Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-501/2023 14.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 838- GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 6237 manat gecikdirilmiş borcun və hesablanmış 3613,90 manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 1228-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 4381 manat gecikdirilmiş borcun və hesablanmış 1460,84 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi: 16192,74 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli və xx.xx.2018-ci il tarixli 1228-GL/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli müqavilə üzrə 6237 manat gecikdirilmiş borcu və hesablanmış 3613,90 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 1228-GL/18 nömrəli müqavilə üzrə isə 4381 manat gecikdirilmiş borcu və hesablanmış 1460,84 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli müqavilə üzrə 2022ci ilin sentyabr və oktyabr aylarında müvafiq olaraq 500 manat və 1400 manat ümumilikdə 1900 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatın verilməsinə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ümumi məbləği 20394 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1228-GL/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ümumi məbləği 24485 manat olan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən və təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli müqavilə üzrə 6237 manat əsas borcu və 3613,90 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən və təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 1228-GL/18 nömrəli müqavilə üzrə 4381 manat əsas borcu və 1460,84 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən sistemə yerləşdirilə\n hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli müqavilə üzrə 2022-ci ilin sentyabr ayında 500 manat, oktyabr ayında isə 1400 manat məbləğində ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli MŞB/11-01028 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardım üçün 5 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci və 747.1-ci maddələrinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinq obyektlərinə görə vaxtında ödənişləri etmədiyinə görə borcu yaranmışdır. Məhkəmə xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli müqavilə üzrə 6237 manat əsas borc tələbi ilə bağlı qeyd edir ki, sözügedən müqavilə üzrə əsas borc xx.xx.2022-ci il tarixə hesablandığından, cavabdeh isə həmin tarixdən sonra 2022-ci ilin sentyabr və oktyabr aylarında müvafiq olaraq 500 manat və 1400 manat ümumilikdə 1900 manat məbləğində ödəniş etdiyinə görə ödənilmiş vəsait əsas borcdan çıxılaraq xx.xx.2018-ci il tarixli 838- GL/18 nömrəli müqavilə üzrə borc 4337 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli müqavilə üzrə əsas borc 4337 manat, xx.xx.2018-ci il tarixli 1228-GL/18 nömrəli müqavilə üzrə isə əsas borc 4381 manat məbləğində, həmçinin 300 manat hüquqi yardım və 200 manat mediasiya xərci hissədə təmin edilməlidir. Bununla yanaşı iddiaçının xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli müqavilə üzrə 3613,90 manat xx.xx.2018-ci il tarixli 1228-GL/18 nömrəli müqavilə üzrə isə 1460,84 manat məbləğində cərimə tələbləri ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli müqavilə üzrə 263 manat, xx.xx.2018-ci il tarixli 1228-GL/18 nömrəli müqavilə üzrə isə 219 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli müqavilə üzrə 4337 manat əsas borc və 263 manat cərimə cəmi 4600 manat, xx.xx.2018-ci il tarixli 1228- GL/18 nömrəli müqavilə üzrə isə 4381 manat əsas borc və 219 manat cərimə cəmi 4600 manat ümumilikdə hər iki müqavilə üzrə 9200 manat məbləğində pul, həmçinin 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 838-GL/18 nömrəli müqavilə üzrə 4337 manat əsas borc və 263 manat cərimə cəmi 4600 manat, xx.xx.2018-ci il tarixli 1228- GL/18 nömrəli müqavilə üzrə isə 4381 manat əsas borc və 219 manat cərimə cəmi 4600 manat ümumilikdə hər iki müqavilə üzrə 9200 manat məbləğində pul, həmçinin 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-501/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-501/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver