Məhkəmə qərarları › İş №e-2-2(113)-500/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-500/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-500/2020 04.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMC-dən 4724,20 manat borc, hüquqi yardıma görə 500 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində, arasında “Malların alqı-satqı” ilə bağlı 2018/02 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən malların satışı heyata keçirilsədə, cavabdeh tərəfindən müqavilə üzrə tam icra olunmamış və alıcının satıcıya 4724,20 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Cavabdehin səlahiyyətli nümayəndələrinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş “xxxx” MMC-nin nümayəndəsi X1 izahatında iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə “xxxx” MMC arasında xx xxxx 2018-ci il tarixli, 2018/02 nömrəli “Malların alqısatqı” müqaviləsi bağlanmışdır. İddiaçı MMC-nin və “xxxx” MMC-nin mühasibləri tərəfindən imzalanmış və müəssisələrin möhürü ilə təsdiq edilmiş üzləşmə aktından görünür ki, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixə İddiaçı MMC-yə 4724,20 manat borcu vardır. xx xxxxxxxx 2019-cu il tarixli 214997 nömrəli GİF seriyalı mədaxil orderin qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Vəkil (VÖEN **********) hüquqi yardım üçün 500 manat ödənilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələri). Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin “xxxx” MMC öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, üzləşdirmə aktına əsasən 4724,20 manat məbləğində aldığı malın pulunu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, cavabdeh “xxxx” MMC-dən 4724,20 manat borc, hüquqi yardıma görə 500 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 5254,20 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 4724,20 manat borc, hüquqi yardıma görə 500 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 5254,20 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar