdir. Qeyd edilən əsaslarla Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2313/2025 saylı qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdehndən 6357,91 manat məbləğ tutuluş və qətnamə qanuni qüvvəyə minmişdir.
21. .“X7” MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinin bir hissəsini daşınma haqqını dəyərini təşkil edən 11789 avro məbləğində pulun cavabdehdən tutulması təşkil edir.
22. Belə ki, həm iş materiallarına əlavə olunmuş sübutlar ilə,həm tərəflərin nümayəndələrinin izahat ıilə müəyyən olunur ki, iddiaçı tərəfindən tələb olunan 11789 avro pul məbləğinin 905 avro hissəsini daşınma xərci təşkil edir. Məhkəmə iclaslarında hər iki tərəf daşıma xərcinin 905 avro olmasını etiraf etmiş və bu hal işin mübahisələndirilməyən halıdır.
23. Məhkəmə daşəmanın tam həyata keçirilməsinin ekpeditorun təqsiri səbəbindən deyil, tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinə əsasən sifarişçi tərəfindən sənədlərin vaxtında ekspeditora çatdırılmaması, yəni müqavilə üzrə öhdəliyinn erinə yetirilməməsi səbəbindən gbaş verməsini, sifarişçinin razılığı ilə malların utirilizasiya olunmasını, Mülki Məcəllənin 850.1-ci və 859.3.2-ci maddələrinin tələbərinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində iddiaçının cavabdehdən yük daşınmaya görə haqq olan 905 avro məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində qismən təmin edilməli, Cavabdeh MMC -dən 905 avro tutularaq "X9” MMC -yə ödənilməlidir.
24. İlkin iddiaın qalan hissədə əsassız hesab edərək məhkəmə qeyd edir ki, iddiaçı ona ziyanın dəyməsi barədə sübutları məhkəməyə təqdim etmədiyinə görə iddia ərizəsi təmin oluna bilməz.
25. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 19627.02 avro məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
26. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC -nin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
27. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli cavabdehdən 200 manat məbləğində dəbbə pulu tuutlaraq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 237.95 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
29. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
30. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində cəmi 7134,24 manat məbləğ tələb etmişdir.
31. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı həm məhkəmə iclaslarında həmçinin iddia ərizəsində,qarşılıqlı iddiaçı iddia tələbinin əsası kimi Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2413/2025 saylı qətnaməsin hazırki iş üzrə preyudisial əhəməiyyt daşımasına əsaslanaraq , həmin qətnamə ilə müəyyən edilən halların sübut yenideən sübut edilməli olmamasına, həmçinin həmin qətnamə ilə malın utirilizasiya olunan malın dəyərinin Cavabdeh MMC "xxxx" MMC-nin xeyrinə tutulmasına əsaslanaraq , həmin məbləği “X9” MMC-dən tələb etmişdir.
32. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2413/2025 saylı qətnaməsində də qeyd edilmişdir ki, Cavabdeh MMC "xxxx" MMC-yə məktub ünvanlayaraq, yükün utilizasiyasına zərurətin yarandığı (digər yüklərin daşınmasının təmin edilməsi səbəbindən), yüklərin utilizasiyası, yük daşınması və digər xərclər üçün heç bir maliyyə və ya hüquqi iddia irəli sürülməməsi, həmçinin "xxxx" MMC tərəfindən hesab təqdim olunduqdan sonra bir iş günü ərzində yükün invoys dəyərinin ödəniləcəyi, dəymiş ziyanın ödənilməsinin onlar tərəfindən həyata keçiriləcəyi barədə Cavabdeh MMC öz üzərinə öhdəlik götürməsinə əsaslanaraq iddianı təmin edərək, TH BİO” MMC-nin xeyrinə Cavabdeh MMC-yə malların ümumi dəyərini təşkil edən 6357,91 manat məbləği tutmuşdur. Məhkəmənin qənaətinə əsasən tərəflər arasında razılıq əsasında yeni öhdəliklər müəyyən olunmuşdur, belə ki, cavabdeh "xxxx" MMC tərəfindən hesab təqdim olunduqdan sonra bir iş günü ərzində yükün invoys dəyərinin ödəniləcəyi, dəymiş ziyanın ödənilməsinin onlar tərəfindən həyata keçiriləcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh MMC-yə malların ümumi dəyərini təşkil edən 6357,91 manat məbləğin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, 04/03/24 nömrəli hesab-faktura təqdim olunmuş, lakin həmin məbləğin ödənilməsi təmin edilməmişdir. Cavabdehin həmin məktubu məcburiyyət, təzyiq altında iddiaçıya ünvanlaması barədə qeyd etdikləri isə əsassız sayılmışdır.
33. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2413/2025 saylı qətnaməsinin hazirki iş üzrə heç bir preyudisial əhəmiyyəti müəyyən edilmir, belə ki, qətnamənin məzmunundan göründüyü kimi TH BİO” MMC-nin xeyrinə Cavabdeh MMC-yə malların ümumi dəyərini təşkil edən 6357,91 manat məbləği tutan zaman məhkəmə, Cavabdeh MMC-nin TH BİO” MMC-nə ünvanladığı öhədlik götürməsinə dair ərizəyə əsaslanmışdır.
34. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı “X9” MMC-nin hər hansı bir öhdəliyini pozması və ya hərəkət və hərəkətsizliyi nəticəsində Cavabdehnə maddi ziyan dəyməsi sübuta yetirilmədiyindən iddia tələbi rədd edilməlidir.
35. İddiaçı Cavabdeh iddiası təmin edilmədiyindən ödənilmiş məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İlkin iddia üzrə iddiaçı “X9” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 905 avro (Məkəzi Bankın ödəniş gününə euro-nun manata olan məzənnəsinə əsasən) məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə borcu və ilkin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq “X9” MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “X9” MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova